Ətrinə
də həsrətəm, özünə həsrət kimi,
Sınıq
ətir şüşəni saxlayıram hələ də!
Darıxmışam
Sinəmdə
buz parçası var,
Közdən ötrü darıxmışam.
Ürəyimi
ovudacaq,
Sözdən ötrü darıxmışam.
Əzib məni
kəc baxışlar,
Yumaz dərdimi yağışlar.
Yorub
dizimi yoxuşlar,
Düzdən ötrü darıxmışam.
Dərdli
görüb, döz dediyin,
Ümid
verib, söz dediyin,
Yadındamı "biz" dediyin?
"Bizdən" ötrü darıxmışam.
İnciyəndə
sərin baxan,
Həm mənalı,
dərin baxan,
Gözlərimə
şirin baxan,
Gözdən ötrü darıxmışam.
Saça
düşüb dənmi deyim,
Anlamırsan, mənmi deyim?
Sizmi
deyim, sənmi deyim,
Sizdən ötrü darıxmışam.
Hələ də...
Ürəyimdə
yerin var, dəli məhəbbət kimi,
Ümidim dəniz kimi, çağlayıram hələ
də.
Ətrinə
də həsrətəm, özünə həsrət kimi,
Sınıq
ətir şüşəni saxlayıram hələ də!
Bu elə
bir dərddir ki, alıb-sata bilmirəm,
Canımdan
can kimisən, kəsib ata bilmirəm,
Dünyaya
gec gəlmişəm, sənə çata bilmirəm,
Eh,
gecikmiş bəxtimə ağlayıram hələ də!
Səni
Tanrı göndərib qanadsız mələk kimi,
Əlçatmaz arzu kimi, müqəddəs dilək kimi.
Başqa
sevənin olmaz, inan, bu ürək kimi,
Bu
yazıq ürəyimi dağlayıram hələ də!
Şirin
səsini duydum, sözünə vurğun oldum,
Baxışından
alışdım, gözünə vurğun oldum,
Elə
özünü sevdim, özünə vurğun oldum,
Gözlərimi
hər kəsə bağlayıram hələ də!
Harda
oluram olum, dilimdə sorağımsan,
Ürəyimə
ev deyim, evimdə qonağımsan.
Yaşamağa
həvəsim, dünyaya marağımsan,
Telefonda
nömrəni yoxlayıram hələ də!
Yerinə
Getdi
cavanlığım, getdi gəncliyim,
Çatmadın
ömrümün bahar yerinə!
Nə məndə
arzular səbirli oldu,
Nə sən ümid qoydun qubar yerinə.
Çırpındı
fəryadım, boğuldu sözüm,
Yenə sən qoxudu ocağım, közüm.
Sənin
həsrətinə nə qədər dözüm,
Salmışam
sinəmin qabar yerinə!
Doğuşdan
ümidi kəsib doğuldum,
Boynumdan kəfəni asıb doğuldum.
Neyləyim
dünyaya kasıb doğuldum,
Yaşaya
bilmədim kübar yerinə!
Saxladım
sevgimin dilində səni,
Gizlətdim bağrımın külündə səni.
Yudum
gözlərimin selində səni,
Qıymadım düşəsən axar yerinə.
Say gəlim
Tənhalıqdan
darıxırsan bilirəm,
Bizdən
başla sizə qədər say, gəlim!
Səbrin
çatmır gözləməyə bəlkə də,
Birdən
başla yüzə qədər say, gəlim!
Bircə
demə qocalıbdır, ləng gəlir,
Səsim
gəlir, yanağına rəng gəlir,
Bir də
gördün cəftənizdən zəng gəlir,
Mən
verdiyim sözə qədər say, gəlim!
Demə
dünya sənə, mənə qalandır,
Dünya eşqsiz cəhənnəmdir, talandır.
Cənnət
var ha… baxışında yalandır,
Qaşdan
başla gözə qədər say, gəlim.
Yalanlardan
düzü seçib gələcəm,
Bizdən
çıxıb, sizə köçüb gələcəm,
Çaydan
keçib, seldən keçib gələcəm,
Dağdan
başla düzə qədər say, gəlim.
Çatmır
İnsanlar
o qədər vəfasız olub,
Söz sözə qovuşmur, dil dilə çatmır.
Hər
şeyi dadından çıxarıb insan,
Gülün qoxusu da bülbülə çatmır.
Yamanlar
yaxşını udur, qardaşım,
Həyatın gerçəyi budur, qardaşım.
Dünyanın
üç payı sudur, qardaşım,
Çay çaya tökülmür, sel selə
çatmır.
Bir kişi dərdi var dulun, çoxdurmu,
Azadlıq
həsrəti... Qulun çoxdurmu.
Ay evdən
xəbərsiz, pulun çoxdurmu,
Ümidlər
sürünür bel-belə, çatmır!
Tək
bircə hecadır, dərd də qəm kimi,
Cənnəti tanıdıq cəhənnəm kimi.
Hər
günü gözlədik təzə dəm kimi,
Anladıq qışqırsaq zil, zilə çatmır.
Yeməyi
aldılar qazan yaladıq,
Yazdıq alnımıza bəxtə caladıq.
Boyat
arzulardan ocaq qaladıq,
Nə qədər yandırdıq, kül külə
çatmır.
Yenə
Axtarma,
arama, gəzmə dalımca,
Şikəst ümidini tuşlama mənə.
"Göydən
üç alma"nı çox
eşitmişəm,
Mənasız nağıllar başlama yenə.
Həyat
qorumayıb sultanı, xanı,
Sənsiz də açılır səhərin danı.
Bəsdir,
çox görmüşəm seli, leysanı,
Yalandan gözünü yaşlama yenə.
Gördüyüm
ən çətin tərssən, inadsan,
Daha məndən ötrü bir quru adsan.
Mən sənə
arzuyam, sən mənə yadsan,
Get, bahar
ömrümü qışlama yenə!
Qəlbindən
yox olsun bu ümid, inam,
Çətin sənin kimi alışam, yanam.
Nə sənə
qibləyəm, nə də şeytanam,
Əlinə daş yığıb, daşlama yenə.
Özümdən
yazıram
Başqa
yerə yozulmasın bu şeirim,
Həm canımdan, həm gözümdən yazıram.
Heç
bir kəsin bostanında daşım yox,
Nə yazıram mən özümdən yazıram.
Gücüm
yoxdur çevrə çəkim, səth edim,
Boyum çatmır zirvələri fəth edim.
Nə
etmişəm bir özümü mədh edim,
Nə səhvimdən, nə düzümdən
yazıram.
Dilim gəlmir
qanmazlara söz deyim,
Dilim gəlmir
əyrilərə düz deyim,
Bəs nə
qədər ürəyimə döz deyim,
Qaya kimi
bu dözümdən yazıram!
Vüqar Bayramov
Ədəbiyyat qəzeti.-
2020.- 16 may. S. 31.