Şükür, Rəbbim,
Vətən axır
Şeirimin şah
damarından.
Millətim
Könlümüzün kəbəsinə,
Zəvvar
ol indi, millətim!
Qarabağda daşlanası,
Şeytan
min-mindi, millətim!
Kəbən orda, qiblən orda,
Səcdə et, səcdəgah
yurda.
Qarabağda Vətən darda,
Sübh
qan geyindi, millətim!
Elnurun qan yaddaşında,
Şəhid baxır başdaşından.
Düşmənlə haqq savaşında,
Zəfər sənindi, millətim!
Vətən
Daş-kəsəkli yolu sevdim,
Həzər yolun hamarından.
Mən yaşamağı öyrəndim
Atamın əl qabarından.
Körpü oldum ötən
keçdi,
Bir məndən
neçə mən keçdi.
Şuşa-Şuşa Vətən keçdi,
Könlün Laçın qübarından.
Dərvişəm gəzirəm veyil,
Qeyri eşqlər mənlik deyil,
Nuş etdim doğulan gün bil,
Vətən eşqi nübarından.
Söz misramda şimşək çaxır,
Zaman tamaşaçı
baxır.
Şükür, Rəbbim, Vətən
axır
Şeirimin şah damarından.
Vur
Şəhid torpaqlar eşqinə,
Vur, əsgər, vur!
Yurdun xilası naminə,
Vur, əsgər, vur!
Haqq güc alsın qoy zərbindən,
Dünya
danışsın hərbindən,
Namərd
düşməni qəlbindən,
Vur, əsgər, vur!
Düşmən sayıq, uyumamış,
Qəlbimizdə nə oymamış?
Bax, bu qanlar soyumamış,
Vur, əsgər, vur!
Şəhadət eşqinə
Bu torpağın sən inamı,
Vətənin güvənir sənə.
Torpaqda bir damla qanın,
Can verir təşnə vətənə.
Yurd boyu diri məzarlar,
Məmləkəti diri saxlar.
Harda ki şəhid qəbri var,
Ora qibləgahdı
mənə.
Qürur
mənbəyim, and yerim,
Vətənə şəhid şeirim.
Gəl gecəmi qurban verim,
Şəhadətimin eşqinə.
Bu gün
Bu gün parça-parçayam,
Bir param Tovuzdadır,
Bir param Neftçalada.
Bir parçam şəhid gəlir,
Bir parçam
fəraridir.
Bir parçamda nə dinclik,
Nə də həyat dövr edir.
Sanki iflic olmuşam,
İçimdə qan gölü var.
Bir parçam diri şəhid,
Birində bir ölü var.
Bu gün paramparçayam,
Param Neftçaladadır,
Param məni
aldadır.
Bu gün parça-parçayam,
Hər parçamda bir Vətən,
Köndələn parçalanır.
Vətən parçalandıqca,
Neçə mən parçalanır.
Bu gün parça-parçayam.
Parçalanmaq nə imiş,
İndi gözəl bilirəm.
Bu gün hər parçam şəhid,
Məmləkətim kimiyəm.
Haydı
Vətən müqəddəs and yerim,
Daşı ocağım, pirimdi.
Gəlişimə beşik olan,
Vətən, son ümid yerimdi.
Qazaq ölümün səngərin,
Haydı,
irəli, əsgərim!
Elnur Uğur
ABDİYEV
Ədəbiyyat qəzeti.- 2020.- 25
iyul.- S.15.