Qalib ölkənin vətəndaşı
olmaq
Müharibə bitdi! 44 gün davam edən Vətən müharibəmizdə Qələbə
qazandıq. Ali Baş
Komandanımızın bu
günlərdəki hər
müsahibə və çıxışında xüsusilə
vurğuladığı bir
məsələ vardı:
torpaqlarımız uğrunda
silahlarımız yox,
əsgərlərimiz vuruşur,
düşmən üzərində
qələbəyə əsgərlərin
döyüş əzmi
sayəsində nail oluruq.
Bu müharibədə ən böyük qalib Azərbaycan əsgəridir. O bizim inamımızı, özgüvənimizi,
sayğımızı özümüzə
qaytardı. Hər qarış torpağımız
işğaldan azad olunduqca inamımız qətrə-qətrə geri
döndü, qandallanmış
duyğularımız, qəfəsə
həbs olunmuş sevincimiz, qürurumuz azad oldu. "Əməliyyat 44 günə bitdi, amma əmin olun ki, 44 il
danışılacaq!" - Türkiyənin Müdafiə
Naziri Hulusi Akar qələbəmiz münasibətilə düzənlənən
tədbirdə belə
dedi. O şəraitlərdə
həmin şücaətləri
göstərmək üçün
şir ürəyi yemiş olmalısan. Bu uca qalibiyyət üçün sənə
borcluyuq, Azərbaycan əsgəri! Sən bizə qalib ölkənin vətəndaşı
olmaq qürurunu yaşatdın! Bayrağımızı
yenidən Xudafərin
körpüsü üzərində
ucaltdın! Sən bizə Şuşada 28 il sonra
səslənən ilk azanın
həyəcanını hiss etdirdin! Doğma torpaqlarımızı kəndbəkənd,
şəhərbəşəhər işğaldan azad etdikcə sevinc göz yaşlarımıza
səbəb oldun!..
Bu günlərdə terrorçu
Ermənistanın dinc
əhaliyə qarşı
törətdiyi terror əməllərini
də, bütün müharibə ərzində
təmkin nümayiş
etdirən şəhid
valideynlərini, övladlarını
və yaxınlarını
da unutmuruq. Acınız acımızdır. Torpaqlarımızın
hər qarışının
canlar və qanlar bahasına geri alındığını
bir an belə
unutmayacaq, həlak olanları ömrümüz
boyunca sevgi və sayğıyla anacağıq. Q.Fixte vətənpərvərlik anlayışını ətraflı
şərh edərkən
vətən sevgisini insanın əbədi həyat arzusu və inamı ilə bağlayır.
Başqa
sözlə, əbədiyyətə
inanmayan vətəni sidq ürəklə sevə bilməz. Nahaq deməyiblər ki, vətəni sevmək imandandır. İgid oğullarımız
torpaq uğrunda döyüşə yollanarkən
"Təki Vətən
yaşasın!" deyə,
ölümü gözə
alaraq ölümsüzlük
qazandılar - Vətən
həm də burada dolaşan şəhid ruhlarının
mədfənidir.
5 il əvvəl
Qismət Rüstəmovun
"Elegiya" hekayəsi
haqqında essemi
"Ana deyil, övladdır
Vətən" adlandırmışdım:
"Bəlkə, əslində,
vətəni anamız
kimi deyil, balamız kimi sevməliyik. Bəlkə, onda daha çox lazım bilərdik Vətənin qayğısına qalmağı,
təəssübünü çəkməyi" - yazmışdım.
Bu günün gerçəkliyi isə Vətəni bizim hər kəsimizə, hər şeyimizə çevirib. Bu gün bütün Azərbaycan Qarabağ, bütün azərbaycanlılar
qarabağlılardır. Qarabağlı olan və olmayan hər kəs üçün indi Qarabağ - Vətən deməkdir, azadlıq düşüncəsidir,
ideologiyadır.
Gözümüzü açandan eşitmişik
ki, şovinist ermənilər hətta körpələrinə belə,
türk düşmənliyini
təlqin edirlər, onlara özlərindən olmayan hər kəsə qarşı nifrət aşılayırlar. Bizim milləti
isə həmişə
bağışlayan, barış
mövqeyi tutan görmüşük. Onların öz
övladlarına aşıladığı
özlərindən olmayana
nifrət hissi olubsa, biz öz övladlarımıza özümüzün
olana sevgini aşılamışıq. Sevgi nifrətdən güclüdür.
