Nə olsun dizlərim
əlçatan yerdi,
Əlim, dizlərimin günahı nədi?!
Əlim, dizlərimə niyə
döyürsən
Həyətdə bitən göyəm,
bostana gələn su arxını...
Bir yandan qırxlıq,
o biri yandan qoyun
qırxını...
Əlim, dizlərimə niyə döyürsən?!
Nə yatan kimi yatanam,
nə oyaqtək oyaq.
Nə ölü kimi ölüyəm,
nə də sağ kimi sağ...
Əlim, dizlərimə niyə döyürsən?!
Baxıram aynaya - məəttəl
qallam,
nə görünən
mənəm, nə bu aynadı.
40 günün acı da mən ola bilməz,
bir belə içimi yedim doymadım.
Əlim, dizlərimə niyə döyürsən?!
Hərdən sağa-sola yayındırıram
neyləyim gözlərim
nəmli yerdədi.
Səni
də qınamaq olmur hardasa -
bilirəm dizlərim
çəmli yerdədi
Əlim, dizlərimə niyə döyürsən?!
İçim dəniz kimi, sözlər balıqdı,
-
sahilə çıxırlar
sətirlər məndən.
Baxdılar bir dərdə
dərdkar deyiləm
yüz illik dərdlərim gedirlər
məndən.
Əlim, dizlərimə niyə döyürsən?!
Gəldi
xəyalıma bu axşam çağı
-
yazda Həkərinin axması düşdü.
Bir dosta söz dedim süfrə üstündə
hönkürdü, ağzından
loxması düşdü.
Əlim, dizlərimə niyə döyürsən?!
Əldən qaçırtmışıq bəxt deyiləni
daha indən belə hara yüyürək?!
O qədər dərd çəkdi döyənək
oldu,
ya çöllərin
daşı, ya da bu ürək...
Əlim, dizlərimə niyə döyürsən?!
Bir ahıl ah çəkir yönü dağlara
ahılın həsrəti,
o ahı nədi?!
Nə olsun dizlərim əlçatan yerdi,
əlim, dizlərimin günahı nədi?!
Əlim, dizlərimə niyə döyürsən?!
Söz oğrularına
Telli balam,
Canlı
balasını tanıyan
kimi
şair sözünü,
kəlməsini tanıyır...
Bar ağacı meyvəsindən,
nübarından,
Deyim əyninə geydiyi
fikir paltarından tanınır.
Sərraf
yaxşı bazarı
malından,
Döyüşdən başsız qayıdan əsgəri
arvadı xalından
tanıyır.
Adamın
əhvalı gözlərindən,
bənizindən bəlli
olur,
Sözünün başını tutanda
mənə gülmə
- şair dəli olur.
Qulağına pıçıldayanda
eləsi var daş atır başını tutur, -
oğurluğu danır,
telli balam.
Açıb ağartmaq olmur,
-
üz üzdən utanır, telli balam.
Ayrılığın sabahı
Pəncərədən baxıram,
dilim adını pıçıldayır...
Adın
dilimə gələndə
dodağım yüz yerdən çat verir,
dodağım uçuqlayır.
Sən gedəndən ölmüşəm
görünən də şəkildi, -
bunun niyəsi yoxdu!
Xəncərin qını, sapı
var,
ağzı, tiyəsi
yoxdu.
Eşq kor əlində çəlikdi,
o çəliyi apardın.
Aşiqə Haqdan mükafat
köləliyi apardın.
Qırmızı gey, nəzir de
-
qaragünlü qarabəxt
hələ sənə
əsirdi...
Sevgidən söhbət düşəndə
məni belə xatırlama -
"Bədbəxt oğlu, bədbəxt,
sevgi üstə əsirdi!".
Pəncərədən baxıram,
dilim adını pıçıldayır...
Adın
dilimə gələndə
dodağım yüz yerdən yarılır,
dodağım uçuqlayır.
Tapşırma
Əlim
əlindən üzüldü,
Ya qismət,
görəm-görməyəm.
Eşidirsən? Bir mənə bax!
Hərdən güzgüyə baxanda
Mənim
gözümlə sənə
bax!
Çiyələkli şeir
Çiyələk çiçəkləyir,
ləçəyində gülüşün.
Deməzlər oğurlayıb
təbiətin "əl
işin"?!
Qırğın irəlidədi -
allanacaq yanaqlar.
Birindən dadmaq olar,
o birinə qınaq var.
Tellim
Şairin
pay boğçasına
Qələmi söz deyər, tellim.
Sevən
sevənin yolunu
Qaydadı gözləyə, tellim.
Barmaq sayında yaşam var,
Göydə Tək, Yerdə
qoşan var...
Hər işi düzüb-qoşan
var,
Nə deyim düzgüyə, tellim?!
Baş qırıldı künə
qaldı,
Qalan ağzıgünə
qaldı.
Hər xatirən mənə qaldı,
Sən özün
özgəyə, tellim.
