...Bənzəyər
səhrada su axtarmağa Səndən uzaqlarda sən
axtarmağım...
Bir
Famil
Cəfərli üçün
Bir
ağacın kölgəsində uzanıb bu yol...
Bir dəryanın
qucağında dincəlir sular...
Bir
günəşin saçlarını oxşayır hamı,
Bir
Allahın ümidinə qalıb bu dünya.
Bir
padşahın sarayında darıxır sevinc,
Bir
yetimin gözlərində yuyunur o dərd.
Bir
buludun sevgisinə buxarlanır yer,
Bir
durnanın qanadında enir göy üzü...
Bir dərzinin
iynəsinə ilişib işıq,
Bir
kasıbın süfrəsində can verir ümid.
Bir
şairin qələminə qısılıb o qəm,
Bir
bağbanın bağçasında soyunub payız.
Bir
ananın saçlarında açılır səhər,
Bir
gözəlin çöhrəsində dalğalanır Ay...
Bir
otağın tavanında ucuz bir kədər,
Bir
aynanın yaddaşında ağlayan min üz.
Bir
komanın divarına yazılır şeir,
Bir
şeirin divarına hörülür bu dərd.
Bir qərənfil
ləçəyində yurd salan ağı,
Bir məzarın
gözlərində donmuş göz yaşı.
Bir
cavanın xəyalında xumarlanır eşq,
Bir
qocanın təsbehitək qırılır həyat.
Bir cəhənnəm
vadisində rəqs edir Şümür,
Bir cənnətin
ortasında susub Məhəmməd.
Bir
tabutun qapısını döyür əllərim,
Bir
torpağın yaxasına adım tikilir.
Bir
yarpağın yaşılında yatır bir uşaq,
Bir səhranın
yuxusuna yağır yağışlar...
Bir
bülbülün nəğməsində gülə
yalvarış,
Bir
sünbülün süfəsində yüz acın
gözü.
Bir
silahın tətiyində açılmaq eşqi
Bir
tarixin yarasından damcılayan qan.
...Bir
günəşin gözlərində sönmək qorxusu...
Tik
Hər
əzam bir yandadır, - götür eşqi, canı tik,
Bu
viranə dünyada bir eşq xanimanı tik.
Günəş
də girə bilmir, yerin altı üşüyür,
O məzarın
əyninə bu isti insanı tik...
Haqq
deyəndə bu divan vurdu mən divanəni,
Ya
divana divan tut, ya bu dil-lisanı tik.
Hamı
səndən qopsa da, qaçır səndən ilahi,
Adamların
üstünə öz gözəl imzanı tik...
Dünya
dağılır Allah, o divarın daşına
Bir
az bu Məhəmmədi, bir az o İsanı tik.
Hər
aşiqin gözündən bircə damla yaş götür,
İlahi,
bu dünyada bir sevgi ümmanı tik.
Səndən
paltar istəyir, yağışları sap eylə,
Bu
torpağın üstünə götür bu leysanı tik.
Mən
ki, ev istəmirəm, bir pəncərə istərəm,
O
qızı görmək üçün mənə bu
eyvanı tik.
Bu
Əlizadə Nurinin getməyə yeri yoxdu,
Tabutunun
üstünə yazıb son ünvanı tik...
A zərgər, bu
dünya yaxşı zər deyil
Bu dərd
bir sevdadı, - boşuna gəlməz,
Dünyada
hər kəsin başına gəlməz,
O ac
sərçələrin xoşuna gəlməz
Gedib
öz balama dən axtarmağım.
A zərgər,
bu dünya yaxşı zər deyil,
Bu
şər yuvasıdı, bu bəşər deyil.
Gecəylə
gündüz də bərabər deyil, -
Nədir
bu dünyada tən axtarmağım?!
Gün
düşər - üzüksüz qalan barmağa...
Ağac
yas saxlayar solan yarpağa...
...Bənzəyər
səhrada su axtarmağa
Səndən
uzaqlarda sən axtarmağım...
Ev adamı
Dərd
də ev adamıdı, -
Hər
kəsin dərdi onun
"Ev
kitabı"nda olar.
...Quşlar
ucalıq gəzər, -
Göydə
olmayanda da
Evin
damında olar...
Mən sənə bir
sirr açacam...
Çay
olub ax... öldürərlər,
Məni
də sağ öldürərlər.
Biz
qovuşsaq öldürərlər, -
Silah
aramızda qalsın...
Yaşamadım
yanşaq kimi
Nə
qul kimi, nə şah kimi.
Bir
yiyəsiz uşaq kimi
Günah
aramızda qalsın...
Daşır
ömür adlı bu cam,
Bir
ölüm dərsi keç, Xocam...
...Mən
sənə bir sirr açacam,
Allah,
aramızda qalsın...
