Mədəniyyətdəki mədəni
niyyət
Mədəniyyət nədir, nə üçün var, necə şəkillənir?
Bu qavrayış, termin olaraq XIX yüzildən
var.
Svilizasiya,
kültür kimi terminlərin qarşılığı
kimi icad edildi.
Bu termin bir tərcümədir,
yoxsa var olan bir həyat
tərzinin yeni şəkildə adlandırılmasıdır?
Bu sualı hələ də müəyyən etməmişik.
Daha çox tərcümə
kimi tanıdılanları
tanıtmaq istəyəndə
bu ifadə köməyimizə gəlir.
Demək
ki, bu ifadənin
içini bilmirik.
Kənardan gələn müdaxiləni
tanıtmaq üçün
istifadə edirik.
Var olan nəzərlərin nəzəriyyəsi kimi yerini bilmirik, qoyduğumuz yerin isə bizim yaşadıqlarımızda yerini
tapa bilmədiyini görmürük.
Mədəni ilə niyyətin
birləşməsi nədir?
Mədəni Fərabinin icadıdır,
şəhərin öz
qaydalarına uyğun
formalaşdırdığı insanın adıdır. Bu
insan "mədəni"
olaraq xoşbəxt, rahat olma düsturunu
bilməlidir ki, bu adı daşıya
bilsin.
"Mədəni" müsəlmanın
qurduğu dünyanın
şəhərini təmsil
edir.
Bu, zahiri elementlərin nəticəsi ilə əldə olunur. Bu, bir İslam İdarə şəkli ilə var olur.
Niyyət
isə iradə şəklidir, bu da müsəlmanın içində içi ilə bağladığı
sülhün şəklidir.
Daxili bir məsələdir. Niyyətin
şəkli yoxdur, surətsizdir, zamanla var olur və
özünü tanıdır.
İdarə və İradə
mədəniyyəti icad
edir, bu icadın ifadəliyi istifadə edilib, ortaq bir şəkil
qazanır. İdarə
dairədəndir, icad
ediləni bir dairəyə yığıb
nöqtələmək, birləşdirmək
və hədlərini
bildirib, bağlamaqdır.
İradə isə bilinməyəndir, şəkli
yoxdur, hərəkətin
təməlidir, hərəkət
yoxsa, iradə gizlidir, tanınmayandır.
Üzə çıxdığı an isə bildirdiyi ilk şey Niyyətdir.
Niyyət
nədir bəs?
Məsələmiz burda fəzamızı
tanıtmaq üçün
dairə çəkər.
Niyyət
bizi insan edən hərəkətlərdir
və ya insan olmaqdan çıxaran hərəkətlərdir.
Bu hərəkətləri anlamamızdan
ötəri niyyətin
içinə girmək
məcburiyyətindəyik.
İnsan
adlanan bir canlı əslində, nəticədir, yaradılan
ünsiyyətin nəticəsidir.
Bu ünsiyyət isə
niyyətə bağlıdır.
Canlı
kimi biz parçalardan
ibarətik, görüntü
olaraq Şəklimiz birdir.
Ancaq bizi biz edən niyyətlərin sonluğu
kimi əvvəlcə
insan oluruq, sonra insanlar. İnsan olmaq hələ canlı olan parçalarımızla
sülh bağlamaq anlamına gəlməz. İçimizdə olan qəzəb, ağrı, sevgi, nifrət, şöhrət, rəzalət,
kin, küdurət, alqış,
qarğış...
Ciyərimiz bir şey istər, ürəyimiz başqa bir şey, gözümüz ayrı, qulağımız
ayrı, dilimiz ayrı. Ayaq əllə, əl dillə, ürək başla... Beləcə bütünlük olaraq insan içi ilə hərbdədir. Bu hərbin əmr edəni iradədir. Bu iradəni isə niyyətlə tanıyarıq.
Xoş niyyət, pis niyyətdən aslı olaraq insan Xoşbəxt və Bədbəxt olur. Bu, fərdi bir haldır. İnsanlar isə necə xoşbəxt, necə bədbəxt olurlar, desək... Fərabinin "xoşbəxt
Şəhəri"nin niyyətlərini
tanımağımız gərəkir.
Bu da bizə mədəniyyət
olaraq miras qalır.
Mədəniyyətin məqsədi insanları müsəlman
görməkdir ki, bu suala cavablar
axtarar. Mədəniyyət
insan və insanlıq üçün
deyil, müsəlman olmağa çağrıdır.
Niyyəti sənət
yaratmaq deyil, sənətin dili ilə yaradılanları kəşf etməkdir. Kəşf etdikcə heyrətə düşməkdir.
Biz niyə son yüzillərdə
mədəniyyətin içini
tanıya bilmədik? Bizə təqlid olaraq təklif edilən teatr, roman, şeir, kinonun mərkəzində fərqli
insan və fərqli insanlar var. Biz o insanların Kültür olaraq şəkilləndirdiklərinin
hansı insanı seçdiklərini bilmirik.
Tanımırıq, yaşamamışıq. Onlar içi ilə hərb edən insanı kəşf etməyə çalışır.
Bizim isə belə bir niyyətimiz olmayıb. Bizlər islamla Allaha təslim olub, təmsil edənlər kimi mədəni niyyətin içini tanıdığımız zaman
mədəniyyət inşa
edəcəyik.
İdris HEYDƏRLİ
Ədəbiyyat qəzeti.- 2020.- 4
iyul.- S.30.