Nə köhnəlməz, nə qocalmaz...

 

Dilimizdə inkarlıq kateqoriyasının ifadə tərzinə dair

 

Dil özünün daxili obyektiv qanunauyğunluqları ilə yaşayan və inkişaf edən bir hadisədir. Buna görə insanların onun təbii mahiyyətini nəzərə almayan subyektiv müdaxiləsi dilin daxili strukturuna heç zaman pozitiv ( ciddi) təsir göstərə bilmir. Digər təbii elmlərin (fizika, kimya, biologiya s.) öyrənilməsində olduğu kimi, dilçilik elmində predmetə kənardan götürülmüş, dil faktlarına əsaslanmayan, onlardan doğmayan hazır hökmlərlə yanaşmaq olmaz. Dil onun öz daxili məzmunundan irəli gələn, obyektiv qanunlarını nəzərə alan üsullarla tədqiq edilməlidir. Məsələn, fizika elminin əsas fundamental qanunlarından biri cazibə qanunudur. Qanunun məğzi odur ki, kainatda bütün cisimlər bir-birini cəzb edir. Əslində, bu qanunauyğunluq təbiətin özündə mövcuddur. Fizika elmi isə onu tapıb (kəşf edib) qaydasını, düsturunu verib, deməyib ki, bütün cisimlər bir-birini cəzb etməlidir. Yanaşma prinsipi dilçilik elmində belədir, burada da elm öz predmetinə hökm etmir, onun daxili qanunauyğunluqlarını tapıb aşkara çıxarır, onları qaydalar şəklində ifadə edir. Dilçilik elmi deməyib ki, Azərbaycan dilində ismin altı halı olmalıdır. Elm axtarıb-araşdırıb, müəyyən edib ki, Azərbaycan dilində ismin altı halı var - bunun əsasında da müvafiq qayda verilib.

Təəssüf ki, dilimizin öyrənilməsi üçün dilçilik elmimizdə istifadə olunan bəzi qaydalar bu təbii məntiqi tələbə cavab vermir, mövcud dil hadisələrində öz təsdiqini tapmır. Bu cür qaydalardan biri cümlədə inkarlıq məzmununun ifadə  olunmasına aiddir. Belə bir yanlış mülahizə dilçilik ədəbiyyatına, hətta dərsliklərə qədər gedib çıxmışdır ki, guya cümlədə "-" ("- ") inkarlıq bağlayıcısı işlənmişdirsə, həmin cümlənin xəbəri feilin inkar formasında ola bilməz. Guya iki inkarlıq əlamətinin işlədilməsi nəticədə təsdiqlik məzmunu bildirir. Belə çıxır ki, "Sən gəlmədin, zəng vurmadın" cümləsini "Sən həm gəldin, həm zəng vurdun" məzmunda anlamaq lazımdır?! Tamamilə absurd məntiqsiz bir hökmdür. Daha doğrusu, riyazi məntiqin "iki minus nəticədə plyus verir" postulatının yersiz olaraq dil hadisəsinə şamil edilməsidir. Halbuki, dilimizin çoxəsrlik təcrübəsi, tarixi müasir dil faktları belə bir hökmün verilməsini tamamilə inkar edir. Məsələn, belə bir cümləni nəzərdən keçirək: "Onun poeziyası üçün folklordan gələn təbii sadəlik səciyyəvi olsa da, məzmununa, ifadə tərzinə görə heç zaman primitiv olmamışdır". Bu cümlədə ifadə olunmuş fikrə xələl gətirmədən xəbəri neçə təsdiqdə vermək olar?! Məsələ bundadır ki, haqqında bəhs etdiyimiz qayda dilimizin daxili mahiyyətini nəzərə almadan kənardan götürülmüş hökmün ona şamil etmək cəhdidir. Yenə təbii elmlərlə müqayisəni davam etdirərək deyə bilərik ki, insan ürəyinin altı kameralı olduğunu, günün 26 saat davam etdiyini, yaxud suyun tərkibinin hidrogen azotdan ibarət olduğunu iddia etmək necə absurd səslənirsə, obyektiv dil hadisələrinə əsaslanmayan qaydaların irəli sürülməsi eyni dərəcədə mənasız görünür.

Məsələnin kökünü aydınlaşdırmaq istədikdə bu yanlış mülahizənin rus dilçiliyinin təsiri ilə meydana gəldiyini görürük. Rus dilində bizim inkarlıq şəkilçimizə ekvivalent olaraq, təsriflənmə zamanı feildə inkarlıq məzmunu yaradan xüsusi element yoxdu cümlədə inkarlıq məzmunu bizim dildəki "-" bağlayıcısının analoqu olan "-ne" hissəciyi vasitəsilə yaradılır. Məsələn: "Mən gəldim" - "Ə prişel"; "Mən gəlmədim" - "Ə ne prişel". Yaxud "Mən gələcəyəm" - "Ə pridu"; "Mən gəlməyəcəyəm" - "Ə ne pridu".

