Yaralı sinədə dərd çiçək
açar
Yağışdan sonrakı göbələk kimi…
Tanrı qəzəbinə gəldi
yer üzü
Bir bəla yetişib bəşəriyyətə
Nə elmə bəllidir, nə şəriətə,
Nə şaha rəhm edir, nə rəiyyətə -
Tanrı qəzəbinə gəldi yer üzü.
Qaldı
su altında kiçik adalar,
Tufanda boğuldu
səslər, sədalar.
Elə çoxaldı ki, haramzadalar
Tanrı qəzəbinə gəldi
yer üzü.
Xeyir öz yerini şərə verəndə,
İblisin əkdiyi bəhrə
verəndə,
Avropa oğlunu ərə verəndə
Tanrı qəzəbinə gəldi
yer üzü.
Allahı
yadına salmayan bəndə
"Ayətül-kürsü"nü
oxuyur gündə.
Bu hansı millətdir
və hansı dində?!
Tanrı qəzəbinə gəldi
yer üzü.
Adam bu azardan qoruna
bilmir,
Düşünmə: hardasan korona bilmir...
Bu dünya başqa cür darana bilmir,
Tanrı qəzəbinə gəldi
yer üzü.
Bu azar sarımsaq, soğana baxmır,
Qocaya, uşağa,
cavana baxmır.
Ona yazıq-yazıq baxana baxmır,
Tanrı qəzəbinə gəldi
yer üzü.
Subaylar əlindən tutandan qorxur,
Evlilər yanında yatandan
qorxur,
Ay Adil, adamlar adamdan
qorxur,
Tanrı qəzəbinə gəldi
yer üzü.
Məni qınamayın
Bütün güzgülərdən acığım gəlir
-
Təpir gözlərimə qocalığımı.
Yaralı
qəlbimdən aça
bilmirəm
Yaşın bağladığı qəm
sarığımı.
Bütün küləklərdən xoşum gəlməyir -
Ya Cənubdan
əssin, ya da Şimaldan.
Onun əsiminə meh necə deyim -
Bu külək adamı
salırsa haldan.
Bütün sevənlərə yazığım
gəlir -
Keçirlər ürəyin imtahanından.
Amma ki, dünyamız sevilərdimi
İnsan doğulmasa sevgi qanından?!
Bütün ayrılıqlar ölümdən
betər
Adamı şam kimi əridəsidir.
Göy üzü yavadır uçan ruhlara,
Yer üzü
ayrılıq xəritəsidir.
Qismətin olmasa
Həyatdır, qatıldım çox
oyunlara,
Oyunbaz görmədim
bu fələk kimi.
Məni
dönə-dönə çəkərək
dara
Fırlatdı əlində çərpələng
kimi.
İnsan
rəzalətlə razılaşanda,
Yumşalıb, yuxalıb quzulaşanda
Elə
o məqamda, elə o anda
Dərd gələr üstünə
şir-pələng kimi.
Qismətin olmasa əl boşa çıxar,
Naxışı tutanlar tez başa
çıxar.
Ömür-gün ələnər, çıxdaşa
çıxar,
Qalar nəzərində
boş ələk kimi.
Bağlı qapılara ümiddir
açar,
Ay, Adil, bir kimsə
qalmasın naçar.
Yaralı
sinədə dərd çiçək açar
Yağışdan sonrakı göbələk
kimi.
Yaşamaq
Vallah yaşamaq deyil
Elə-belə yaşamaq.
Ağırdan ağır olur
Beldə şələ yaşamaq.
Olum müvəqqətidir,
Ölüm isə qətidir.
Məcnunluq xislətidir
Düşüb çölə yaşamaq.
Ağı boza döndərər,
Çoxu
aza döndərər,
Səni
buza döndərər
Yayda çilə
yaşamaq.
Yıxılsan sağ, solundan
Kimsə tutmaz qolundan.
Səni
eylər yolundan
Yolda tələ
- yaşamaq.
Nə qiymət var, nə qədir,
İllər ömürdən gedir.
Pərvanə bilər nədir
Dönüb külə yaşamaq.
