O dərdli uşağın göz
yaşı üçün...
Tovuz rayonu istiqamətində xain
düşmənin törətdiyi hərbi təxribat nəticəsində
Azərbaycan ordusunun bir qrup hərbçisi şəhid olub. Leyla
Əliyeva “O dərdli uşağın göz yaşı
üçün...” adlı şeirində bu itkidən
doğan kədər hisslərini, xalqımızın qələbə
əzmini, işğal altında inləyən
torpaqlarımızın azad olunacağına inamını
ifadə edir.
O dərdli uşağın göz yaşı üçün...
Bombalar səs-səsə
veriblər yenə,
Vətənin
bağrından qan axır indi.
Düşmən
gülləsinə tuş olan əsgər,
Yaran qəlbin
qədər dərin, dərindi.
Ağlayır
bir ata itirmiş uşaq,
Ağlayır
göylərdə Günəş də bu gün.
Ellikcə
savaşa hazırıq, Vətən,
O dərdli
uşağın göz yaşı üçün.
Bir
gün qayıdacaq yerinə hər şey,
Bir
gün sevinəcək bu yurd, bu ocaq...
Ancaq o
atanın isti qucağı
Bir də
o uşağa açılmayacaq.
Elimiz qələbə
sorağı gözlər:
Gözləri
yoldadı, qulağı səsdə.
Analar əlini
qoyub and içir
Oğul
itkisinin ağrısı üstə.
Gün gələr,
o zəfər xəbəri gələr,
Öpər
igidlərin başdaşlarını.
Ata
nisgiliylə qovrulan uşaq
Dəfn
eylər gözündə göz yaşlarını.
Leyla Əliyeva
Ədəbiyyat qəzeti.- 2020.- 25
iyul.- S.3.