Fransız
poeziyası Cavanşir Yusiflinin
tərcüməsində
Bircə an
Bir barmağın ucuyla
dənizin duzunu necə biliriksə,
Əbədiyyət dediyin də
bircə anın həyəcanlı gözləntisidir.
Gözün xəbəri oldumu
Göz qapağında
kirpiklərin ilk titrəyişindən.
Bu kirpiklər milyon dəfə çırpılmalıdır
ki,
Ən uzun kirpiyin ucunda
adsız bir ulduzun işığı
yansın
O işığın
göz bəbəyinə
çatmağını gözlə
əbədi qaldığı
yerə
Şəffaf mavi toranlıqda,
göy qübbəsinin
altında
Dan yerinin ağarması
İnsan
intizarıdır...
Yerin tumurcuq gözləri açıq olunca
Dan yerindən min-min dünya ağarıb,
dövrlər gəlib
keçib
İçində, ruhunda canlı
nə varsa
Beləcə, dünyayla bir
həm boya atıb, çoxlaıb,
Həm gizlənib içində
Dünyanın sonunadək...
Bir dəfə hamının gördüyü,
sonra dan yerinin ağına sıxılmış,
güzgüdəki surəti
olmayan bir ulduzun heç sönməyən işığı...
üfüqlərin qaşında
atılıb-düşsən
bir quş...
içindədi,
uyuyub...
Sıxılmış dişlər
Nəyə belə nifrət
eləyirəm
Soruşmayın, üstünü vurmayın.
Sükut
adalarındakı uçurumların
Üstündə
Bir ağ yaylıq
kimi yellənir səma,
Bir də ölənlərin nifrəti...
Nə var bu xarabada?
Bir-birini
bastalayan,
Baltalayan
Sözlərdən başqa?!
Yalan badəsində and içən
Solğun dodaqlardan başqa?!
Bu yalan qarışan havamız
Sütülcə pozğundur,
Sözüm, səsim,
Siz ruhumun dərinliklərində
də
Çamıra batdınız.
Azadlıq həsrəti -
Bu quduz həsrət,
Ürəyimin içində qana
bulaşıb
Mən ancaq dişlərimi sıxıram
Bərk-bərk.
Onların arasında milyon lal-kar yatır.
Azadlıq həsrəti
Bu quduz aclıq...
Sızmağa çalışan qan
tək
Dişlərimin arasında sıxılıb,
Qalıb.
Yaxşı ki, üzünə
baxıb
Ümid
etməyə
Nifrət
qalıb...
Pyer Emmanuel
Ədəbiyyat qəzeti.- 2020.-
4 iyul.- S.30.