Əzbərimə
çevirmişəm adını,
Hər
çəkdikcə eşidirsən,
bilirəm...
Bir az göz
yaşım qalıb
Yaman kövrək
olmuşam,
Yetən ağladıb məni.
Gələn ağladıb məni,
Gedən ağladıb məni...
Arzum, istəyim
hərdən
Olub çin,
ağlamışam.
Olub, uşaqlarıma
Bir az gün ağlamışam.
Fərq etməyib mənimçün,
Sayan saydığın
sayıb...
Adamın yadı olub,
Dərdin yadı olmayıb.
Bəzən ağzımda yanıb
Dilim, ağladıb
məni.
Lap elə bir tamaşa,
Film ağladıb məni.
Nə olsun ki, kimisə
Nədənsə qorumayıb.
Dilim-ağzım quruyub,
Göz yaşım qurumayıb...
...Daha kirpiklərimlə
Bərk-bərk qucaqlamışam.
Bir az göz yaşım qalıb,
Özümə saxlamışam...
Salam, şair, dur gedək...
Nə çəkibsən, nə
çəkmişəm, bilirsən,
A bağrıqan lalam
şair, dur gedək...
Nə açmışam, nə
bükmüşəm, bilirsən,
Həmin dilsiz, lalam, şair, dur gedək...
Gecə-gündüz qapısını döydüyüm,
Kor bəxtini
qarğıdığım, söydüyüm.
Baş əydiyim, oxşadığım,
öydüyüm
Atam şair,
balam şair, dur gedək...
Gözlərinin biri sevinc, biri
qəm,
Gör necə də diri qalıb, diri, qəm...
Alınmadın, satılmadın, bilirəm,
Bürcüm şair, qalam şair, dur gedək...
Düzlüyündən düzdə qalan düz adam,
Alov adam, atəş adam, köz adam.
Təpəsindən-dırnağına söz adam,
Hikmət şair, kəlam şair, dur gedək...
Kəlmə-kəlmə surətini çəkdiyin
Özbəözü deyiləmmi təkliyin?
Əcəlinəm, həsrətini çəkdiyin,
Gözlədiyin yolam, şair, dur gedək...
Yapış, son kəs uzatdığım
əl vida,
Əl vidadı, həm də təzə-tər vida.
Bundan belə
əlvidadı, əlvida,
Salam, şair, salam,
şair, dur gedək...
Hələ günahdır adın
Mən nə ölüdən ölü,
nə diridən diriyəm.
Qınağa tutulmuşun,
qarğınmışın biriyəm.
Evim-eşiyim zindan,
Dörd yanı hündür barı.
Sanki arasındayam
dəmir barmaqlıqların.
Ən böyük aşiq də mən,
günahkar da mənmişəm.
Girib şeirlərimin
içində gizlənmişəm.
Hələ əllərin yasaq,
hələ günahdır adın.
Əfv fərmanı gözləyən
dustaq kimiyəm,
qadın...
Aparır
Tanrının bir sirri mən,
Mən boyda sirr aparır.
Baxma gəlmişəm
göydən,
Yer çəkir,
yer aparır...
Əllərim kəm gətirir,
Gözlərim nəm gətirir.
Gələn dərd-qəm gətirir,
Gedən xeyir aparır...
Qanadın gərir hər gün,
Barıyam, dərir hər gün.
Xəbər göndərir hər gün,
Hər gün deyir...aparır...
Səssiz alır canımı,
İzsiz alır canımı.
Söz-söz alır canımı,
Şeir-şeir aparır...
Könlümü
Sən heç böyümədin...
sözlərinə bax,
Böyüdən oldumu bala könlümü?
Nə vaxt uzaq oldu
bəladan, uzaq,
Nə vaxt tutmadı ki, bəla könlümü...
Nə vaxt istəmədim aça yaz kimi,
Saça, ətir saça, saça yaz kimi.
Bir gün
də birisi qara saz kimi,
Basa sinəsinə,
çala könlümü...
Üzünü yamaca, yala saldılar,
Yaman dağa-daşa,
kola saldılar.
Elə, aldatdılar, yola saldılar,
Gətirən oldumu yola könlümü...
Çıxardım min cürə savaşdan belə,
Qurtardım min qorxu, təlaşdan belə.
Neynirəm bu yaşdan, bu başdan belə,
Kim ata, kim tapa, bula könlümü...
Kimlərin fəndinə, felinə düşdü,
Kimlərin ağzına, dilinə düşdü.
Axır ki, sənin də əlinə düşdü,
Sən də barmağına dola könlümü...
Qoymuram bir gün
də gözdən özümü...
Elə gedirəm ki, üstümə hərdən,
Salıram lap vallah üzdən özümü.
Bəlkə uzaq tutam ruhumu
şərdən,
Qoruyam atəşdən, közdən
özümü...
Gün çıxır, açılır
sabah, çıxıram,
Gözləyir boş təknə, tabaq, çıxıram.
Hər axşam özümə qabaq çıxıram,
Yolçu eləyirəm tezdən özümü...
Bu gündə-dirrikdə, biçimdə hər gün,
Bir cür
əkindəyəm, biçində
hər gün.
