İngilis
professorunun sözü
Britaniya uşaq
folkloru: Poeziya
Professor,
İngilis ədəbiyyatı, dili və linqvistikası məktəbi,
Nyukasl Universiteti, Böyük Britaniya
Mən böyük həvəs və şövqlə
yazılmış bu kitaba ürəkdən xoş gəldin
deyirəm və onun tərtibçi - müəllifləri
prof. Şahin Xəlilli ilə Səadət Əliyevanı
uşaq folkloru - poeziyasının geniş və rəngarəng
hissəsini toplayıb tərcümə etməsi münasibətilə
təbrik edirəm. Kitabda toplanan əsas materialın çox
hissəsini müşayiət edən esseləri milli dildə
oxumağı bacarmasam da, onu deyə bilərəm ki, topluya
daxil olunan şeirlər ingilisdilli dünyada çoxlarına
yaxşı məlumdur. Bu şeirlər
ilk baxışdan oxucuya adi təsir bağışlaya bilər.
Əvvəla, qeyd edim ki, İona və Piter Opi şifahi şəkildə
ötürülən xalq mədəniyyətinə dair
"Məktəbli uşaqlar üçün irfan və
dil" adlı araşdırmasını 1959-cu ildə
yazmışdır. O zamandan bəri aparılan
araşdırmalar həmin şeirlər bazasında mədəniyyətə
dair çox mətləblərə aydınlıq gətirmişdir.
Digər araşdırıcılar
sırasında Opilər cütlüyü ilk dəfə
çoxsaylı uşaq poeziyasını və onun digər
növlərini öyrənərək annotasiyasını
yenidən canlandırmışdır. Bu
araşdırmalardan öyrənirik ki, məsələn, hətta
kiçik bir uşaq şeiri məna gizlinlərini
ötürə bilər. Nümunə üçün
aşağıdakı uşaq şeirinə diqqət yetirək:
Yeri-göyü
dağıdır,
Gör itlər hürə-hürə.
Sən
demə, dilənçilər,
Köç edirlər şəhərə.
Cındırından
cin ürkür,
Pal-paltarı yamaqda.
Biri var
dil-dil ötür -
Durub məxmər xalatda. (İngilis dilindən tərcümə
Şahin Xəlillinindir)
Bu şeirdən çıxış edərək
tarixçilər qeyd etdiyimiz poetik parçada kraliça I
Yelizavetanın İngiltərəsində mövcud şəraitə
istinad olunduğunu müəyyənləşdirmişlər. Digər alimlər
isə bu şeiri əslən Niderlanddan (Hollandiyadan - red.) olan
1688-ci ildə özünü ölkənin (İngiltərənin
- red.) kralı elan edən III Uilyamın holland mühasirəsi
ilə bağlı gəlişinin şərhi kimi qiymətləndirmişlər.
Hər halda kənar ölkənin
adamlarının problematik şəkildə ölkəni
işğal etməsinə dair sosial təşvişi və
onların cəmiyyətə təsiri bir qayda olaraq
yaddaşlara köçürülür və nəsildən
nəslə ötürülür. Beləliklə,
yaranan şeirlər bəşər övladının əldə
etdiyi təcrübənin geniş spektrlərini əhatə
edir - məhəbbət, müharibə, doğum və
ölümdən tutmuş, insanın bazarda qul kimi
alınıb satılması, iş, təbiət,
güc - hakimiyyət kimi məsələlərdən bəhs
edir. Şeirlərin bəzisi uşaqlara necə
saymaq, yaxud əlifbanı necə öyrənmək
bacarıq, vərdişlərini təlqin edir, digər
şeirlər isə uşaqlara yaxşı
davranışın və tez-tez gülüş yaradan əksliklərin
poetik cilasını yaradaraq onlara düzgün davranış
qaydalarını öyrədir. Bəzi
şeirlərdə sözü oynadırlar, digərlərində
isə əxlaq qaydalarını, yaxud dini ehkamları öyrətməyi
daha ciddi məqsədə çevirirlər. Ritmin
yaratdığı güclü hiss, duyğu, qafiyələrin
bir-birini ardıcıl izləməsi və işlədilməsi
ilə folklor şeirlərinin əksəriyyətindən
azyaşlı uşaqları əyləndirmək, yaxud
onları sakitləşdirmək üçün istifadə
olunur. Şeirlərin ruhunu uşaqlar başa
düşməyə bilər, lakin onlar şeirdəki səs
sisteminə aludə olurlar.
Bir fakt da var ki, unudulmayan xalq nağılları və
sehrli nağıllar kimi qısa, lakonik şeirlər də mədəni
yaddaşda qalır. Onlar qan yaddaşı, yaxud mədəniyyətin
kiçik hissəcikləri kimi zaman-zaman məlumat
ötürür. Lakin belə bir prosesdə
onlar yol keçə-keçə bulanıqlaşır.
Şeirlər yazıya alınmağa
başlandığı dövrdən belə söyləmək
olar ki, inkişaf prosesində onlar mimetik (həyatın incəsənətdə
və ədəbiyyatda təqlidi deməkdir - red.)
funksiyasını bir növ dondurur və müəyyən
tarixi məqamlara aid edilə bilir. Hər
halda, xüsusilə azyaşlı oxucu ilə münasibətdə
xalq şeirlərinə illüstrasiyaların çəkilməsinə
ehtiyac duyulur və hər bir illüstrator həmin şeirlərə
özünün fərdi və müasir yanaşmasını
əlavə edir. Belə bir vasitə ilə
həmin şeirlər bir növ reanimasiyadan keçir.
Bəs Azərbaycanda tədqiqatçı alimlər və
tələbələr bu mənəvi materialı (kitaba
ABŞ-da yaradılan bir çox material da daxil edilmişdir)
yaradan orijinal anqlofon mədəniyyəti ilə
maraqlanırlarmı? Yaxud, əsasən, öz ölkəsində
analoji poeziyanın tədqiqi strategiyalarının inkişaf
etdirilməsində Britaniya uşaq folkloru - poeziyası ilə
əlaqədar onlar tədqiqat işləri üzrə təqaüd
almağa maraq göstərirmi? Bu
baxımdan nəşrə təqdim edilən toplunun hərtərəfli
və cəlbedici bir bünövrənin əsasını
qoyduğunu söyləmək olar.
Kimberli Reynolds
Tərcümə etdi:
Şahin Xəlilli
Ədəbiyyat qəzeti.- 2020.- 5 iyun. S. 32.