Akif Səməd, başımızın
Daşı hardadı, hardadı?
Gözümüzün Allah deyən
Yaşı hardadı, hardadı?
Uçsun göylər üstümüzə,
Yetişməyin tüstümüzə!..
Hamı
bilir, könlü təzə
Naşı hardadı, hardadı?..
Mənəm, odu o sən deyən -
Tamahından daşı yeyən...
Tanrının bizdən gəlməyən
Xoşu hardadı, hardadı?
Dilimə
gəlin, dağ basın,
Əlimə gəlin, dağ
basın,
Gətirin, ruhum ağlasın,
Nəşim hardadı, hardadı?!
Qərib Mehdiyə
Dağ kimi durub Gəncədə
Sözə həyan Qərib
Mehdi...
Köhnə kişidi, qamətin
Düz saxlayan Qərib Mehdi...
Üzündən axan nura bax,
Dönür başına kürə
- bax!
Heç
görmədim qaraqabaq,
Gülən, deyən Qərib
Mehdi!
Əlindədi sözün canı,
Könüldü, ruhdu ünvanı,
Qocaldıb qoca dünyanı
Qocalmayan
Qərib Mehdi...
Barat Vüsala məktub
Sənin
yerin ayrı, göyün ayrıdı,
Sənin
ilin ayrı, ayın ayrıdı,
Sənin
havan ayrı, suyun ayrıdı,
Belə
havan, belə suyun mübarək!
Bülbül könül bircə
dəfə gül demir,
Oda yanır, qor söyləmir, kül demir,
Sən deyəni ürək deyir, dil demir,
Möhkəm oxun, dəli yayın mübarək!
Yol gedirəm, mən yolları haçayam,
Əzəl gündən bir
hikmətin acıyam...
Saçların hayqırır - dərviş
saçıyam,
Dərviş adam, dərvişliyin mübarək!
Məhəmməd
Ədəbiyyat qəzeti.- 2020.- 18 iyul.- S.25.