Zəngəzurun qubarıdı sönməyən -

Sağalmayan yaralara qurbanam!

 

Azərbaycan Respublikasının Prezidenti,

müzəffər  Ali Baş Komandan  İlham Əliyevə

 

Ermənilər hardan qardaş-bacıdı?

Üz verirəm, ürəyimi acıdır,

Türk qapazı - qafasının tacıdı,

Qalib Ordum əmrinizi gözləyir,

Baş Komandan, yumruğunu endirmə!

 

Yol verirsən, yolun mənimdir deyir,

Türk oğluna nifrət - dinimdir, deyir,

Zəncirindən açılıbdı, ipi əlində deyil,

Baş Komandan, yumruğunu endirmə!

 

Erməninin satqın halı - qaydadı,

İtin yalı kəsilibdi, haydadı,

Paşinyan da sənin qolun boydadı,

Baş Komandan, yumruğunu endirmə!

 

Kim çıxarar Xocalını yadından,

Danışıram anaların adından,

Yumruqların ürəyimdi, sıxılıb,

Mətanətin aman vermir, yıxılıb,

Saxla onu təpiyinin altında -

Baş Komandan, yumruğunu endirmə!

 

26 oktyabr 2020-ci il

 

Azərbaycanın

Milli Qəhrəmanı,

polkovnik Şükür Həmidova

 

Qubadlının Nəbi qeyrətli oğlu,

Bu torpaqda qəhrəmanlar doğulur,

Payız gəlib, daş armudlar sovulur,

Qarabağın açarları bizdədi -

Gözüm yurdda, oralara qurbanam!

 

Yaraların həsrətimin boyudur,

Xain güllə nər igidi uyudur,

Pir daşından əsən yellər soyudur,

Zəngəzurun qubarıdı sönməyən -

Sağalmayan yaralara qurbanam!

 

Əcəl kimi üzü bozdu bu yollar,

Sən balama sarılmışdı bu qollar,

Alyanlının igidləri yanında -

erməninin gözlərini oyarlar,

Şəhid olan balalara qurbanam!

 

Göy üzünün yağışları sarmadı,

Aynalıdan səpələnən qırmadı,

O erməni köpəkoğlu, o satqın

Qabağında tab gətirib durmadı.

Turan yolu Qubadlıdan keçəcək -

Dünya bilir haralara qurbanam!

 

Tac qoymusan Qubadlının başına,

Ruhun bayraq Ziyarətin daşına,

Sən Qələbə xəbəriylə gəlirsən,

Komandirdən əmr gəlib qoşuna -

Şükür adlı qalalara qurbanam!

 

Mən qaçqın deyiləm!

 

Bu sözləri Zəngilan qaçqını dedi

 

Qulağıma Həkərinin,

                        Bərgüşadın səsi gəlir,

Ürəyimi soyutmağa Ziyarətin sisi gəlir,

Mənim qapım xoş günlərə açılıbdır,

Erməninin qapısına leşi gəlir.

 

Bu şərəfsiz, satqın insan

                        qapımızın qulu idi,

Tövlələri süpürərdi,

                        boz eşşəyin çulu idi,

Qorxaqların ömür payı

                        - qəbristanlıq yolu idi,

Xam xəyaldır qarşısında

                        yenə diz çökəm, əyiləm,

Ay camaat, eşidin, bilin,

                       mən daha qaçqın deyiləm!

 

Həkərinin zümzüməsi

                        alçaqları məst etdi,

Çörək verdim, torpaq verdim,

                        dönüb mənə qəsd etdi,

Çox uyudum yalanlarda,

                        Qarabağım əldən getdi,

Erməniyə inanmaram,

                        min dəfə tövbə deyirəm,

Ay camaat, eşidin, bilin,

                        mən daha qaçqın deyiləm!

 

Mir Sədinin duasıyla

                        başlamışıq bu davaya,

Qara duman çəkilibdir,

                        leyləklər dönsün yuvaya,

Mən qayıtdım Qubadlıya,

                        müjdə verin el-obaya,

Vətənindən didərgin,

                        dili qısa, çaşqın deyiləm,

Ay camaat, eşidin, bilin,

                        mən daha qaçqın deyiləm!

 

25 oktyabr 2020-ci il

 

Mahirə Abdulla

 

Ədəbiyyat qəzeti.- 2020.- 7 noyabr.- S.27.