Bayrağını uca qaldır, ana Vətən
Lirik poema
1
Ana Vətən!
Sən günəşli ölkə kimi var olsan da
yaranışdan,
Başın
heç vaxt açılmadı nə borandan, nə
şaxtalı qarlı qışdan!..
***
Azərbaycan
bir üzüksə, o üzüyün qaşı sənsən,
Qarabağım,
Azərbaycan
bir bədənsə, o bədənin başı sənsən,
Qarabağım,
Azadlığın, enməzliyin əfsanəvi
yaşı sənsən, Qarabağım.
Həm kədərli, həm sevincli gözümün də
yaşı sənsən, Qarabağım.
Sənsiz
mənim ürəyim də para idi, yara idi, Qarabağım,
Sənin belə quru adın dərdlərimə çarə
idi, Qarabağım.
İllərdir
ki, şeytanlığın, iblisliyin beşiyində dustaq
idin,
Sinəmizə çalın-çarpaz çəkdirilən
bir dağ idin, Qarabağım.
Nə əlimiz, nə ünümüz yetməyirdi nə
bir kəsə, nə də sənə.
Əriyirdik, əriyirdin, sozalırdıq ildən-ilə,
gündən-günə.
ATƏT-lərin,
matətlərin əlində bir oyuncaqdın illərlə sən,
Qara günün, qara bəxtin əzabını hey
çəkirdin günlərlə sən.
Səndən
ötrü vurnuxurduq, əzilirdik içimizdə,
çölümüzdə,
Səndən
ötrü ayaqdaydı oğlumuz da, qızımız da, ...ölümüz də.
Kimlərinsə
günahının olmuş idin sapand daşı, qan
savaşı,
2
Onunçün də sinən üstə at oynatdı
oğrubaşı, quldurbaşı.
Canımızı
dişimizə tuta-tuta, sıxa-sıxa dözdük yenə,
Çarən
üçün illərdir ki, qitə-qitə, ölkə-ölkə
gəzdik yenə,
Açılmayan
düyün idi taleyinə düşmənlərin yazan
yazı,
Düşünürdük,
sənin xilas yolun çəkər bundan sonra qırx il azı...
Əllərimiz
üzülmüşdü haqq deyilən, fakt deyilən dərgahdan
da,
Ancaq yenə ümidimiz kəsilmirdi Haqq deyilən Allahdan
da.
Haqqımızı
yeyirdilər gözgörəsi bilə-bilə, qana-qana,
Qovrulurduq içimizdə köz üstündə
cızdağımız yana-yana.
Vuruşurduq,
döyüşürdük içimizdə özümüzlə,
sözümüzlə,
Sənin dustaq taleyinə dözənmirdik qəlbimizlə,
gözümüzlə.
Ancaq Zaman
inad ilə səbir dedi, dözün dedi bizə bir az,
Bu
haqsızlıq, şərəfsizlik ömrü boyu belə
getməz, belə qalmaz...
Bu da bəlkə
bizim üçün bir imtahan bir yazıymış sınaq
üçün,
Dostumuzla
düşmənimi ayırd edib seçmək
üçün, qınaq üçün...
Qarabağım!
Sənin qara bəxtin üçün günahkarıq biz
hamımız,
Biz
özümüz özümüzə qənim olub qurban dedik
canımızı
Özgələrə, gəlmələrə,
çörəyi də dizi üstə olan şeytan ölkələrə.
Qonaqladıq, qaraladıq, süfrəmizi paraladıq
ac-yalavac alçaqlara.
Qucaq açıb yerləşdirdik şeytanları,
iblisləri isti otaq-ocaqlara.
Qanı
qanla yumalıykən qanı yuduq su ilə ki, biz insanıq,
3
Allah xoflu, iman xoflu, əli kitab "Quran" xoflu müsəlmanıq.
Bizim kimi
millət yox ki, bu dünyada, ağzımızın tikəsin
də,
Cibimizin
son qəpiyi, sikkəsin də saxlamışıq qonaq
üçün,
Dedik əsir-yesirlərə,
yazıqlara: "buyur, gəlin, başa keçin".
