Ölmərəm, geriyə dönənə
kimi...
Mənim
balam, öz balana söylə ki...
Oğlum,
dünən qınayırdın atanı,
Bu gün gördün, hər şey atan deyəndi.
Milyon ildi
itkin düşüb həqiqət,
İndi düzlər ağzın sənə əyəndi.
Pis adamlar
məndən sənə qalandı,
Mən cəhənnəm, körpə qəlbin
talandı.
Aldandığım
adamlara aldandın,
Aldanan da, aldatan da həmindi.
Mən
qocayam, bərki-boşu qanıram,
Olanları gəldi-gedər sanıram.
Səni
necə aldatdılar, yanıram,
Aldanmayan əlindəki qələmdi.
Mənim
balam, öz balana söylə ki...
Qəşəm
baban dedi mənə böylə ki:
Qurban
olum, ruhdan düşmə hələ ki,
Ən gözəli gözəl Allah biləndi.
Nə
gözəl oldu
Səhər-səhər
bağa girdim beyqafıl,
Bu günün cuması nə gözəl oldu.
İpək
torda zikr eləyir hörümçək,
Üzünün cunası nə gözəl oldu.
Bağbanı
yatmışdı bu gözəl bağın,
Görürdüm köksündə yüz yerdə
dağın.
İllər
ilə bağlı qalan dodağın,
Bir xəbər açması nə gözəl oldu.
Qaş
qaşa toxundu, göz-gözə dəydi,
Min söz qoşun çəkdi, bir sözə dəydi.
Arı elə
bildi dilim çiçəkdi,
Dilimi sancması nə gözəl oldu.
Fələk
qələm tutub bir iş işlədi,
Ayaq daşı öpdü, diş dil dişlədi.
Əmr gəldi,
yarın köçü başladı,
Yarımın köçməsi nə gözəl oldu.
Bağa
girdin, sordun yarın əhvalın,
Bu heyrətə yox cavabın, sualın.
Sirr
dediyin bu axırın, əvvəlin,
Qəşəm, əlifbası nə gözəl oldu.
Xoş gəldin
Gedirsən,
başının üstündə quşlar,
Quşların
üstündə bulud binəsi...
Ayağının
altında göy qarışqalar,
Ağzında
bir parça buğda dənəsi...
Gedirsən,
küçəni tərs keçir nədən
Şəhərin cavanı, qocası indi.
Gətir ətəyində
namaz qılım mən,
Sənsən bu şəhərin ucası indi.
Əyilir
önündə buludun beli,
Ayaq izlərini hey öpür sənin.
Görən
bilirmi ki, şəhərin meri,
Bu şəhər qarşında diz çökür sənin.
Açılıb
şəhərin qaşı, qabağı,
Bu qışın qarı da tumardan düşüb.
Deyirlər
gündüzün günortaçağı,
Görən bu şəhərə Ay hardan
düşüb?
Düşüb
ayağına yollar, küçələr,
Bu şəhər nə gözəl, göyçək
görünür.
Bax, sənə
boylanır tül pəncərələr,
Ağzında bir dəstə çiçək
görünür.
Dəyib
gözəlliyin indi şəhərə,
Hamının gözündə sevgi közərir.
O
günü arxanca danışan qız da,
Səni görən kimi qaçıb gizlənir.
Dərs
kimi öyrəndim gözəlliyini,
Mənə sevgidən də dərs deyənim, gəl.
Körpəkən
bağçada öyrəndiyini,
Mənə bu yaşımda öyrədənim, gəl.
Qüdrətdən
yaranıb hər gözəlliyin,
Mən də baş əyirəm ucalığına.
Gənclikdə
qədrini bilməzdim sənin,
Nə yaxşı, xoş gəldin qocalığıma.
Ölmərəm,
geriyə dönənə kimi
Görsən
ki, soyuqdu üz tutduğun yer,
Burda gözləyirəm, dönərsən geri.
O adam xətrinə dəysə, xəbər ver,
Qoşuntək çəkərəm xatirələri.
Sən mənim
qəlbimdən çıxdın dünyaya,
Yeri, gözlərimin üstündə yeri.
