"Ədəbiyyat qəzeti"nin baş redaktoruna!

Hörmətli Azər Turan! Sizə göndərdiyim şeirlər AMEA Fəlsəfə İnstitutu İdrak nəzəriyyəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanovun son dövr yaradıcılığının məhsuludur. İdrak nəzəriyyəsi üzrə Azərbaycanda çox az alimlərdən biridir. Məqalələri Azərbaycanda dünyanın müxtəlif ölkələrində elmi məcmuələrdə dərc olunub. Bir çox ölkələrdə elmi konfranslarda etdiyi məruzələr maraqla qarşılanıb. Əsasən təbiətşünaslığın fəlsəfi problemləri, ontologiya, idrak nəzəriyyəsi, eləcə fəlsəfi fikrin metodoloji problemləri ilə məşğul olur. "Sinergetika elmi təfəkkür üsulu kimi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Elmə sinergetik yanaşma ilə bağlı monoqrafiyası dərc edilib.

Füzuli Qurbanov bu günlərdə şeirlərini təqdim edəndə mənim üçün gözlənilməz oldu. Çünki mən onu yarım əsrdən çoxdur ki, tanıyıram, lakin şeir yazdığını bilmirdim. Şeirləri təbii, səmimi effektivdir; bədii dünya duyumunu, estetik dünyagörüşünü fəlsəfi, sosial kontekstdə ifadə edir. Predmet hadisələrə poetik yanaşmada bədii fəlsəfi qavrayışlar paralellik təşkil edir. Əlvanlıq, poetiklik, çoxçalarlılıq, görümlülük bu şeirlərin bədii məntiqini təşkil edən faktorlardandır. Poetik mətndə sözlər fikirlər bir-birini tamamlayır bədii emosionallıq yaradır.

Füzulinin (Fizun) şeirlərindən bir neçəsini "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim edirəm.

Hörmətlə, professor

 

Bədirxan Əhmədli

 

Ədəbiyyat qəzeti.- 2020.- 4 iyul.- S.29.