Ruhunda paklaşma gedir bəşərin!
Yarı
canım
Həkim deyir:
- İmmunitetin zəifdi, şair,
Belə şeyləri sevməz
koronavirus!
- İmmunitet başına
haranın daşını salsın,
Doktor?!
Yarı canım
uşaqlarımın yanındadı!
Yarı canım nəvələrimin
yanındadı!
Qohum-əqrəbamın
yanındadı yarı canım!
Dost-tanışlarımın
yanındadı yarı canım!
Yarı canım yanındadı
xeyirin-şərin!
Yanındadı yarı canım
külli-bəşərin!
İmmunitet başına haranın
daşını salsın,
Doktor?!
Azərbaycan
kimindir
Nə bilim nəçisən,
Nəkarəsən - nə varsan?!
Türksən, talışsan,
tatsan,
Ləzgisən, kürdsən,
avarsan, -
Üzünə yazılmayıb
axı kimliyin.
Niyə özünü bizdən
ayırmağa
Can atırsan:
Mən - türkəm!
Mən - talışam!
Mən - tatam!
Mən - ləzgiyəm!
Mən - kürdəm!
Mən - avaram!
Yəni... varam!
Ol da, qardaşım,
Kimdi varlığını əlindən
alan?!
Ürəyin yerinə gəldimi,
Qazandığın nə oldu
Dilinlə-dişinlə,
qaşınla-gözünlə?!
Bəlkə hamımızın
olan Azərbaycanın
Bir parasını qoparıb
apardın özünlə?!
İt
oğlu paraq
İt itdi, paraq da itdi.
Hərdən
çatdığın arzulara baxıb,
Hər qoltuğuna
Bir Həşimxanlı
qarpızı sığmayanda,
Keçmişinə də
qayıdıb bax. -
Kirayədə qaldığın
dar otaq
Yadına düşürmü
heç?!
Yadına düşürmü ki,
Ev pulunu verə bilməyəndə
Səhər sübhdən
başılovlu çıxıb,
Bir də yarı gecə
qayıtdığın?!
Bəzən də onun-bunun
Ayağı altda
yatdığın.
Unutmamısan ki,
Qarnıdolusu yeyə bilmədiyini?!
Özünü tox tutub,
Dost-tanışa dərdini deyə
bilmədiyini?
Ayağın sevinəndə,
Əynin-başın sevinmədiyi
Gəlirmi yadına?
Bəpbo kimi gözlərini bərəldərdin,
Bayquş kimi demək istəyirəm,
Keçib gedən
qıza-qadına!
İndi arvadlı da olmusan,
Oğul-uşağın da
yerli-yerində.
Əlin də çörəyə
çatıb,
Bir yeyib, iki ağnayırsan.
Özünü öz yanından
Beş kişinin də biri
sayırsan.
Hərdən
çatdığın arzulara baxıb,
Hər qoltuğuna
Bir Həşimxanlı
qarpızı sığmayanda,
Keçmişinə də
qayıdıb bax. -
Bəlkə dinə-imana gəldin,
İt oğlu paraq!
Haqq yolu
Haqq yoluna qayıdır hamı, -
Əllərini qoşalayıb,
Saqqalı boyu üzünə
çəkir, -
Dəstəmaz alır,
İbadət eləyir.
Gündə beş ülkət
qılmağı
Adət eləyir.
Haqq yoluna qayıdır hamı, -
Cənnətə şirin,
Həyata acı baxmır.
Allaha and olsun,
Dünya malına
Bir çimdik də qıyqacı
baxmır!
Sərçələr
Pəncərədən qovurdum,
Qapımın kandarını
sökürdülər.
Zəhləmi tökürdülər:
- Cik... cik... cik...
Aç qapını, gəlmişik!
Dən verirdim,
Daşdan yumşaq
Əlimə keçəndən
verirdim.
"Evdə qal!"
çağrışından
Qəribliyə
düşmüşəm, -
Novruza qalmış
Payız alması kimi
bürüşmüşəm!
Gözüm - pəncərədə,
Qulağım - səsdə...
Yağlı əppək olub,
Yoxa çıxıb sərçələr
də.
Daşa dönməsin bunları,
Bunların da çörəyi
dizi üstəymiş!
Həpçiii...
Avropalaşmaq yenə də dərd
yarıydı,
Olub-olmamağın
İsti-soyuqluğu varıydı.
Bu yandan da bəşərin
başı çaşdı:
- Qloballaşmaq lazımdı!
Qloballaşmaq!..
Dünya qloballaşdı.
İndi, Allahından dönüb
biri,
Kürdəmirin Xəlsəsində
asqıran,
Bütün dünya, mən
qarışıq içi,
Sübh xoruzu kimi bir-birinə
qarışır:
- Həpçiii...
Qiyamət
Gözüqıpıq günə
salıb
Xeyir Şəri -
Ruhunda
Paklaşma gedir bəşərin!
Var-dövlətinə baxıb,
Şükr eləyən
varlılar
Fikir eləyir indi.
Kasıblığına baxıb,
Fikir eləyən kasıblar
Şükr eləyir indi!
Hürr
insan...
Korona qadağası başlayandan
Evə çəkilib insanlar.
Boşluqdan,
bekarçılıqdan
Namaza qayıdan çox olacaq.
Bundan şəxsin qazancı nədir,
-
Özü bilər!
İslam nə qazancaq, -
O da Allah sirridi!
Məscidlər qazanacaq amma -
Canamaz...
Təsbeh...
Möhür...
Hürr böyüyürsən,
insan,
Hürr...
Şəhidlərimiz
Niyə şəhid veririk?
Qanını almırıq axı!
-
Bizə silah qaldıran
Düşmənin
Canını almırıq axı!
Qorxu
Keçəlləşə-keçəlləşə
gedir kişilər,
Əvvəl eyib bilirdilər
özünə -
Parik-marik qoyurdular.
Utanmaqdan keçib indi -
Aya tuturlar, Günə tuturlar-
Vitamin "D"-siz yaşamaq olmur
axı!
Mən isə xoşbəxt
sayıram özümü, -
Yetərincədi saçım.
Amma keçəlləşmək
qorxusu da
Çıxmır canımdan.
Bir daz görəndə,
İstər-istəməz əlim
başıma gedir, -
Gülümsəyirəm.
Qəşəm
İsabəyli
Ədəbiyyat
qəzeti.- 2020.- 2 may. S. 17.