Nişan
üzüyünü almadım, amma
Nişandı üzündə gözümün yeri.
Fikirli əllərin
gəlir yadıma,
Saçların sinəmə dağılan gecə.
Səni ayaqların apardı hara?
Bir vaxt gətirmişdi səni beləcə.
Gözümü
yaş ovar, üzümü külək,
Sən
bir az dünyanı qan-yaş görərsən.
Sən məni
nə vaxtsa unutsan, ürək,
Qayıdıb yerimdə bir daş görərsən.
İşıq
səpələrəm sənin yoluna,
Gözümün işığı sönənə
kimi.
Mən
qoca kişiyəm, getdin, dayanma,
Ölmərəm, geriyə dönənə kimi.
Ayaqlarım
üşüyür, mənə nəsə olacaq
Ayaqlarım
üşüyür, mənə nəsə olacaq,
Xəbərin olacaqmı, bunu deyə bilmirəm.
Əllərim
üşüsəydi, nə olardı görəsən,
Bir aydı düşünürəm, onu deyə bilmirəm.
Hardasa yol
qırılır, ayaqlarım donur, bax,
Boyum göyə dartılır, addımlarım
kiçilir.
Nə qədər
yollar var keçirəm ürəyindən,
Di gəl onun üstündən tırtıllı tanklar
keçir.
Yağıbdı
aramıza qar kimi məsafələr,
Xatirələr başacan, ayrılıqlar dizəcən.
Sübhəcən
axır yerə otağımın işığı,
Aşağıda bir sərxoş söyüş
söyür sübhəcən.
Kimsə
məni dindirir, huşum çıxır başımdan,
Ağlım özün itirir, sirr açılır,
sirr düşür.
Məsafələr
dartılır, ayaqlarım kiriyir,
Mən uçuram göylərə, ayağımdan yer
düşür.
Cümələrdə
sən adımı gizli tut
Yerdən
yeddi Günəş uçdum uzağa,
Milyon ilə, gələ bilsən, gələrsən.
Guş
qılginən həm oruca, namaza,
Məni dilə, gələ bilsən, gələrsən.
Cümələrdə
sən adımı gizli tut,
Səhər sevsən, axşamları tez unut.
Göz
yaşını əl-üzünə sər, qurut,
Belə-belə, gələ bilsən, gələrsən.
Ağlım
azdı, canı təngə gətirdim,
Təhvil verdim, ömrü sona yetirdim.
Bir
gör məni haralarda itirdin,
Bilə-bilə, gələ bilsən, gələrsən.
Öpmək
üçün güman saxla gözü də,
Demək
üçün sahman saxla sözü də,
Toza
döndüm, evinizdə tozu da,
Silə-silə, gələ bilsən, gələrsən.
Ruhum deyir
bu şeirim də son vida,
Tapılmaram, nə quruda, nə suda.
Ay
sevdiyim, ay gözəlim, əlvida,
Gülə-gülə, gələ bilsən, gələrsən.
At
haqqında şeir
Ağbulaqlı
Tahirin atı
Gecənin
birində
Dönüb
küləyə,
Getdi
ön cəbhəyə...
Keçdi
yalın o üzünə
Bir
qarın dolusu
ələf yeməyə.
Kimi dedi,
atın
Qardaşı
varmış təpənin arxasında,
Kimi də
dedi,
At
doğulduğu kəndi görübmüş
yuxusunda,
Dəlinin
biri də sərsəmlədi
Təpənin
dalında
Xatirəsi
varmış,
Bugün-sabah qayıdar, qardaş.
At
qayıtmadı
yerinə
bir şeir qayıtdı...
Tahir
yazmışdı o şeiri
Atı
haqqında...
İndi kəndimizdə
Tahiri at
kimi
Çapır
o şeir...
Əlil
arabası
Bulvarda
Həyatın
şəklinə bax,
Əlil
arabası ilə uşaq kolyaskası,
Yanaşı
addımlayır...
Görəsən,
kim çəkib bu şəkli,
Haradan, nə
vaxt, özü də saat neçədə...
Gör nə
qədər dəqiq hesablanıb
Əlillə
körpə arasındakı
Məsafə,
Vaxt,
Zaman,
Dəqiqə...