Özümüz
öz əlimizlə quyu qazdıq özümüzə,
sözümüzə,
Handan-hana
ayılanda ha döysək də dizimizə, üzümüzə,
Ox kamandan
çıxmışdı ta, özümüzü öz əlimiz
yıxmışdı ta,
Çörəyimi
yeyən düşmən xəncərini ürəyimə
soxmuşdu ta...
"Öz-özünə
eyləyənə el yığıla edə bilməz" məsəli
var,
Heyif, bizi gec ayıltdı bu məsəllər, bu hikmətlər,
bu kitablar.
Özümüzə
qayıtmaqçün yollar gəzdik illərlə biz, aylarla
biz,
Zülmətləri yara-yara, qova-qova axtarırdıq təmiz
bir iz.
Şükür
Tanrı dərgahına, şükür Haqqa, Qarabağım
- sinə dağım,
İndi-indi ayaq açır yeni dövrüm, yeni
çağım, ilk növrağım.
İndi
daha Günəş doğub - zülmətlərin
bağrın yaran yeni Günəş,
O Günəşin
şəfəqindən güc alaraq işıqlanır yeni
duyğu, yeni həvəs...
Bundan
sonra səni səndə ovudacaq o Günəşin hərarəti,
Saflaşdırıb duruldacaq hər arzunu, hər istəyi,
hər niyyəti.
Bundan
sonra Xarıbülbül pardaqlansın, çiçəkləsin
ürəyincə,
İsa bulaq hey çağlasın bundan sonra gərəyincə,
görəyincə.
Səni sənə
qaytardı o Haqqa bağlı ulu qüvvət, ulu qeyrət,
4
Bu qeyrətin qabağında diz çökübdü xəstə
"millət", cılız "dövlət".
Bu da bizə
bir dərs olsun, bir dərs oldu, gözüm nuru,
Qarabağım,
Bundan belə qoy başlasın arzu dolu, ümid dolu yeni
çağın.
Bəsdi
daha qucaq açdıq, çörək verdik bəşəriyyət
düşməninə,
Kökü-soyu
haydan gələn hayla gedər, lənət bunların cəminə...
İçimizdə
kök salmısdı, qan salmışdı illər boyu
düşmən əli,
Havadarlar əli ilə üstümüzə uzanırdı
tülkü dili, ilan dili.
Hər
biri də yerləşmişdi ürəyimin şah damarı
keçən yerdə,
Əlimizi, qolumuzu bağlamışdı Vətənimdə
və hər yerdə.
Doğurdular,
artırdılar tülkü kimi, siçan kimi qırx
gündən bir,
İçimizi, çölümüzü
qoxutmuşdu, iylətmişdi basmışdı kir.
"Bir az yana çəkil" decək haylaşaraq,
birləşərək hürürdülər,
Bizi bizdə ovsunlayıb aldan-altdan işlərini
görürdülər.
Üç
yüz ildir qanımıza qan qatdılar bilə-bilə,
görə-görə,
Üç yüz ildir başımızı
aldatdılar şirin vədələr verə-verə.
"Bilmədilər"
yalan ayaq tutar getməz, sona yetməz,
"Bilmədilər" təmiz torpaq hiylə ilə,
kələk ilə bar yetirməz.
Çörəyimə,
ürəyimə dönük çıxdı haqqa
dönük çıxan "millət",
Haqqa dönük çıxanlarda olmayıbdı nə
cəsarət, nə də qeyrət.
İndi
düşüb ayaq altda rəzil olub yalmanırlar o qapıda,
bu qapıda,
İndi daha üz döndərib şərəfsizdən
yaxını "düşmən sapı da".
5
Qarabağım!!!
Qarabağım!!! İftixarım, şərafətim, baş
tacımsan!!
Azadlığım, ucalığım, enməzliyim, əbədilik
amacımsan, əlacımsan.
