Dil tariximiz yenidən yazılmalıdır

 

Sovet dövründə dil mədəniyyət sahəsində tədqiqat əsərləri, o cümlədən dil mədəniyyət tarixləri məlum konseptual prinsiplərə əsaslanırdı. Bu prinsiplər bütün sovet dövrü alimləri tərəfindən əsasən qeyd-şərtsiz qəbul edilirdi. Eyni ilə rəsmi, qələmə alınmamış hakim tendesiyalar mövcud idi ki, tədqiqatçılar onlara riayət etməli idilər.

Ehkama çevrilmiş həmin prinsip tendensiyalar dövlət siyasəti ilə bağlı elmin, o cümlədən yazılan tarixlərin obyektivliyinə, sözsüz ki, mane olurdu.

Məsələn, siyasi baxımdan Azərbaycan dili mədəniyyətinin tarixləri bilavasitə, üzvi surətdə əlaqəli olduqları türk islam mədəniyyəti kontekstindən bu bölgə mədəniyyətlərinin ayrılmaz bir hissəsi kimi yox (bu, pantürkizm panislamizm kimi səciyyələndirilirdi), vahid qapalı bir sistem kimi ya Zaqafqaziya sovet xaqları mədəniyyəti bölgələri kontekstində öyrənilirdi. Bu halda da diqqət, əsasən Azərbaycan-rus dil mədəni əlaqələrinə verilirdi. Dil mədəniyyət tariximizin obyektiv tədqiqinə ciddi maneə olan səbəblərdən biri, yenə siyasi mövqelərlə bağlı, xalqın etnogenezisinə müasir elmdəki münasibət idi.

Hazırda hökmran ehkam tendensiyalardan azad olmaq imkanından istifadə edərək, mövcud tədqiqatların, eyni zamanda dil tarixinin yeni tədqiqi nəşri həyata keçirilir.Yeni nəşrlə əlaqədar mütəxəssislər dil tarixi elminin bəzi prinsipləri ilə bağlı öz fikirlərini bildirmək istəyirlər.

Dilçilik dil tarixi elmlərinə marksizmin millət haqqında təlimi ilə bağlı "Əzık narodnosti" - "Xalq dili" ya "Milliyəqədərki dil", "Naüionalğnıy əzık" - "Milli dil" kateqoriyalarından istifadə yeni nəşr zamanı ciddi daşınıb-düşünülməlidir. Bu təsnifat müxtəlif baxımlardan süni əsassız sxemdən başqa bir şey olmadığına görə yeni nəşr zamanı çox güman ki, ondan imtina edəsi olacağıq.

Son etibarilə adıçəkilən anlayışlardan istifadə etnoqraf tarixçilərimizin "Xalq" "Millət"ə verdiyi təriflərlə yəqin ki, uzlaşacaq. Azərbaycan dilinin zaman etibarilə təşəkkülü onun dövrləşdirilmə (mərhələşdirilmə) prinsipləri yenidən düşünülməli dilin xalqla həmzaman olması (dilsiz xalq xalqsız dil qeyri-mümkündür) nəzərə alınaraq elmi cəhətdən əsaslandırılmalıdır.

"Yazıya qədərki" dövrün zaman sərhədlərini göstərərkən, sərhədlərin şərtiliyi mütləq qeyd edilməli qəbul edilən hüdudlar elmi baxımdan əsaslandırılmalıdır. "Yazıya qədərki" dövrün dil abidələrinin tədqiqi metodikası, tədqiqat zamanı seçilən elmi meyarlar bir daha düşünülməli bir daha müzakirə olunmalıdır.

Ədəbi yazı dilimizin yaranması dövrü yenidən müəyyən edilməlidir. Bu dövrü XIV-XV əsrlərdən, Nəsimi Həsənoğludan başlamaq düzgün deyil. XII əsrin birinci yarısında Azərbaycanda yaşamış Xilafətin canişini Məsud ibn Namdarın 1111 1112-ci illərdə yazdığı "Hekayət, məktubat şeriyyat" toplusundan məlum olub ki, XII əsrdə türk dili elitar şeir dili kimi Azərbaycanda mövcud imiş.

Qətran, Xaqani, Nizami kimi dahilər yaratmış, VIII-X əsrlərdə Orxon-Yenisey abidələrini, Mahmud Kaşğarinin "Divanü-lüğət-it türk", Yusif Balasaqunlunun "Kudatqu bilik" əsərlərini dünya mədəniyyəti xəzinəsinə bəxş etmiş, daha sonra yüksək fəlsəfi poeziyanın türkdilli Sultan Vələd, Yunus Said Əmrə, Qazi Bürhanəddin irsi ilə zənginləşdirən, türkdilli mədəniyyət bölgəsinə üzvi hissə kimi daxil olan Azərbaycan ədəbi yazı dilinin tarixini XIV-XV əsrlərdən hesablamaq, sözsüz ki, səhvdir. Bu müddəanın səhvliyini hər şeydən əvvəl Həsənoğlu, Qazi Bürhanəddin, Nəsimi ədəbi dilinin inkişaf səviyyəsi sübut edir. Yeri gəlmişkən, "Folklor" "Ədəbi dil" anlayışlarının məzmunu da müəyyən fikir söyləməyə qəbul edilmiş təsnifatların mübahisəli olmasına dəlalət edir. Məsələn, kim deyə bilər ki, folklor abidəsinin dili ədəbi dil deyil yaxud XV-XVIII əsrlərdə deyilmiş Atalar sözü, Bayatı Dastanlar "Yazıya qədərki" dövrə aiddir. Toxunduğumuz məsələlər dil tarixi tədqiqatçıları qarşısında duran çoxsaylı problemlərdən ancaq bir neçəsini ehtiva edir. Beləliklə, Azərbaycan dili tarixinin konseptual prinsiplərinin düşünülməsi, tədqiq əsaslandırılması, dil tariximizin yenidən işlənilib çapa hazırlanması ərəfəsində ən mühüm vəzifələrimizdəndir.

Müzakirə üçün toplamaq istədiyim başqa bir məsələ "Milli dil" anlayışı, bu dilin yaranma tarixi inkişaf mərhələləri ilə bağlıdır. Əvvəla, bu problemin əsas meyarı - "Millət" anlayışı müasir elmdə müəyyən edilməyib. Sovet dövrü ədəbiyyatında isə milli dilin yaranması, inkişaf zamanı XIV-XV, XVII-XVIII XIX əsrlər göstərilirdi. Milli dilin təşəkkül tarixinin müəyyənləşməsinə, zənnimizcə, Oğuz qrupuna daxil olan türk xalqları yazılı abidələrinin müqayisəli tədqiqi aydınlıq gətirə bilər. Milli dilin inkişaf mərhələlərinə gəldikdə isə, bu mərhələlərin əsas faktoru kimi millətin siyasi mövqeyinin götürülməsi, bəlkə , düzgün olardı. Məlumdur ki, milli dil milli ideologiyanın dövlətlə bağlılığı müasir aləmdə qəbul edilmiş həqiqətlərdəndir.

Söylənilən baxımdan milli dilimizin inkişafında XII əsr, XV-XVI əsrlər, XIX əsrin sonu - XX əsrin əvvəli,  XX əsrin 20-90-cı illəri XX əsrin son 20 ili ən əlamətdar, bəlkə , mərhələ səviyyəsinə yüksələn dövrlər hesab edilə bilər.

 

Vaqif Aslanov

filologiya elmləri doktoru

 

Ədəbiyyat qəzeti .-2020.- 18 iyul.- S.7.