Əli bəy Hüseynzadənin
qızı İstanbulda dəfn edilib
Azərbaycan ədəbi-ictimai
fikrinin parlaq nümayəndəsi, görkəmli türkoloq,
tanınmış mütəfəkkir və
yazıçı-publisist Əli bəy Hüseynzadənin
qızı Feyzavər Alpsar Turan vəsiyyətinə uyğun
olaraq İstanbulun Zəncirlikuyu qəbiristanlığında,
həyat yoldaşının yanında dəfn edilib.
AZƏRTAC xəbər verir ki,
koronavirus pandemiyası ilə əlaqədar olaraq Türkiyədə
tətbiq olunan dördgünlük karantin səbəbindən
dəfn mərasimi keçirilməyib.
Feyzavər Alpsar Turanın dəfnində
Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim
Hacıyev iştirak edib.
Xatırladaq ki, ötən ilin
dekabrında 100 yaşı tamam olan Feyzavər Alpsar Azərbaycan
Prezidenti İlham Əliyevin 2018-ci il 17 mart tarixli Sərəncamına
əsasən “Dostluq” ordeni, ölkə
başçısının digər Sərəncamı ilə
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley
medalı ilə təltif olunub.
Ədəbiyyat
qəzeti.- 2020.- 2 may. S. 2.