Daşdan daha daş
Quru qərənfil
Budur bizim yükümüz
köksüz kökümüz
yoruq türküsü
kimi quru
daşdan daha daş
susamadan daha susuz...
Can ilə tən bir dedin, yanına
gül qoydular
Hər zərrə də günəş
Nəsimi
Tanrıyam dedin, yanına gəldilər
Dərini
soyub, dağ təpəsinə sərdilər
Hər zəhər şəkərdir
dedin, yanına gəldilər
İman
ilə küfr bir, dedin, sözünü
dəldilər.
Can ilə tən bir, dedin,
yanına gül qoydular
Məndə sığar iki
cahan, dedin,
ikisini də oydular.
İlhami Emin
Azərbaycan dilinə uyğunlaşdıran:
Anar
Ədəbiyyat qəzeti.- 2020.-
4 iyul.- S.32.