Fransız poeziyası Cavanşir Yusiflinin tərcüməsində

 

Ağappaq Paris

 

Qar gecəylə birgə

Parisə yağdı

Qarışqa yerişiylə...

 

Küləkli şəhər

Qışı boyayla çəkdi

Nəhəng addımlarıyla...

 

Susqun Sena

Büxur rənginə

Boz  tütün rənginə çaldı

 

Ağappaq fonda

Zaman dayanıb,

Qarışqa yoxdu.

 

Nəhəng addımlarla

Yağdı Parisə

Qar da, gecə ...

 

Payız

 

Ağacların saçı tökülüb qısalanda

Ay çevrəsini qucaqlar onların

duman içindən keçərək

Küləksə uçur, küləksə əsir

Qarğa-quzğun kimi

Ulduzların altında fırlanır...

 

Niyə mənim ürəyim belə qopur, ağrıyır

Ağacların saçı tökülüb qısalanda,

Sarmaşıqlar

Qaranquşun

 

Şəfəq söküldüyündə eşitdinmi

Şaxta barabanlarını çalır

Dirəklər bəs?

Ağacların saçı tökülüb qısalanda

Ürəyim niyə ağrıyır, niyə?

 

Pyer KORAN

 

Ədəbiyyat qəzeti.- 2020.- 4 iyul.- S.31.