Səndən
ötrü qan tökmüşük tarix boyu nəsil-nəsil,
fəsil-fəsil,
Səndən ötrü qan tökürük bu gün də
biz şəhid-şəhid, əsil-əsil.
Havan təmiz,
suyun təmiz, çörəyinin dadı təmiz, tamı təmiz,
Saf
ilqarın, təmiz duyğun, təbiətin füsunkar
ilhamın təmiz,
Onunçün
də tarix boyu göz dağısan
azğınlaşmış alçaqlara,
Onun-bunun bucağında, qucağında yallanan o
yaltaqlara.
Yaltaqlığın,
alçaqlığın həddi yoxdur, səddi yoxdur
yaranışdan,
Yaltaqlığın, alçaqlığın gətirdiyi
bəlalar da qoxuludur qarlı qışdan.
Ancaq
Haqqın haqq gücü də gec eyləyir güc eyləyir
el demişkən,
Bir
güc var ki, Haqdan gəlib, Haqqı deyir həm yenilməz, həm
döyüşkən:
Bu güc
bütün məzlumların, qaçqınların,
köçgünlərin haqqın tutan ulu türkdür,
Onun
sözü, onun gücü Tanrı qədər çox
ötkündür, çox böyükdür!
Bu
dünyaya düzən üçün göndərilmiş
enməz Tanrı ordusudur,
Ulu Türküm Haqq istəyən hər millətin ən
müqəddəs arzusudur.
Mən də türkəm, bu düzəndə mənim
də öz haqqım vardı, payım vardı.
Onunçün də Haqqa qənim olanların
gözü kordur, qəlbi dardır.
Qarabağım,
sən Haqq deyən bir millətin inadından doğulmusan,
Al bayraqlı, dan ulduzlu, nur hilallı bir səhərdən
var olmusan.
İndi
daha ruhun gülür, qəlbin gülür, gözün
gülür, üzün gülür,
6
Görüşünə əli güllü,
çiçək dolu dəstə-dəstə ellər gəlir,
illər gəlir.
Üç
yüz ildə görməmişdin sən bu qədər nə
cahcəlal, nə təntənə,
Alqış deyir Yer də, Göy də taleyinə
işıq saçan bu xoş günə.
Bu xoş
günə qovuşmaqçün üç yüz ildir yol gəlirdi
Azərbaycan
Bu xoş
günə qovuşmağı gözləyirdi Şah
İsmayıl - ulu xaqan...
***
Qarı
düşmən, papağını (varsa əgər) qoy
qabağa düşün bir az,
Yaltaqlıqla, alçaqlıqla nə bir dövlət, nə
bir ölkə qurmaq olmaz.
Yaxşı
deyib bəy babalar, xan babalar, hər sözü mərcan
babalar:
"Oğrudan ev quran olmaz ev sahibin girdən salar, vardan
salar".
Sən
Allahın qarğımışı, oğrubaşı,
"yazıq", "məzlum" quldurbaşı,
Hələ
bir az amanın var, ətəyindən
tök bu daşı, kəs savaşı,
Bir tikəyə
qul eyləyib oynadırlar səni əldə, "can"
deyirlər sənə dildə,
Onlar da
çox gözəl bilir boğulassan, batacaqsan daşan seldə...
Yüz
illərdir dadanmısan türk qanını içməyə
sən şərbət kimi,
Talamısan havadarlar əli ilə türk yurdunu sərvət
kimi.
Silkələyib oturdur o öz yerində Haqqa
dönük "millətləri", "ölkələri".
Baş kəsməklə,
qan tökməklə yaşayarsan beşcə günlük,
bir həftəlik,
Ondan sonra
bükəcəklər dizlərini olacaqsan əldə ənik...
Tarixlərdən
xəbərsizsən, çünki özün
soysuz-köksüz tarixsizsən,
7
Tarixlərə yamaq olan zatı, kökü bilinməyən
bir iblissən.
