Afarin Sajedi: "Qadınlara qarşı

dəyişiklikləri görürəm, ancaq feminist

ideyalarını müdafiə edən biri deyiləm"  

 

Afarin Sajedi özünəməxsus üslubu ilə əsərlər yaradan iranlı rəssamdır. O, 1979-cu ildə Tehranda doğulub.

Tehran Azad Universitetinin sənət memarlıq fakültəsinin qrafika ixtisasından məzun olub. Tehranda bir neçə dəfə rəsm sərgiləri keçirib. Rəssam dərin duyğuları ifadə edən əsərləri ilə tanınır. İlk baxışda iztirablı, sıxıntılı, ağrılı görünən iri qadın gözlərinin arxasında güclü dözümlü bir simanı sezmək olar.

Rəssam ingilis fars dillərini bilir. Əsərlərində "Fotoshop", "Freehand" "Painter" proqramlarından da istifadə edir.

O, müsahibəsində bildirib ki, hamının içində gizlənib qalan qarışıqlığı özümüzə göstərməyə çalışır.

Afarin ilə reportaj bizə sözdə dəyərləri, əngəlləri, dünyanı çəkic ilə daha yaxşı hala gətirməyi deyil, səssizlik içində daha çox gücün olduğunu bir çox sənətçinin səssizliyi seçdiyini göstərdi.

Rəssam həm bir fərd olaraq bir-birinə bənzər, cəsur gözəl qadın obrazları yaratmaqla səs-küy yaradan cəhaləti dağıtmağı aşılayır. O, özünəməxsus sürreal üslubunda balıqlardan, mətbəx əşyalarından istifadə edərək seçilir. Onun ilk böyük sərgisi Romadakı "Doroti Sirk" qalereyasında keçirilib. O, həm əsərlərindəki qadınların iki əsas qüvvəsini "xəyalpərəst" "sevən" qadınlar olaraq göstərir. Rəssamın əsərlərindəki qadınlar sənətçinin həyatda müşahidə etdiyi həmin qadınların daxilindəki hissləri işıqlandırmasıdır.

Sajedinin sözlərinə görə, onun hissetmə qabiliyyəti, hətta susqunluq şəraitində belə özünü dəyər güc sütunlarına çevirir. Əsərlərindəki qadınlar da susqun görünür. Ancaq əsərdəki qadınların daxilində bir bağırtı, etirazı sezmək olur. Susmaq da bir etirazdır.

Qadın mövzusunda çəkdiyi əsərlər onu feminist kimi qələmə versə , ancaq qadın duyğuları əsas yer tutur. Onun tablolarındakı qadınlara İran rejiminin qadınları da demək olar.

- Uşaqlığınızdan, böyüdüyünüz yerlərdən bəhs edə bilərsinizmi?

- Demək olar ki, 15 il Tehranda yaşamışam. Mən qrafik layihəni, multiplikasiyanı, uşaqlar üçün kitablar hətta film üçün hərəkətli illüstrasiyalı əsərlər çəkmişəm. 2009-cu ildən bu yana rəsmlə məşğulam.

- İncəsənəti necə təsvir edərsiz?

- Bu sual çoxbucaqlıdır. Mən portretləri rəngləyəndə detallarla, xarakterin emosiyaları ilə işləyirəm. Mən daxili tərəfin illüstratoru olduğumu da iddia etmirəm. Bəzən daxili tərəf mənim mövzumun sakitliyində gizlənir, bunu zillənmiş baxışlarda simvollarda anlamaq olar, bəzən isə daxili tərəf, obrazın dünyası ön plana elə çıxır ki, insan fiqurunun bütün əlamətləri soyundurulur yeni məxluq ortaya çıxır.

- Şəxsi stilinizi, bədii üslubunuzu necə yaratdınız?

- Mənim işlərimin çoxu qadınları təsvir etməkdir. Mən fikirləşirəm ki, qadınları təsvir etməklə bir növ onların dərdinə şərik oluram. Əlbəttə ki, qadın fikrinin mürəkkəbliyi qarışıqlığı mənim ideyalarıma yön verir. Mənim istifadə etdiyim texnika, əsasən, akril kətan üzərində yağlı boyadır. Sərgidəki şəkillərim isə diyircəkli qələmlə çəkilib. Hər yerdə özümlə albom sadə karandaş götürüb etüdlər edirəm.

- Ən çox sevdiyiniz rəssam hansıdır?

- Leanardo Mysterious. Onun rəsmlərindəki işıqlandırmalar Allahabənzər edam tabloları məni məftun edir.

- Həyat fəlsəfəniz nədir?

- Həyat bizim çılpaq gözlə gördüklərimiz deyil, görülə bilənin kənarındadır. Həyat fəlsəfəm görünməyən dünyaları təsvir etməkdir.

- Ölmüş və ya sağ sənətçilərdən kimlərlə ikihəftəlik səyahətə çıxardınız?

- Ha-ha... Çətin sualdır. Mən rejissor seçəcəm. Filmləri çox sevirəm. Bu, Lars Von Trier olacaq. Mən onun yaradıcılıq potensialını, təfəkkürünü, psixi statusunu xoşlayıram. Onunla səfər ərzində filmlər barədə söhbətlər edərdim.

- Stendal sindromu ilə qarşılaşmısınızmı?

- Bəli, Leanardo Mysteriousun əsərləri ilə ilk dəfə tanış olanda məni heyrətə gətirdi.

- Qarşıda bizi yeniliklər gözləyir?

- Romada "Doroti Sirk" qalereyası, Tehranda "Etemad" qalereyası ilə işləyirəm.

 

Söhbətləşdi: Dəniz Pənahova

 

Ədəbiyyat qəzeti.- 2020.- 18 iyul.- S.32.