Bu mənzərə rus dilçiliyinin cümlədə inkarlıq məzmununun ifadə olunmasına dair yuxarıda qeyd olunan qənaətə gəlməsini mümkün etmişdir. Ancaq bu qaydanın tam fərqli qrammatik sistemə üslubi xüsusiyyətlərə malik olan Azərbaycan dilinə tətbiqi tamamilə yolverilməzdir. Xüsusi olaraq vurğulamağı lazım bilirik ki, ifadə forması zəruri etdiyi hallarda, hətta rus dilində bir cümlə daxilində iki inkarlıq elementi işlədilə bilir: "Ni Vasiliy, ni Mariə na svadğbu ne prişli". (" Vasili, Mariya toya gəlmədilər").

Azərbaycan ədəbi dilinin mövcud olduğu bütün dövrlərdə dilimizin müxtəlif funksional üslublarına aid mətnlər, xüsusən canlı danışıq dili nümunələri bu qaydanın bizim dilimiz üçün qondarma olduğunu birmənalı şəkildə sübut edir. Azərbaycan dilinin şifahi yazılı nümunələrinə əsaslanaraq belə bir nəticəyə gəlmək olar ki, cümlədə "-" ("- ") inkarlıq bağlayıcısı işlədiləndə xəbər feilin həm təsdiq, həm inkar formasında ola bilir. Məsələn, M.Füzulinin -

yanar kimsə mənə atəşi-dildən özgə,

açar kimsə qapım badi-səbadan qeyri

 

- beytində cümlənin xəbəri feilin təsdiq formasında işləndiyi halda, Aşıq Ələsgərin

 

köhnəlməz, qocalmaz, ölməz

Hər kimsə ki, görsə nar sinən üstə

 

- misralarında həmcins xəbərlərin üçü feilin inkar formasındadır.

Eyni vəziyyətə Aşıq Ələsgərin müasiri olmuş Aşıq Musanın şeirlərində rast gəlinir:

 

Mən heç sənin bərabərin

                        İran, Turanda görmədim,

Ərəbdə, Əcəmdə,

                        Osmanda görmədim...

 

Aşığın başqa bir şeirində isə bir kontekst daxilində inkarlıq kateqoriyasının hər iki formada (həm təsdiq, həm inkar feillərlə) ifadə edilməsini müşahidə edirik:

 

Ey fələk, sənin cövründən köçdü,

                        insan qalmadı,

xəstələr şəfa buldu,

                        loğman qalmadı.

 

Qeyd olunan deyim tərzi ana dilimizin ən saf nümunələrindən sayılan bayatılarda da geniş işlədilib.

 

Dağ başın duman almaz,

Yar yarı dərdə salmaz.

Yar mənə bir dərd verib -

ötməz, sağalmaz.

 

Bu nümunədə həmcins xəbərlərin hər ikisində feilin inkar formasından istifadə olunub. İndi nəzərdən keçirəcəyimiz bayatıda isə inkar bağlayıcısı işlənmiş cümlənin xəbərinin feilin həm təsdiq, həm inkar formasında ola bilməsi əyani şəkildə müşahidə olunur:

 

Şimşəklər çaxar, doymaz,

Dağ-daşı yaxar doymaz.

könlüm səndən dönər,

gözüm baxar, doymaz.

 

Gördüyümüz kimi, ana dilimizin bədii ifadə imkanlarının genişliyini təsdiq edən bu nümunədə bir mətn daxilində inkar bağlayıcılı cümlənin xəbərinin feilin həm təsdiq, həm inkar formasında işlənə bilməsi yüksək poetik ustalıqla nümayiş etdirilmişdir. Yaxud Aşıq Ələsgərin poeziyasından digər bir nümunəni nəzərdən keçirək:

 

Arif məclisində bir söz söylərəm -

yanlış, hədyan, qələt olmaz.

 

Yenə bir misrada üç nümunə...

Elə təsəvvür yaranmasın ki, inkar bağlayıcılı cümlələrin xəbərinin feilin inkar formasında işlənməsi yalnız canlı danışıq dilinə, yaxud şifahi xalq ədəbiyyatı nümunələri üçün səciyyəvidir. Klassik müasir yazılı ədəbiyyatımızın lirik, epik dramatik növlərinə aid əsərlərdən buna aid istənilən qədər nümunə gətirmək olar. Təkcə elə çağdaş poeziyamızın müasir bədii dilimizin ən kamil örnəklərindən sayılan Məmməd Araz yaradıcılığından iki nümunə gətirməklə kifayətlənək:

 

Sizə ad verim, haraya yığım?..

Sizi yaşatmaq, atmaq olmur.

Müəllif qəlbindən günahsız çıxıb,

Oraya günahkar qayıtmaq olmur.

 

"Üstümə qayıdan yazılarım"

 

Heç olmayıb dünənimiz -

nənnimiz,

nənəmiz,

nəmimiz

heç olmayıb...

 

"Göy arxalıq"

 

Tərkibində inkarlıq bağlayıcısı işlənmiş cümlələrin xəbərinin feilin inkar formasında işlənə bilməməsi haqqındakı iddia ana dilimizin mühüm qrammatik xassəsini təhrif etməklə yanaşı, həm onun ən parlaq məziyyətlərindən biri olan son dərəcə zəngin ifadə imkanları barədə yanlış təsəvvür yaranmasına səbəb olur. Əslində isə, yazının başlığında verdiyimiz fikir dilimizin öz mahiyyətinə xarakterinə aiddir: " köhnəlməz, qocalmaz, ölməz..." ana dilimiz!

 

İlham ABBASOV

 

Ədəbiyyat qəzeti.- 2020.- 4 iyul.- S.25.