Qarı
düşmən, yüz ildən bir öz əlinlə öz
ölümünə qol çəkirsən,
Yüz ildən bir bəşəriyyət tarlasına
fitnə səpib qan əkirsən.
Ancaq yenə
abır hissi yoxdur səndə nə dünəndə, nə
bu gündə
Sən
çıxdığın, sən gəldiyin yerə kimi
qovacağıq səni, düşmən,
Tökdüyün qan dənizində boğacağıq
nəsilliklə səni həmən.
Bəlkə
onda bəşəriyyət xilas oldu sənin kimi şər
püskürən bir iblisdən...
***
Başı
uca olan Vətən, ucalardan ucadasan dünəninlə, bu
gününlə,
Bir azadlıq məktəbisən həm sağınla, həm
solunla - hər yönünlə.
Onsuz da
bir canda idik, indi də bir can olmuşuq - Qarabağlı,
Həm
Göyçəli, Zəngəzurlu, İrəvanlı,
Naxçıvanlı, Qardağlı...
Sənsiz
bizim bir anımız, bir günümüz
olmamışdır, ana Vətən,
Səndən belə bircə qor da aparanmaz min-min gələn,
min-min gedən.
Səndən ötrü, Məmməd Araz demiş belə
"biz hamımız ölə billik".
Səndən ötrü qəlbimizi, canımızı
qıyma-qıyma bölə billik.
Qarı
düşmən yaxşı görüb, yaxşı
görür qüdrətini, cürətini,
Yaxşı bilir canındakı, qanındakı heyrətini,
qeyrətini.
O heyrətdir,
o qeyrətdir səni daim uca tutan, ana Vətən!..
O heyrətdən,
o qeyrətdən doğulubdu sənin üçün şəhid
düşən!..
Hər
qayanda, hər daşında, çiçəyində,
gülündə də şəhid qanı,
8
Bu
dünyada "şəhid qanı tökülməyən
ölkə hanı, vətən hanı"
Vətən
şəhid qanı ilə yoğrulmuş bir torpaqdır ki,
yox qiyməti,
Bu qiymətin
qiymətidir mərd igidlər, şanlı oğullar qeyrəti
Azərbaycan,
sən analar anasısan, Qarabağ da balan sənin,
Öz balana qovuşsan da, bilirəm ki, qövr eyləyir
yaran sənin.
Zəngəzurun,
Göyçə gölün, İrəvanın... yol
gözləyir azadlıqçün,
Duyğuları oyatmalı, İlkininə
qayıtmalı, olmalısan vahid-bütün.
Buna sənin
cəsarətin, ləyaqətin, inamın da çatır, Vətən!
Bütöv
olsan, vahid olsan, çəkinəcək, susacaqdır yoldan
ötən...
Sən
dünyaya Xətailər, Nadirləri bağışlayan məmləkətsən,
Bütün
Şərqdə ilk azadlıq bayrağını qaldıran
da, axı, sənsən,
Cümhuriyyət
havasını sən daddırdın bütün Şərqə,
bütün Qərbə,
Ətalətə, mütiliyə, köləliyə sən
çalmısan ilkin qılınc, ilkin zərbə.
Bundan
sonra mürgü vurub Haqq yolunda ləngiməyə haqqın
yoxdur,
Ayaq üstə qalmaq üçün hər imkanın,
hər qüdrətin yetər... çoxdur.
Bayrağını
uca qaldır, ana Vətən, indi meydan, söz sənindir,
Sən
Tanrıdan yaranmısan Tanrı köklü bütün Turan
Vətənindir!..
Bütün
tarix sədlərini əbədilik qırmaq üçün,
enmək üçün,
"Vətəninin
sərhədinə, son həddinə, son səddinə
dönmək üçün,
Zaman
döyür qapımızı,
yaman
döyür qapımızı,
9
yaman
döyür qapımızı!!!".
25-29.10.2020
Xanəli Kərimli
Ədəbiyyat qəzeti.- 2020.- 7
noyabr.- S.14-15.