İndi təkər
ayaqlar,
Bir-birlərini keçmək fikrində deyillər əsla.
Eləcə
cüt addımlayırlar -
Əlili
nəvəsi aparır,
Körpəni
anası...
İkisi
də gülümsəyir
Bu mənzərəyə,
Bir-birinə,
Hərdən
də
Ayaqlarına...
Ötüb
keçənlər də maraqla baxırlar,
Ayaqları
qıdıqlayır
Təbəssümlər.
Birdən
uşaq kolyaskadan
Düşüb
qaçır
Qırmızı
topa sarı,
Ondan da
qabaq çatır topa
Əlilin
olmayan
Ayaqları...
Durub necə deyəsən?
Bax,
gör necə həsrətdi,
Səni
tutub asırlar,
Kəndiri
boğazına keçirirlər
Baxırsan,
göydə quşlar uçur,
Bulud
yumalana-yumalana,
Uzaqlaşır...
Hava kəpənəklə
gülümsəyir
Lap uzaqdan
Yağış
qoxusu gəlir...
Qulağını
körpə səsi,
Burnunu
çörək ətri ağladır,
Durub necə
deyəsən,
Ölümü
sabaha saxlayın...
Avtobus
hadisələri
Əyləşdim...
Başımda
Avropa,
Ürəyimdə
Şərq, altımda avtobus,
Avtobusun altında Rəşid Behbudov küçəsi.
Küçənin
altında hamının olan yer...
Adamlara
baxırsan hərəsi bir kitab,
Göz,
Gözdə
kədər,
Qaş
Qaşda
vergül,
Burun
Burunda
nida,
Köynəkdə
ləkə,
Ayaqqabıya
qədər
Səhifələr.
Oxu istədiyin qədər.
Müharibə,
sevgi, sosial kitablar
Oturacaqlar rəflər.
Bax o qoca
qadına,
oğlu
şəhid olandan
bir
səhifəsi qatlanıb,
O səhifədə
həyat barmağını saxlayıb,
Barmaqdan qan kimi damcılayır imtiyazlar.
Dayan, erotik kitablar da mindi avtobusa.
Səhifələri tam açıq.
O qoca
kişiyə bax,
utanmır
eyy, gözlərini qıyıb
erotik
şeir oxuyur.
Əllər
oturacaqların dəstəyindən yapışıb,
Bax indi mənim
əllərim yaşayır
nə
vaxtsa adam bıçaqlayan
bir
əlin qonşuluğunda...
Görünə
Gedib
quylanasan ot tayasına,
Göy
üzü bir az da kiçik görünə.
Səni
qucaqlaya biçilmiş otlar,
Üstündə balaca küçük görünə.
Yumurta
tapasan falın yanında,
Sən də lal olasan lalın yanında.
Dəymişi
yeyəsən kalın yanında,
Çəpər də bir azca uçuq görünə.
Saman
tayasından saray salasan,
Küçüyü də qucağına alasan.
Qonşu
qızı gələ, haray salasan,
Yanağında yanan ocaq görünə.
Nə
çoxa qailəm, nə də ki, aza,
Nə tara aşiqəm, nə də ki, saza.
Baxasan gərdişə,
bir də boğaza,
Qəflətən əlində bıçaq
görünə.
Şəkillərin...
Məni
şəkil öldürsün,
İndi mənə nə qalıbsa, şəkil
qalıb.
İndi
şəkillərinin üstə qoymuşam
Ürəyimi
əklil kimi...
Nəyinə
lazımdı şəkillərin,
Ağ-qaradı.
Sevgin ürəyimdə ala-taladı.
Birində
gülümsəyirsən,
Yadımdadır,
Küsüb barışmışdıq.
Birində
də,
Nə qədər
eləyirəm,
Görə
bilmirəm səni,
Ayrılmışdıq...
Amma dəqiq
yadımdadır,
Qolundakı
saatı
Mən
almışdım sənə,
Heç
bilmirəm zaman
Necə tor atdı saatın
Dəqiqələrinə.
Qəşəm
Nəcəfzadə
Ədəbiyyat.-
2020.- 7 mart.- S.14.