Qırx dörd günə
Şanlı Azərbaycan
Ordusu
qırx
dörd
günə Qarabağı düşmənlərdən azad etdi.
İyirminci ildir bu il, on noyabr...
İşğal altda qaldığımız
son noyabr.
Şah noyabr, bəy
noyabr, xan noyabr,
Millətimiz tarix yazdı
qırx dörd günə!
Yağılara bu da azdı
qırx dörd günə!
Mələklərin qanadını qanatdılar,
Haqdan çıxıb nahaq yola can atdılar,
Dünənəcən mifə uymuş fanatdılar,
Haqq yolunu Allah açdı qırx dörd günə,
Keşiş xaçı atıb qaçdı qırx dörd günə.
Muradıma axır çatdım, dünya gördü,
Dağ başında tonqal çatdım, dünya gördü,
Papağımı göyə atdım, dünya gördü,
Çoxu ulduz kirələdi
qırx dörd günə,
Xam gözləri bərələdi qırx
dörd günə.
Bayraq tutdum, bayrağımın
sapı özüm,
Qapı-qapı niyə gəzim? Qapı özüm,
Qələm özüm, sənəd özüm, tapu özüm,
Baş Komandan imza atdı qırx dörd günə,
Qələbəyə üç rəng qatdı qırx dörd günə.
Cığır açdıq şəhidlərin qanı
ilə,
Qürrələndik qazilərin sanı ilə,
Addım-addım, qarış-qarış,
Tanrı ilə,
Qırx dörd illik bir yol
keçdik qırx dörd günə,
Oğul kimi zor
yol keçdik qırx dörd günə.
Döşəyirdi Bayraqdarın PUAları,
Fal açırdı mərmilərin şüaları,
Anaların, bacıların duaları,
duz, üzərlik can verirdi qırx dörd günə,
Böyük-kiçik qan verirdi
qırx dörd günə.
Ərdoğanla İlhamımız bir oldular,
Şirdən doğub törəyənlər şir
oldular,
Xəzər, Egey, Dəclə,
Fərat, Kür oldular,
Birlikdə əl qoydu
onlar qırx dörd günə,
Qızıl heykəl qoydu onlar qırx
dörd günə.
Öyünürdün, "Bəs nə oldu, Paşinyan?
hey!"
Qənşərində buza dönüb
aşın, yan, hey!
Kürkünə ac birə düşüb, qaşın,
yan, hey!
Soyadını get dəyişdir qırx dörd günə!
Adın ağır bir söyüşdür qırx
dörd günə.
Qırx dörd günün hər saatı, anı nida.
"Azərbaycandır Qarabağ!"
sonu nida.
Balıqlar da düppələndüz
üzdü suda,
Qırx dörd misram səs-sədadır
qırx dörd günə,
Əjdər Ol da bir
nidadır qırx dörd günə.
12 noyabr 2020
Əjdər OL
Ədəbiyyat
qəzeti.- 2020.- 14 noyabr.-S.11.