Nə
o - yelkən, nə bu - gəmi
Qarabağda
qara
imanlılar
imanına tula bağlayan qarı imanlılar
yelkən
kimi açıb tumanlarını
bağladılar qanun limanlarını...
nə
o- yelkən, nə bu-gəmi;
o- kəfəni, bu- tabutu!
Xortladı
kündə-kündə kütə gedən bülleten
əcaib
qəbir kimi bu gülfəsiz təndirdə.
...Canavar
dadanıb..,
heey,
çoban iti,
Yenə qoyun-quzu basabas salıb.
Çığırmaq
istədim, səsim çıxmadı,
Gördüm ki, canavar səsimi alıb.
Qaragül
dərili papaqdan qoyub,
əcəb şən havalar çaldı aşıqlar.
Bircə
quzuları sevən uşaqlar
Manqurt havasına oynamadılar.
31 mart
QARDAŞXAN
Ədəbiyyat qəzeti.- 2020.- 12 iyun. S. 21.