Bu gün torpaqlarımızı
mənfur ermənin işğalından azad edən əsgər Vətənə sevgisindən
bu qədər əzmli, bu qədər qorxmazdır və bunlar əsla pafos deyil. Sevgi nifrətdən güclü
olmasaydı, o, əsgərimizin
qolunda qüvvətə,
canında təpərə
çevrilə bilməzdi.
Nifrət sevgidən güclü
olsaydı, erməni əsgəri silahını
bu vaxta kimi "bizimdir" deyə, ikiəlli yapışdığı torpaqlarda
atıb getməzdi.
Türkə nifrət torpaq
uğrunda son damla qanına kimi döyüşməkçün yetərli deyil. Yurda sevgi isə insana, gərəkirsə,
son nəfəsinədək onun uğrunda döyüşmək üçün
ruh verir.
44 gün sürən
Vətən müharibəmizdə
ön cəbhədə
əsgər və zabitlərimiz, arxa cəbhədə bütün
vətəndaşlarımız mübarizəyə qoşuldu. Hər cür
pafossuz, sözün, səsin, rənglərin belə, döyüşdüyü
bu müharibə milli birliyimizin bariz nümunəsi oldu. Müharibə boyunca üçrəngli
bayrağımızın timsalında
rənglərimiz də
mübarizəyə qatıldı.
Bu gün ölkəmizin
bütün küçə
və meydanlarının,
rəsmi və qeyri-rəsmi qurumlarının
qarşısında, prospektlərdə
şütüyən nəqliyyat
vasitələri üzərində
dalğalanan bayraq ürəyimizi dağa döndərən qürur
yerimizdir.
Müharibə boyunca səslər də döyüşdü,
musiqi tərcihlərimiz
də dəyişdi. Televiziya və
radio efirlərimizdə Vətəni
vəsf etməyən,
döyüşə çağırmayan,
əsgərimizi övməyən
mahnılar səslənmədi;
səslənsəydi, yersiz,
zamansız olardı.
O cümlədən söz də silahdır bu gün. Əsgərlərimizin səngərdə tarix yazdığı bir zamanda hisslərin aşıb-daşsa da, ürəyin köksünə
sığmasa da, nəsə yazmaq çətindir; lakin susmaq, bitərəf qalmaq, mövqe bildirməmək bizdən
olmamaq deməkdir.
Bu günlərdə, ölkəmizin, demək olar, bütün mətbuat orqanlarının
əsas mövzusu haqq savaşımız oldu. Hazırda "Xalq yumruq
kimi birləşməlidir"
ifadəsi həmişəkindən
daha artıq realdır. Bu günlərdə Azərbaycan
xalqı sözü, səsi, əzmi ilə mənfur erməninin başına endirilən qəzəb yumruğu oldu.
Səngərdə düşmənlə üz-üzə qalan əsgər qardaşlarımızın,
torpaq uğruna canını fəda edərək ali mərtəbəyə ucalmış
şəhid vətən
övladlarının haqqı
ödənilməz. Bu torpaqların geri dönməsinə lap başdan
bunca böyük inamımız rəşadətli
Milli ordumuzun qüdrətinə, cənab
Ali Baş Komandanın
siyasi səbatına, ölkəmizə hər cür dəstək olmaqla düşmənlərimizi
düşməni bilən
dostlarımıza və
adı tarixə böyük hərflərlə
həkk olunmalı olan Azərbaycan xalqının gücünə
inamdan qaynaqlanırdı.
Müharibə bitdi. 44 gün davam edən Vətən müharibəmizdə
Qələbə qazandıq.
Qalib ölkənin vətəndaşı
olmağın bizə
hansı itkilər bahasına başa gəldiyini isə heç zaman unutmamalıyıq. Mən bu
qısa müddətli
olsa da, bizə tarixi yenidən yazdıran müharibə günlərinin
bizi bir çox münasibətlərə
yenidən baxmağa sövq edəcəyinə
inanmaq istəyirəm.
İnanmaq istəyirəm
ki, tarixin acı səhifələrinin
təkrarlanmaması üçün
bir şeyi unutmayacağıq: Biz bu döyüşü qazandıq,
haqq savaşımız
isə davam edir...
Mətanət VAHİD
Ədəbiyyat qəzeti.- 2020.- 14 noyabr.- S.11.