Fransız poeziyası Cavanşir Yusiflinin tərcüməsində

 

Qar kitabı

 

Məğzinin daim

Ağlıqdan uzaqlaşmaq olduğunu bəyan edən

Qarın yağmasıyla

Dil... son nəfəsini toplayıb

Gücdən, heydən düşür, sıxılır özünə,

Hər şey özünün oxu üstündədir

Dilinə dolaşan sözü elə deyir ki,

Həm demir, dayanır,

            imtina edir deməkdən,

hər dəfə "qar" sözünü yazanda

Mən

Bir qolumu itirirəm...

 

Fransois JACQMIN

 

Ədəbiyyat qəzeti.- 2020.- 4 iyul.- S.31.