Qardaşlarımıza güc
göstərənlər bilsinlər ki…
Azərbaycanla
bağlı son günlər yaşananlar bizi də narahat edir.
Bütün dünyanın pandemiya ilə mübarizə
apardığı bir dönəmdə qardaş ölkəmiz
Azərbaycanın belə bir müharibəyə cəlb edilməsi
əsla qəbuledilməzdir. Qanımız, canımız,
dilimiz bir olan qardaş Azərbaycan xalqına səbir və mətanət
diləyirik. Erməni işğalçılarının Azərbaycanın
Tovuz bölgəsi sərhəddində törətdikləri
təxribat nəticəsində şəhid olan general Polad Həşimov,
polkovnik İlqar Mirzəyev və bütün şəhidlərin
ruhları şad olsun. Biz onları öz xalqının əsl
qəhraman və igid oğulları olaraq qəbul edirik. Azərbaycanda
bizim qardaşlarımız olan şair və yazarlar var ki,
onlar Azərbaycan və Qazaxıstanın qardaş olduqlarını
hər zaman tərənnüm edirlər. Biz onlar
üçün də narahatlıq keçiririk. Azərbaycandakı
qardaşlarımdan biri də tanınmış şair Xəyal
Rzadır. Onun doğulduğu torpaqlar indi erməni
işğalı altındadır. Öz doğulduğu şəhəri
xatırlayarkən gözləri dolar, hisslərini cilovlaya bilməz
və düşmən əlində qalan torpağı
üçün duyğularını şeirə çevirər.
O, ötən il Qazaxıstanda təşkil edilmiş Beynəlxalq
Ədəbiyyat Forumunda “Uşaqlar, müharibə və ədəbiyyat”
mövzusunda çıxış etdi. Forum
iştirakçıları, müxtəlif ölkələrdən
gəlimiş önəmli qələm adamları onun
çıxışının təsiri altında
qalmışdı, bütün salon göz
yaşlarını saxlaya bilməmişdi. Xəyal Rza
uşaqlıqdan silah səsi ilə böyüyən bir
şairdir. Onun üçün müharibəyə daha dərin
baxışı bu fərqi yarada bilir. Biz onun və digər
qardaşlarımızın öz ölkəsində rahat
olmasını, erməni təcavüzündən uzaq
olmasını istəyirik. Allahın izni ilə ədalət
öz yerini tapacaq. Qardaşlarımıza qarşı
alçaqca siyasət yeridən, təcavüzdə bulunan istənilən
ölkəyə qarşı biz də onlarla birgə
olduğumuzu ifadə edirik.
Akberen Elgezek
Şair, Qazaxıstan Yazıçılar
Birliyinin I katibi
Ədəbiyyat qəzeti.- 2020.-
18 iyul.- S.18.