Əriyib itsəm də içində hər gün,
Görsəm tanıyaram sözdən özümü...
Əlacam, çarəyəm özüm
üstümdə,
Öldürüm nətəhər dözüm
üstümdə?
Hər gün üstümdədi
gözüm, üstümdə,
Qoymuram bir gün də
gözdən özümü...
İndi necə üşüdürsən, bilirəm
Ömrü-günü öz başına dar olan,
Öz-özünə qənim pirsən, bilirəm.
Nəyi varsa aşkar olan, car olan,
Necə gizlin, necə sirsən, bilirəm..
Yalnız doğrun, düzün olur gecələr,
Danışmağa sözün olur gecələr.
Gülüm, nədən uzun olur gecələr,
Nə çəkirsən... kaş
ki, bilsən bilirəm...
Yaşatmaqdı işim-peşəm adını,
Özün qədər sevirmişəm
adını...
Əzbərimə çevirmişəm adını,
Hər çəkdikcə eşidirsən,
bilirəm...
O dörd divar...
o da ki, sən... tənha, tək,
O da ki, çöl...
dəli-dolu bir külək...
Əyni yalın bir çiçəksən, bir
çiçək,
İndi necə üşüdürsən,
bilirəm...
Bu adam
"Ustadı", bir
cürə "usta"
bu adam,
Böyüyüb elə öz tipinin üstdə.
Yol gəlib
çəpinin üstdə
bu adam,
Hələ də yol gedir
çəpinin üstdə.
Bir başdı,
yüz başa vurulub başı,
Zəngli saat kimi qurulub
başı.
Gör neçə doğrunun yarılıb başı
Bunun əyrisinin,
çəpinin üstdə...
Əzilib, büzülür... naz demək olmur,
Lap milli pazdı
bu, paz... demək olmur.
Sözünün üstünə söz demək olmur,
Odun yığmaq
olmur ipinin üstdə.
Nəyi var dövləti, varıdı elə,
Tək vardan, dövlətdən yarıdı elə.
Həmin küpəgirən qarıdı
elə,
Çıxıb oturubdu küpünün üstdə.
Bir az da arxayın, əmin adamdı,
Tapıb yaşamağın çəmin,
adamdı.
Gördüm tanımadım həmin adamdı,
Oxudum adını
qapının üstdə...
Geri dönməyəsən bir səhər çıxıb
Bir gün
ayrılıqlar belin qatlıya,
Son kəs dikələsən,
son kəs nər çıxıb.
Elə darıxasan bağrın çatlıya,
Geri dönməyəsən bir
səhər çıxıb...
Gedəsən...gəlməyə kimsə
görüşə,
Oduna düşdüyün
oduna düşə.
Birdən diksinəsən, yadına
düşə,
Düşə ki yadından bu şəhər çıxıb...
"Yaşın nə
fərqi var", kim deyib axı,
Ölümə bu qədər yaxınkən, yaxın?
Bu yaşda, bu başda aşiq olmağın,
Sevib-sevilməyin birtəhər çıxıb...
Beş-on şeirinnən, beş-on sözünnən
Onsuz da vurmusan
quşu gözünnən.
Götürüb getmisən nə var özünnən,
Nə varsa özünnən bərabər çıxıb...
...Görəsən sənmişsən
elə sirdəki,
Quru nəfəsmişsən,
nəfəs, yerdəki.
Açasan qəzeti... şəklin, bir də ki
Qara haşiyəli
bir xəbər çıxıb...
O dünyada cəhənnəm
yox
Mən çəkəni nə bəy, nə də xan çəkər,
Bu boyda ki, qovğa, qada çəkənəm.
Bu dərd ki, var ürək çəkər, can çəkər,
Həm aşkarda, həm röyada çəkənəm.
Gedən gedib, xoşa gedib, dözmüşəm,
Dörd yan gedib, köşə
gedib, dözmüşəm.
Laçın gedib, Şuşa gedib, dözmüşəm,
Dərdi başa badə-badə çəkənəm.
Bu boyda ki, könül verdim dərdə mən,
Vallah, çətin
qərar tutam yerdə mən.
Bir başımdı,
bir kötükdü,
bir də mən,
Əhsən məni bir cəllada
çəkənə.
Gözlərimin biri kədər, biri qəm,
Elə bil ki, bürüyübdü
yeri qəm.
O dünyada cəhənnəm
yox bilirəm
Cəhənnəmi bu dünyada çəkənə...
Mən dünyanın məğlubu
Mən dünyanın məğlubu,
Qalibimdi vaxt mənim.
Axır sonuma çatdı
doğru mənim, haqq mənim.
Pozulan cərgə, sıra,
o səf, o düzən
mənəm.
Fələklə zər atan mən,
elə, uduzan mənəm.
Dərdlə üst-üstə gəlib
cəm olmuşam, cəm belə.
Məğlubiyyət kimidi
beş-on heç-heçəm belə.
Yığın da bu dünyanın
daşın çiynimin üstdə.
Enib ağ bayraq kimi
başım çiynimin üstdə...
Kəmaləddin
QƏDİM
Ədəbiyyat
qəzeti.-2020.- 7 mart .- S.29.