Sönür
içimizdə son ümid çöpü
Dünən
acı çəkən bu gün şəkərdi,
Dünyada
əldən çox, əl ağacı var.
Bir
tikə çörəktək, bir qurtum sutək
Adamın
dərdə də ehtiyacı var.
Sönür
içimizdə son ümid çöpü,
Ha
baxsan, yasaqdı, tabudu, "yox"du.
Bu
dünya xiffətdən çoxdan ölərdi,
Ancaq
özü boyda tabutu yoxdu...
Baxma
ki, tüstüsü başından çıxır,
İçindən
alışır bu ocaq indi.
O
quş gizlənməyə yer tapmayınca
Gəlib
ürəyimə qonacaq indi...
Çətin səndən
sonra bu şəhər qala
Tüstüsü
içində boğulan damam,
Dünən
oğlum idim, sabah atamam.
Mən
paxıl adamam, paxıl adamam, -
Qoymaram
kiməsə bir kədər qala.
Dünyanı
böldük ki, belə kəm düşə?
Mənə
də eşq adlı bir aləm düşə...
Əlinə
sehirli bir qələm düşə,
Hamını
pozasan... bir nəfər qala.
Düşür
gül - ömürdən hər gün bir ləçək...
Gətir
əllərini - üşüyür əlcək.
...Bir
gün uzaqlara köçüb gedəcək, -
Çətin
səndən sonra bu şəhər qala...
Bəlkə göy
üzünü yaralayıblar?
Bu
canı bir sözə köçürmüşəm mən,
-
Gəl.
Sənə söz verim can əvəzinə.
Bəlkə
göy üzünü yaralayıblar, -
Damır
Ay işığı qan əvəzinə?!
Sənin
xəyalında gendə ağarır...
Üzünə
düşəndə gün də ağarır.
...Ay,
Ay işığında mən də ağarım, -
Sökülsün
ürəyim dan əvəzinə.
Vaxtın
darağında saç qoymuşam mən
Neçə
gün qələmi ac qoymuşam mən...
Dərdimin
başına tac qoymuşam mən, -
Taxta
çıxarmışam xan əvəzinə...
İki əlinin
arası
Yol gəlirəm
əllərinə
Hava
yaman sazaq imiş.
İki
əlinin arası,
Son
ulduzdan uzaq imiş...
O
quş da mənim yerimə,
Durub
şikəstə oxuyur
Bu
dünyada bütün quşlar
Ayrılıq
üstə oxuyur...
Ayrılıq
- qürbət ölkədi,
Saxla
bir az vətən yeri
İki
əlinin arası,
Bu
dünyanın bitən yeri.
İki
əlinin arası.
Gündüz
qardı, gecə ayaz.
Bir əlinlə
öldür məni,
Bir əlinlə
qəbrimi qaz...
...Bir
əlinə az qalmışam,
Hələ
yolun harasıdı...
İki
əlinin arası
qoyun
arasıdı.
İşıq
düşür uzaqlardan,
Əllərindi,
doğan Aydı?
Çataydım
sən duran yerə,
Əllərimiz
barışaydı...
Sevgi bəhanə
imiş...
Bu
yeli kim qorxudub, -
Niyə
belə əsir yel?
Mənə
bir yer göstərin,
Ordan
görünməsin yer...
Sevgi
bəhanə imiş,
Belə
darıxmaq üçün.
İllər
pilləkən oldu,
Ölümə
çıxmaq üçün...
Yol
da yoxdu getməyə,
Yol
sal, - məni yola sal.
İlahi,
bu zülmətdə,
Qorxuram
ki, yol aza...
Gəlsən,
xəstə çiçəklər,
Ləçək-ləçək
sağalar.
Baxma
yaram dərindi, -
Əlini
çək, sağalar...
...Bu
ulduzsuz gecədə,
Ay
olmaq istəmirəm.
Allah
girib yuxuma,
Ayılmaq
istəmirəm...
Can
Bir
az qəmdi, bir az eşq,
Bir
az qandı, canımız.
Neçə
yol ölmüşük biz, -
Qəbiristandı
canımız.
Yol
gedər əsasıyla,
Ürəyinin
yasıyla.
Ağrıyan
əzasıyla,
Bir
üsyandı canımız.
Sığmıram
bu hasara,
Mən
də belə azaram
Qətrə-qətrə
azalan,
Bir
ümmandı canımız.
Hərdən
asi olsa da,
Dərd
anası olsa da,
Yüz
libası olsa da,
Lüt-üryandı
canımız...
...Gəzib
gələr hər yanı,
Bəyənməz
bu dünyanı.
...İçsə
də bir dəryanı,
Quru
candı, canımız...
Əlizadə Nuri
Ədəbiyyat qəzeti.- 2020.- 2 may. S. 23.