Fransız poeziyası Cavanşir
Yusiflinin tərcüməsində
Xəlbir
Nə qədər
çox anlasa, o qədər əzab çəkər. Nə qədər arif
olsa, bir o qədər ağrıyar.
Fərasəti dərdinə,
inadı məyusluğuna
tən gələr hər an...
Arzu nə səpilir, nə də biçilir, ürəyində qalar sənin, çin olmaz, içinə sıxılıb qalar. Ancaq özünü ən
varlı adam bilərsən.
Gənclər, siz, anacq siz
indi həqiqəti deyə bilərsiniz - dodağından qaçan
təbəssümün rəsmini
çəkərək.
Siz dolanbac bilməzsiz, keçib gedərsiz. Bizsə keçdiyimizə inanıb, gözümüzü
son mənzldə açarıq.
Görərik ki, qəlbimizin içindən
keçən gələcək,
yoxdu, keçib, uçulub...
Sevginin pıçıltısı,
qəzəbin batan səsi. Itib getməz, kasıblığın cın-cındırı
içində gizlənər,
görünməz, hərbi
sirr kimi..., kimsə bilməısin, eşitməsin...
Uşaq nağılının taxtapuşu
yavaşca ovular, qaranquşlar
ard-arda uçub gedər.
Röne Şar
Ədəbiyyat qəzeti.- 2020.-
4 iyul.- S.31.