Tərcüməçidən
Çağdaş Rumın şeiri
Görkəmli rumın şairəsi,
adı XX əsrin böyük ədibləri
arasında yer almış Ana Blandiana
2016-cı ildə, dekabrın
9-da, öz Facebook səhifəsində, ərinin
ölümündən bir
gün sonra bu sözləri yazmışdı: "Yarım
əsrdən artıqdır
ki, sevdiyim və sevgisi olmadan sağ qalmayacağım ərim
Romulus Rusanın (1935-2016) ölümünü
elan edəcəyim heç vaxt ağlıma gəlməzdi...".
Əlli
altı il
bir yerdə yaşamışdılar. Çauşesku rejimində və sonrakı qarışıq
zamanda uzun illər bir-birlərinə
arxa-dayaq olmuşdular.
1979-cu ildə Yuneskonun
çətiri altında
Rumıniyada Siyasi Repressiyalar Memorialını
təsis etmişdilər
ki, nasir, publisist, xüsusi cazibəyə malik xeyirxah bir adam olan Romulus Rusan Ana Blandiana ilə bərabər insan haqları, hüquq müdafiəçisi
kimi fəaliyyətə
başlamışdılar.
"Məhəbbət və ölümün insanları ayıra bilməməsi haqqındadır
bu şeirlər. Kitablarımın
ən metafizikidir"
- öz ağıları,
mərsiyələri barədə
belə söyləyir
Ana Blandiana: Rumıniya
PEN təşkilatının fəxri sədri, Stefan
Mallarme Akademiyasının və
Avropa Poeziya Akademiyasının üzvü,
"Avropa Azadlıq Şairi", Qriffin - poeziya, Herder - ədəbiyyat
ödüllərinin sahibi.
"Cəm şəkilçisində
birinci şəxs"
(1964), "Ölümün sabahı günü"
(1996), "Öləziyən hisslər" (2004) və
başqa 26 şeir toplusunun müəllifidir.
"Ədəbiyyat qəzeti" oxucularına
təqdim edilən şeirlər "Müəyyən
mövzu ilə bağlı variasiyalar"
(2018) kitabından götürülüb.
Səlim Babullaoğlu
Ədəbiyyat qəzeti.- 2020.- 7
noyabr.- S.13.