Sabahın Babəki baxır
bələkdən
Alagöz bir oğlan doğub gənc ana,
Artıb bir oğlun da, Vətən, ürəklən.
Muştuluq aparın Bəzz
qalasına,
Sabahın Babəki baxır
bələkdən.
Sabahın Babəki böyüyür
bir gün,
Böyüyür gözümdə Vətən
sərhədi.
Ürəyim Təbrizdə döyünür
bu gün,
Gəzirəm Zəncanı, Xoyu,
Mərəndi.
...Baba Savalandan görünür Şuşa,
Elə bil əkizdi Ərklə Əlincə.
Zəngəzur elində yaz dedim qışa,
Ağlımı başımdan çıxartdı
Göyçə.
Durub salam verdim Dədə Dərbəndə,
Yolumu gözləyir dedim
Borçalı.
Az
qala düşmüşdüm
bir gözə bəndə,
Arxamca bir doğma haray ucaldı.
...Ayırdı xəyaldan məni o çağa,
Gəlib tez yapışdım
dəmir beşikdən.
İlahi! Qanad ver mənə uçmağa,
Sabahın Babəki baxır
bələkdən.
Gəl bizə sən elə bir nağıl
danış...
Gəl bizə sən elə bir nağıl
danış,
Elə bir nağıl
ki, qısa olmasın.
...Orda gözləri
göy, dişləri
seyrək,
Saqqalı bir qarış
kosa olmasın.
Gəl bizə sən elə bir nağıl
danış,
...Tacirdə toyuqcan ağıl olmasın.
Piyləyib başını vəzir,
vəkilin,
Şahın baş tacını
keçəl qoymasın.
Gəl bizə sən elə bir nağıl
danış,
Çəmini bilməsin divlər
savaşın.
Hardasa bir adsız gözəlin üstə,
Kəndirin kəsməsin qardaş
qardaşın.
Gəl bizə sən elə bir nağıl
danış,
..Ana
öz qızından hayıf almasın.
Taxt-tacın üstündə ata
oğlunun
Gözlərin çıxarıb mayıf
qoymasın.
Gəl bizə sən elə bir nağıl
danış,
Açıq gözümüzə yuxu dolmasın.
Bizi
hey yuxuya verib nağıllar,
Elə bir nağıl
de, nağıl olmasın...
Sahib ƏSGƏRLİ
Ədəbiyyat qəzeti.-2020.-14 mart.-
S.28.