Gözəl və qoca
Bir gözəl görən qocanın
tutduğu ilk tədbir
hisslərinin həbsidi.
Gözələ baxmaq onunçün
rəqqasın qəbri
üstündə
çalınan "Tərəkəmə"
rəqsidi.
Bilmədim
Ayrıldıq - yenə başımdan
Səni çıxarda bilmədim.
Əvvəli ayıq olmadım,
Nə var axırda bilmədim.
Gecəni
eşqə çalxadım,
Əyildim gülün qoxladım...
Mən ömrümü yağmaladım
-
Qış da, bahar da
bilmədim.
Təzə səfərdən düşmüşəm,
Atdan, yəhərdən
düşmüşəm.
Elə bir dərdə düşmüşəm
Açıb ağarda bilmədim.
Gəraylı
Tellim, sevən yanındasan,
Aç könlünü - pərdələmə.
Sevən
umacaqsız olmaz,
Ayıb tutub pərt eləmə.
Daş nə edir - şüşə bilər,
Can nə çəkir - köşə bilər.
Dərdlər gözdən düşə
bilər,
Hər bir dərdi dərd eləmə.
Adı saxlayan urvatdır,
Saxlaya bilsən
sərvətdir.
Şair
quruca bir addır,
Adımı çox vird eləmə.
Fərqanənin ölümünə
Elegiya
Narıngül, Şəfəq, Məlahət,
Faiq, mən, Aləmzər,
Qiymət...
Əyləşdik yan otaqda
ölümünü qarşılamağa.
Ayıbımıza gəldi, ölüm
olsa da,
dost adını deyib gəlir.
Axı
o da bekar deyil,
hardasa işini qoyub gəlir.
Faiq dözmədi, çıxdı...
Bilirsən, Faiq dildən pərgardı.
Bəlkə də, ölümü
dilə tutmağa,
Bir hovur ləngitməyə,
başını qatmağa
çıxdı.
Ondan olsa, ölümün
gələn yolunu düyə bilərdi,
Ölümün üzünə qırmızı
burda yoxsan deyə bilərdi.
Ölüm də ölümdü
ee...
Gələndə heç nəyə
baxmaz,
gözaltısını buraxmaz.
Qəfil
sən olan otaqdan şivən qalxdı,
Elə bil əlahəzrət gəlmişdi
əsgər kimi ayağa durduq.
Aləmzər titrəyirdi əsim-əsim,
Öz aramızdı, hesabınan
gərək
ölümün bizdən
inciməsin.
Səninki də belə yazıldı,
dərgaha oxunmağa
o yazı getdi,
Narahat olma, yaxşı pay apardı,
ölümün bizdən
razı getdi.
2
Zalım,
sağlığında inanmazdın...
İlqar
büzüşüb bir
sifətə düşdü,
üzünə baxmağa
gücüm olmadı.
Yəqin,
ona yanırdı siqaretiynən -
sənə qıyan
ölümə öcü
olmadı.
Bu necə ölümdü, Fərqanə, -
mağarın qurulmadı,
üçün olmadı?!
"Bacın qurban!" deyərdin...
Yaxşı qardaşın bu şeiri yazmağa əli gəlməz.
Allah görür - sənin ölümünə də
pis deməyə dilim gəlməz.
Adını çəkirəm, Fərqanə,
Bəlkə, bir işim düşüb elə,
adam bir haya çıxmazmı?!
Qardaş
deyən bacı qardaş gələndə
durub qapıya çıxmazmı?!
Doğrandın bıçaqlara,
bıçaqlar ağzında
getdin.
Ona yanıram - qışa dözdün,
fəslin yazında
getdin.
Doğrandın bıçaqlara,
dözümünlə sirr oldun,
Can, ay bacım! Sağalmaq umuduna
Təbrizin yollarında yesir oldun.
Fələk bir oyun oynadı,
bağlanmayan yer qalmadı...
Yaxşısı bağlandı, pisi bağlandı.
Səni
gördü dünya qarışdı,
umudunun qapısı bağlandı.
Özünü xəstəliyə də
sevdirdin,
Çox
xəstəliyin altın
çəkdin,
Çox xəstəlik başına
gəldi.
O qədər sadə idin,
Nicat da ürəkləndi, yasına
gəldi.
Bir dəvətdən qalmırdın,
hər dəvətə
varırdın...
Yarımcanla, ağrıyla,
yenə məclis aparırdın.
"Ulduz"da hamıya istisi çatan,
korun yanan ocaqdın.
Dəfninə çata bilmədim,
qəbrinə qələm
qoyacaqdım.
Yarpaqdan
tutulan ipək misallı,
nə darda, nə möhnətdəsən,
şair.
Qəşəm ünvan soruşurdu,
dedim cənnətdəsən,
şair!
İlham Qəhrəman
Ədəbiyyat qəzeti.- 2020.-
11 iyul.- S.23.