Müşakil bəhri
Müşakil bəhri yenidən yaradılmış bəhrlərdəndir. Ona axırıncı
bəhr də deyirlər. Bəzi söz sahibləri
bu vəzndə ərəbcə bir neçə beyt söyləmişlər. Və
Pəhləvidə bu
bəhrdə yazılmış
olan şeirlər fars şeirlərindəkindən
daha çoxdur. Bu vəznin təfilələri
əsli fA"i-lAtün
məfA"İlün məfA"İlün-dən
iki dəfə fA"ilAtü məfA"İlü
məfA"İlü-dür.
Məkfuf
məqsur beyt:
Ey neqare-siyəh çeşm,
siyəh muy,
fA"i-lAtü məfA"İlü
məfA"İl
Sərv qəddo, neku ruye, neku kuy.
fA"i-lAtü məfA"İlü
məfA"İl
(Ey qara gözlü, siyah zülflü, sərv qəddi-qamətli, gözəl
simalı və təbiətli yar.)
Dördtəfiləli məqsur:
Ruzeqar xəzanəst,
fA"i-lAt məfA"İl
Bade-sərd vəzanəst
fA"i-lAtü məfA"İl
(Ruzigar xəzandır
- soyuq küləy əsəndir.)
Səkkiztəfiləli beyt də söylənmişlər
ki, ağır olur.
Kare-can ze ğəme-eşqət,
ey neqare-besaman,
fA"i-lAtü məfA"İlü
fA"i-lAtü məfA"İl
Həst
çun səre-zolfəyne-delrobate-pərişan
fA"i-lAtü məfA"İlü
fA"i-lAtü məfA"İl
(Ey nigar, ürək
ovlayan zülflərin
pərişan olduğu
üçün, can, eşqinin
dərdindən amanda deyil - narahatdır.)
Altıtəfiləli məhfuz beyt
Ey pesər mey biyaro baz barbat,
fA"i-lAtün məfA"İlün
fə"Ulün
(Oğul, mey gətir, yenə çal...)
Morğe
fərbəh biyaro baz barbat
fA"i-lAtün məfA"İlün
fə"Ulün
(Yağlı toyuq gətir, yenə çal...)
Bəzi
səhih Pəhləviyyat
bu vəzndədir...
Qədim
vəznlər və məşhur bəhrlər
yolu ilə bu ağır vəzndə və yenidən yaranan bəhrdə nəzm söyləməyin ümumi
mahiyyəti və əsas səbəbi budur ki, bütün
İraq əhalisindən
kifayət qədər
alim, adi, tanınmış, yaxud tanınmamış adamlardan
Pəhləvi beytlərini
söyləyib, oxumaqdan
xoşları gəldiyini
və bu ləhnləri dinləməyə
və qulaq asmağa həvəs göstərdiklərini gördüm.
Hətta bəlkə lətif musiqi və şərəfli əsərlərdən ərəbcə
yazılmış sözlər
və dəricə qəzəllər, ürəyəyatan
təranələr, həyəcanlandırıcı
dastanlar onları heç belə hərəkətə, ürək
və təblərini
ehtizaza gətirməmişdi...
Pəhləviyyatın çoxu qəribə mənalar daşısa da, insanlar arasında
o qədər də məşhur olmayan bu bəhr vasitəsilə
və müğənnilərin
əlavə etdikləri
nəğmələrlə bəzənmişdir. Bu bəhrin
iki təfiləsi həzəc bəhrindən
qalıb. Onun təqti
olunmuş müxtəlif
tərkibli hissələri
qüsurlu təfilələrə
ddüşür. Elə buna
görə də düzgün yoldan və düz istiqamətdən çıxır
ki, əksər şairlər həzəc
bəhri ilə müşakil bəhrini bir-birininə qarışdırır,
bundan bir misra ilə ondan bir misrani
bir-birilə bağlayırlar.
Məsələn:
Xori kəm zəhrəh ni kəş
sa bebusom
məfA"İlün məfA"İlü
fə"Ulün
Niyom on dəstrəs kəş
pa bebusom
fA"i-lAtün məfA"İlün
fə"Ulün
Bevaji gu kovameş
xa nəha pa
məfA"İlün məfA"İlün
fə"Ulün
Vəşe-Xovada beşom on xa bebusom.
fA"i-lAtün məfA"İlün
fə"Ulün
(Bir Günəş ki, cürətim yoxdur, onun kölgəsini
öpəm,
Əlim ona çatmır ki, ayağından öpüm.
De ki, oynayaraq hansı
torpağa ayağını
qoysa,
Allaha xatir gedib o torpağı öpərəm.)
Hər iki beytin əruzlu misraları həzəci-məhzuf
vəznində, zərbli
misraları isə müşakili-məhzuf vəznindədir. İstərdim
ki, sədrdə olan təfilənin əvvəlinə düşdüyü
üçün pozulması
hiss olunmayan və bu vaxtadək qəflətdə olduqları,
yaxud fikir vermədikləri üçün
öz dediklərinin tərkib müxtəlifliyini
bilməyən fəzilət
sahibi və şairlər tayfası məfA"İlün məfA"İlün
fə"Ulün vəzninin
həzəci-müsəddəsi-məhzuf,
fA"i-lAtün məfA"İlün
fə"Ulün vəzninin
isə müşakili-məhzuf
olduğunu bilsinlər.
Heç
bir halda bu iki bəhri
bir-birinə qarışdırmaq
və iki müxtəlif vəzndə
şeir demək olmaz. İstəyirəm ki, bundan sonra müxtəlif tərkibli, müxtəlif
rüknlü Pəhləviyyat
deyilməsin, bu açıq-aşkar eybə
öz şeirlərində
yol verməsinlər.
