Oğluma məktub
Salam,
gözəl oğlum, sabahın xeyir,
Sənə
yurd-yuvadan çoxlu salam var.
Boyunu
oxşayan, hər axşam-səhər,
Üzünü görməyə həsrət qalan var.
Havası necədir qərib ellərin? -
Könlün oralara uyuşa bilməz.
Batı
adamları soyuqqanlıdı,
Sənin ürəyinə yığışa bilməz.
Orda
xoş həyat var - özləri üçün,
Orda
yaşamağın tamı başqadı.
Bu evin o
evə kölgəsi düşməz,
Hamı buz ürəkdi, hamı başqadı.
Bircə
tikələri qalmaz ortada,
Səninlə, mənimlə bölməzlər heç
vaxt.
Onlar
öləndirlər - özləri üçün,
Səninçün, mənimçün ölməzlər
heç vaxt.
İllərdi
dünyaya hakim olublar,
Alıblar hamıdan canı, ruzunu.
Neftə,
qaza qatıb çırpışdırıblar
Mənim ümidimi, sənin arzunu.
Orda təbiətin
min çaları var,
Amma çiçəyində bir qoxu yoxdu.
Orda
anlamazlar yovşan ətrini,
O ətri
duyası türk ruhu yoxdu.
Burda
oturmuşuq sükut içində,
Vətən sınaqdadı, torpaq yağıda.
Adamlar nə
vaxtdır yadırğayıblar
Bir şirin nəğməni oxumağı da.
Sən qərib
ellərdə kiçik Vətənsən,
Dönməyə gününü sayırsan, oğul.
Hərdən
bir anana məktub göndər ki,
Gözünü yollardan ayırsın, oğul.
Payız
səni xatırladır, əzizim
Ümidimin
yenə günü qaralıb,
Günlərimin
dar macalı daralıb,
Duyğularım
yarpağıtək saralıb,
Payız səni xatırladır, əzizim.
Gecələrin
hönkürtü var içində,
Ömrüm-günüm
uralanır, "biçində",
Durnaların
həsrət dolu köçündən,
Payız səni xatırladır, əzizim.
Yay
ötməmiş dağ başında duman var,
Çiçəyindən
hələ neçə uman var,
Aramızda
bir saralmış zaman var,
Payız səni xatırladır, əzizim.
Buludların
tər içində atları,
Gör, nə
vaxtsız "dingildədir" otları,
Ürəyimdə
xatirədən qatları,
Payız səni xatırladır, əzizim.
Çiçəklərin
olum-ölüm qorxusu,
Gözlərində
daşa dönüb yuxusu,
Nəfəsində
ayrılığın qoxusu,
Payız səni xatırladır, əzizim.
Çıxammıram
həsrətinin əlindən,
Düşəmmirəm
dərd dağının belindən,
Ləçəkləri
səpələnən gülündən,
Payız səni xatırladır, əzizim.
Sevdan
üçün keçdim ömrün başından,
Duz
yaladım yanağımın yaşından,
Çaylaqların
tənha qalan daşından,
Payız səni xatırladır, əzizim.
Payız məni xatırladır, əzizim.
Səndən uzaqda
Fikrimi bir
yerə cəmləyəmmirəm,
Həyat nə ağırmış səndən uzaqda.
Dünyanın
nə qədər qar-yağışı var,
Canıma yağırmış səndən uzaqda.
Yollar həsrətinə
pərçimlənibmiş,
Buludlar qəmindən
əlçimlənibmiş,
Dörd
bir tərəfimə dərd çilənibmiş,
Ruhumu sağırmış səndən uzaqda.
Elə
inanmışdım, xoş olan günə,
Duyğusu
göylərə baş alan günə,
Çatmır
boş əllərim, boşalan günə,
Hamısı nağılmış səndən uzaqda.
Bilmirəm,
sonuna nə qalıb ömrün,
İşinə
yaramır bu halım, ömrün,
Qapını
kəsdirən qocalıq ömrüm
Yetimmiş, fağırmış səndən uzaqda.
Elbariz Məmmədli
Ədəbiyyat qəzeti.-
2020.- 9 may. S. 32.