Ədəbiyyat qəzetinin baş redaktoru Azər Turana
Hörmətli Azər Turan!
Görkəmli filosof alim, elmi fəaliyyətinə böyük dəyər verdiyim fəlsəfə elmləri doktoru Zümrüd Quluzadə ilə daim fikir
mübadiləsi edir, ixtiyar yaşında olan bu müdrük
xanımla bəzən
saatlarla telefon danışıqları vasitəsilə
elmi müzakirələr
aparırıq…
Zümrüd Quluzadə Azərbayacan fəlsəfi və ədəbi fikir tarixini dərindən bilən, dünyada və ölkəmizdə gedən müasir elmi və ictimai
prosesləri aydın surətdə dərk edən və yüksək nəzəri
səviyyədə təhlil
edib dəyərləndirməyi
bacaran əsl böyük azərbaycançı
alimdir.
Bu tanınmış filosofun
bir böyük xidməti də dünyadan vaxtsız getmiş həyat yoldaşı, görkəmli
dilçi alim,
professor Vaqif Aslanovun xatirəsini uca tutmaqla yanaşı, eyni zamanda, onun
əsərlərinin elmi
dövriyyədə olması
yolunda çalışmaqla
həm vəfa borcunu yerinə yetirməkdən
və həm də bu vasitə
ilə elmimizin müasir inkişafına kömək etməkdən
ibarətdir. Bizim elmi ictimaiyyətimiz yaxşı bilir ki, vaxtılə cavan yaşında Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini vəzifəsinə
qədər gəlib çatmış filologiya
elmləri doktoru Vaqif Aslanov keçmiş
sovet rejiminin yaratdığı çətinliklərə
baxmayaraq, ədəbi
dilimizin tarixini və davamlı ənənələrini azərbaycançı
mövqedən dəyərləndirməyə
üstünlük verən
alim olmuşdur. Bu günlərdə Zümrüd
xanımın
mənə təqdim
etdiyi Vaqif Aslanovun kiçik bir məqaləsi o dövr üçün də, bizim günlər üçün də aktual olan böyük bir elmi problemə
- ədəbi dilimizin
tarixinin müəyyənləşdirilməsində
milli mövqe məsələsinə həsr
edilmiş əhəmiyyətli
yazıdır. Hazırda
da ədəbiyyat və dil tariximizin
yenidən dövrləşdirildiyi
indiki vaxtda mühüm əhəmiyyət
kəsb etdiyini nəzərə almaqla bu məqaləni "Ədəbiyyat qəzeti"nin oxucularına çatdırmağımızı faydalı hesab edərəm.
İsa Həbibbəyli
AMEA-nın birinci vitse-prezidenti, akademik
Ədəbiyyat qəzeti.- 2020.-
18 iyul.- S.7.