Yatan bir gün ayılır
-
Günlər qalıb sayılı.
Olmur ki, əzrayılı
Tutub dilə
yaşamaq.
Qürurlu qapı döyməz,
Kimsəyə boyun əyməz.
"Bir azad günə
dəyməz
Yüz il kölə yaşamaq".
Ər olanlar ərimiş,
Xislət qana yerimiş.
Ölməkdən çətin imiş
Ölə-ölə yaşamaq.
Böyük şəhərlərdə
Böyük şəhərlərdəki
kiçik adamlar
kiçik şəhərlərdəki
böyük adamlardan
böyük görünür.
Böyük şəhərlərdə insan
böyük arzulara bürünür,
böyük yola çıxır -
nə məkan onu sıxır,
nə zaman onu sıxır.
...Böyük şəhərlərdə
böyüməyin sirri var -
"balıq dəryada
böyüyər"
demiş ulular...
Ankara,
2018
Bu payız
Saralıb, sozalır yamyaşıl
dağlar,
Cığırda payız var, çəhlimdə payız.
Dəymiş yarpaqlara dəysə
barmağım
Ovulur, sovulur əlimdə payız.
Durna qatarında qatarım gedir,
Məni ayrılığa atanım
gedir.
Solur - bağım gedir, bostanım gedir,
Həsrət nəğməsidir dilimdə
payız.
Fəsil
dəyişəndə ayrısı
gəldi,
Uçdu kəpənəyi, arısı
gəldi.
Bu payız ömrümün
payızı gəldi
-
İçimdə payızdır, çölümdə
payız.
Əsa
Satışda əsa gördüm,
Beynimdə nəsə gördüm.
Gördüm ki, qocalmışam
Haya gəlib
bu çəlik.
Onun
"ayağı" ilə
Gedişim bir küçəlik.
Sonra da düşündüm ki,
Bu da bir şərəf
olar -
Qocalıb büdrəyəndə
Əsayla
tapışasan,
Ögey
ayağın ilə
Torpaqdan
yapışasan...
Hamısı yuxu
Havayı
yağmayıb saçıma
bu qar,
Gələn yaş dərd verir, sər verir mənə.
Bir zaman qəlbində yer verən qızlar
İndi də metroda yer verir mənə.
Qulağın qidası yaxşı
musiqi,
Gözün də qidası gözəllikdədir.
Təzədən görəndə köhnə
aşiqi
Görərsən baharı xəzəllikdədir.
Ay ömür, nə yaman tez gəlib-getdin,
Sən demə
bu ömrün yarısı yuxu.
Cavanlıq deyilən ilğımda
itdim,
Sonra nə yaşadım - hamısı
yuxu.
Sən görmədin
Sinəsində yeridiyin
Yamac oldum - sən görmədin.
Yollarına kölgə salan
Ağac oldum - sən görmədin.
Bir gün oldu bir
il mənə,
Yalvardım ki, bir gəl mənə...
Bal süzülən bir kəlmənə
Möhtac oldum - sən görmədin.
Qəlbimdə bir yuva gəldim,
Başımda bir hava gəldim.
Dərdlərinə dəva gəldim,
Əlac oldum - sən görmədin.
Lənət hicran hasarına
-
Gərək mənə o sarına?!
Yetmədiyim vüsalına
Mən ac oldum
- sən görmədin.
Keçib
Soruşma saçlarım ağarıb
niyə,
Bu illər mənim
də üstümdən
keçib.
Fəsillər kökləyib ürək
ritmini,
Ömür soyuğumdan, istimdən keçib.
Sənsiz
saralsa da çölüm, çəmənim,
Hələ solmayıbdır ümid səmənim.
Bu hicran yolunda çəkdiyim mənim
Elə yanmışam
ki, tüstümdən
keçib.
Adil tamarzıdır busənə,
gözəl,
Qəribə gəlməsin bu sənə, gözəl.
Həyat
nə verir ki, küsənə, gözəl,
Vallah küsməmişəm,
"küsdüm"dən keçib.
Adil Cəmil
Ədəbiyyat qəzeti.- 2020.- 11
iyul.- S.22.