Ana, muğayat
ol
Dağlar,
nankor olduq, getdik obadan,
Yollara bir dağ ol,
qalan getməsin,
Vüqarlı zirvədə yurd-yuva
salan,
Çiyni yapıncılı çoban
getməsin.
Torpağın altında yatanlara
bax,
Ömrünü yurduna qatanlara bax,
Kökünə güvənib, qalanlara
bax,
Qaylayın, araya şeytan keçməsin!
Sevgi qismətidir Allah qulunun,
Ondan yarıyanı tapsanız,
bulun,
Saçına dən düşmüş,
gözləri yorğun,
Yollara boylanan canan getməsin.
Buludlar dolaşır taleyimizdə,
Acı yuva salır ürəyimizdə,
Allaha dualar diləyimizdə,
Ana, muğayat ol, Vətən getməsin!
P.S. "Qaylamaq" qədim
türk sözü
"qay"dandır. Mənası güc, dəstək verməkdir. Mənim fikrimcə,
kəndimizin adı
"Gəyliyən" sözü,
əslində, "Qaylıyan"dır.
Yəni güc, dəstək verən, haylı-huylu.
Bu da kəndin
əhalisinin Azərbaycanda
geniş yayılmış
oğuz türk qayı boyundan (Osmanlı dövlətini quran boy) olmasına işarədir (müəllif).
Dəymə, fələk
Dəymə fələk, könlün
qəmli sazına,
Pərdəsi siminin oduna yanır,
Toxunarsan
payızına, yazına,
Bir tatsız sevdanın badına yanır!
Dəymə fələk, dərdlər
dərdə qalansın,
Dərd
ağacı dağla qoşa dayansın,
Bəlkə, onda yatmış
baxtım oyansın,
Naləmdən dünyanın ini
oyanır!
Qıyma
fələk, top zülfümün
telinə,
Sazaq dəyə qəlbindəki
gülünə,
Bir nabat ol onun
şəkər dilinə,
Bal özünü dillərə
dərman sanır!
Dəymə fələk, o, dağlara
yol edir,
Lalənin yanında bir gül də bitir,
Güllərin içində bülbüllər
ötür,
Səsindən dağların könlü
oyanır!
Dəymə fələk, Günəş
bizi isitsin,
Xəyallar zamana axış
gətirsin,
Fizun ahlarıyla bir gül bitirsin,
Yoxsa qüssəsindən qəlbi
dayanır!
Nazlı
Sağdan
əsən meh laləni
Yırğalayır sola nazlı.
Ətri
vurur tüm aləmi,
Nola, gələ yola, nazlı!
Zirvədəki uca qala,
Sevgimizə yuva ola,
Yarın
könlü eşqlə
dola,
Qucağımda qala nazlı!
Dağ başına dən düşəndə,
Yollarıma çən düşəndə,
Gözlərimə nəm düşəndə,
Düşər haldan-hala nazlı!
Kəklik
yalnız ötərmi
heç,
Könlüm səndən keçərmi
heç,
Eşqdə dərd-qəm bitərmi
heç,
Uyma qeylü-qala, nazlı!
Telli sazdan ey ruh
alaq,
Gəl,
qartala yoldaş olaq,
Mələklərdə qonaq qalaq,
Qayıtmayaq dala, nazlı!
Fizun sənə sir söyləyə,
Ağız aça bir diləyə,
Tanrı
bizə rəhm eyləyə,
Özü yola sala, nazlı!
Halal eylə
Qalıb
üfüqlərdə, yatmır
gözlərim,
Yuxunu gözümə
gəl bilal eylə.
Açıb qanadını uçur
illərim,
Vüsalı səmama al, hilal
eylə!
Sevgi dağımınmı yalında
qalım,
Ordamı
yurd salım, xəyala dalım,
Dumana bürünsə o qafil halım,
Al məni qoynuna, əhli-hal eylə!
Gülmürsə üzümə hüsnü-ərbabım,
Yanırsa atəşdə könül
sərdabım,
Açmırsa qəlbini lisan mehrabım,
İlahi,
dilimi bəndi-lal eylə!
Dalğasız çayların çaydaşı
olmaz,
Ağzı boş olanın
sirdaşı olmaz,
Sevdasız ağılın faydası
olmaz,
Məni
eşq yolunda Sən kamal eylə!
Bir vədə gəlməsə
səsim uzaqdan,
Soruşma halımı bahardan,
yazdan,
Müjdəmi alanda qarlı sazaqdan,
Könlündə haqqını sən
halal eylə!
Füzuli (Fizun)
Ədəbiyyat qəzeti.- 2020.- 4
iyul.- S.29.