Bir əsər
haqqında düşüncələr...
Yenə bir əsərlə söhbətləşirəm. Kompüterdən
oxuduğum bu əsərin əlyazmasını səhifələdikcə
monitorda sanki bir ürək cırpınır. Cırpıntıları gözlərimi
qırpmadan, nəfəsimi cəkmədən dinlədikcə
daha aydın eşidirəm.Bu, vətən təəssübkeşi,
ruhunu sözə əsir etmiş şair - Güləmail
Muradın ürək cırpıntılarıdır.
"Qayıdış" əsərindən daha
yaxşı tanıdığım şairə anam - Güləmail
Murad yaradıcılığının leytmotivini vətənpərvər
ruhlu əsərlərin təşkil etdiyini cox gözəl
bilirəm. Əminəm ki, ilk səhifəsindən oxumağa
başladığım bu əsər elə ilk sözdən
vətənə sədaqətdən yoğrulan, yurd eşqindən
mayalanan bir əsər olacaq. Oxumağa
başlayıram...
Kitab müharibənin dəhşətlərinin bədii
boyalarla təsviri ilə başlayır. Girişi
özünəməxsus təhkiyə ilə başlayan bu əsəri
oxuduqca hadisələrdən-hadisələrə kecərkən
edilən bədii manevrlər, poetik ustalıq diqqətimi cəkir.
Şair "Döyüş yolları"
adı ilə oxuculara təqdim etdiyi bu əsərdə Sovet
İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevin
Dağ Kəsəməndən - Macarıstana qədər kecdiyi
döyüş yolundan söz acır, qəhrəmanını
sözdən toxuduğu cələnglə bəzəyir.
Əsəri oxuduqca müəllifin sənətkarlığı,
formaca dar,məzmunca geniş bir mövzuda
hadisələri əhatəli təsvir və tərənnüm
etməsi oxucunu cazibəsində saxlayır. Fikirlərin
cazibəsindən cıxmaq qeyri - mümkündür.
Oxuduqca oxunan inanclara, sınamalara da yer verilən bu əsərdə
bir məqam diqqətimi cəkir, ayrıla bilmirəm.
Uşaq olanda hərəmizin bir ulduzumuz vardı. Ulduz axanda niyyət
tutardıq. İnanca görə ulduz axan
zaman niyyət tutsaq, niyyətimiz hasil olardı. Və ya
bir ulduz axsa idi, deyərdik: kiminsə ulduzu söndu. Qəribədir...
İnsan taleyi əvvəl - axır göylərlə
bağlıdır. Güləmail ana əsərin bu hissəsində
dediyim məsələyə şair gözüylə
baxır:
Nənəsi
Sayalı deyirmiş ona:
"Göydə hər bir kəsin ulduzu vardır".
O da nənəsindən
soruşmuşdu ki:
"Bəs
mənim ulduzum, görən, hansıdır?".
Şair ulduz haqda yazaraq sonda Qəhrəmanının
ulduzunu yerə endirərək bədii ustalıq
nümayiş etdirir. Doğrudan da, hər bir qız bir ulduzdur:
Axırda
bu ulduz gözəl qız oldu,
Durdu keşiyində o qızın əsgər.
Nə qədər
əsgər var, demək, dünyada,
Mütləq sevdiyinin keşiyin çəkər.
Bu bəndin son iki misrası isə, zənnimcə,
bütün müharibə mövzusunda yazılmış əsərlərin
ideyası kimi qəbul oluna bilən fikirdir. Bəli,
bütün əsgərlər mütləq sevdiyinin
keşiyin çəkmək ücün gecə-gündüz
səngərdə ayıq-sayıq dayanırlar. Bu
sevginin, təbii ki, nüvəsi bir nöqtədədir...
Əsərdə nəzərə carpacaq dərəcədə
işlənmiş bədii detallar, bədii dilin elementləri əsərin
bədii məziyyətini daha da artırır.
Poema o qədər ustalıqla qələmə
alınıb ki, fikri fikirdən, hansısa məcazı digər
məcazdan fərqləndirmək fikrində deyiləm. Sadəcə, bu
işıqlı Azərbaycan xatununa İlahidən bir arzum
var: Gün o gün olsun, işğal altında olan
torpaqlarımız azad olunsun. Elə o qələbəmizin
də yubileyi ilə bağlı əsərlər
yazasınız. Yazımın sonunu Güləmail
Muradın qələmə aldığı müqəddəs
sözün ixtiyarına buraxır, bu misralarla yazıma
nöqtə qoymaq istəyirəm:
Gedib məzarına
baş cəkirəm mən,
Astaca üstünə bir gül qoyuram.
Oxucum, əsəri
bitirmirəm mən,
Sadəcə, sonuna vergül qoyuram.
Elnur Uğur Abdiyev
Ədəbiyyat qəzeti.-
2020.- 9 may. S. 23.