Lakin
nadir hallarda olsa da, bəzi qəsidə
və qitələrdə
bu problem müşahidə
olunur. Təəccüblüdür
ki, fars
şeirində heç
kəsdə bu nöqsana təsadüf edilmir. "Xosrov və Şirin",
"Vis və Ramin"i
bu vəzndə nəzmə çəkən
Nizami və Fəxri heç yerdə məfA"İlün
əvəzinə fA"ilAtün işlətməmişlər.
Əgər kimsə söyləsə:
Xodavənda dəre tofiq beqoşay,
Bəndeqan ra rəhe təhqiq benomay
(Allahım, müvəffəqiyyət
- uğur qapısını
aç, Bəndələrə
həqiqət yolunu göstər)
Təbi olan hər kəs
bu şeirin ikinci misrasının birinci misra vəznində
olmadığını və
bu məsələnin
güvəniləsi, izləniləsi,
müstəqil bir şey deyil, yamsılama olduğunu bilir. Belə ki, bu qarışığın səhv
və nöqsan olduğuna heç şəkk və şübhə yoxdur.
Və bu tərkiblərin bir-birlərinə
qarşı belə durmaları və bu şəkildə təqdim olunması əsas və göstərici ola
bilməz. Lazımsız şeydən nümunə
götürmək və
nəzərdən düşmüş
şeyin arxasınca getmək yaxşı deyil.
Həmədan və Zəncan əhli bu bəhrlərin
hər ikisində çoxsaylı Pəhləviyyat
dedikləri zaman, təfilələri bir-birinə
çox bənzədiyi
üçün onları
səhvən bir-birinə
qarışdırırlar. Belə ki,
birinci misrada yanaşı vətədi
aralı vətədlə
əvəz edir, yaxud fA"i-lAtün-ün
aralı vətədinə
bir sakin əlavə edərək,
onun yerində məf"UlAtün işlədirlər.
Bu iyrənc xəta
və biyabırçı
nöqsan bilicilər tərəfindən duyulsa
da, onlar üçün üzürlü
hesab edilir. Çünki onların dili
Pəhləvidən dəri
dilinə daha yaxındır və onlar, məfA"İlün
məfA"İlün fə"Ulün
vəznində bir neçə qitə və qəsidə demişlər. fA"i-lAtün məfA"İlün
fə"Ulün vəznində
beş beyt ardıcıl deməyən
şəxsin bu nöqsana necə yol verdiyini anlaya
bilmirəm. Onların şeirlərində ağır zihaflardan istifadə etməsindən
başa düşmək
olur ki, onlar əruzu bilirlər. Bəs bu tərkib
müxtəlifliyini necə
rəva bilmiş, ona nəyə əsasən yol vermişlər?
Mən bu işə başlayıb "Kitab əl-kafi fi-l-əruzeyni və əl-qəvafi" əsərini
yazarkən gəlib bu fəslə çatdıqda, fars
və İraqın bütün fəzilət
sahibləri və sadə şairləri bu məsələdə mənə qarşı çıxdılar. Onların haqlı,
mənim haqsız olduğumu israr etdilər. Onlar şeir və
əruzla bağlı
olan heç bir dəlillə bu vəznin səhv olduğunu öz təblərinə yaxın buraxmırdılar.
Onun zihafı onlar üçün aydın olmurdu.
Bir gün bu dəstə və tayfaya mənsub olan görkəmli simalar bir araya toplaşaraq
ciddi söhbətlər
edir, müzakirələr
aparır, saatlarla müxtəlif sahələrdən
bəhs edirdik. Sufiyanə səmanın
təsirinə düşən
zaman, nəzm və nəsrdə öz dəsti-xətti ilə seçilən təb əhlindən olan dostlarımızdan biri (təfsirlərdə xoş avazla izah edilən "O, xəlq etdiklərinin mükafatını istədiyi
qədər artırar")
arzusunun yerinə yetdiyini-məclisin əğyardan
xali, dostları ilə bəzəndiyini görüb, Nizaminin "Xosrov və Şirin"indən musiqi,
xoş avaz və tamtəraqla bir neçə beyt oxudu. Və ona bir qədər
fərqli avazla bir neçə yüngül başqa avaz vurdu. Mən onlara dedim ki, Pəhləviyyatdan
bu vəzndə olan hər şeyi,
bu şəkldə musiqi və bu avazla oxumaq
olar. Hamı bir ağızdan dedi ki, bütün
Pəhləvi şeirləri
bu vəzndə və bütün "Uramenan" ( Oxunuşu
və səslənməsi
ilə farslara məxsus və şeirləri Pəhləvi
dilində olan növ-Tərlan Quliyev) bu şəkildədir. Mən onlardan məfA"İlün
məfA"İlün fə"Ulün
vəznində bir neçə Pəhləvi
beytini istədim.
Bu yolla onların
təbi o avaza öyrəşənə qədər
onlarla gah razılaşdım, gah razılaşmadım. Onların əli
bu avaza öyrəşən zaman,
birdən müxtəlif
tərkibli digər beytlər söylədim.
Özümü tərkibin müxtəlifliyindən
xəbərsiz kimi apardım. Onlar üç misranın
vəzni və ahəngi ilə razılaşarkən, dördüncü
misranın əvvəlində
fA"i-lAtün-ə
çatdıqda əlləri
yanlarına düşdü
və səsləri avazdan kəsildi. Beləliklə, onlar bunun səs və vəzn fərqi deyil, bəhr və vəzn fərqi olduğunu qəbul edib, bəzi Pəhləvi şeirlərinin vəznində
qüsur olduğunu etiraf etdilər.
Şəms Qeys Razi
Tərc. etdi:
Tərlan Quliyev,
Heybət Heybətov
Ədəbiyyat qəzeti.- 2020.- 25
iyul.- S.28-29.