Erməni xisləti 

 

Yazıçı Əli İldırımoğlunun nəsrində

 

İkimininci illərdə Azərbaycan nəsrinə yeni bir romançı gəldi. Bu romançı yaşına görə cavan deyildi. O, ilk romanını yaşı yetmişə çatanda qələmə aldı. Lakin bu vaxta qədər mükəmməl həyat təcrübəsi əldə etmişdi, öz hekayələri publisistik yazıları ilə Azərbaycanda kifayət qədər tanınmış şöhrət qazanmışdı. Azərbaycanı qarş-qarış gəzən, insanların həyat tərzi, xasiyyət davranışları ilə yaxından tanış olan bu yazıçı əsl həyat adamı idi. O, müəllim kimi fəaliyyətə başlamışdı, jurnalist kimi qırx il öz istedadını nümayiş etdirmişdi. Yazıçı kimi - romanlar müəllifi kimi hələ tanınmırdı. Amma bir romanından sonra onu tanıdılar, xalq mənəviyyatı folklorla ilə bağlılığını, dil üslubunun sadəliyini, yalnız reallığa, gerçək həyat hadisələrinə üz tutduğunu sezdilər. Oxucuların, ədəbi ictimaiyyətin yekdil rəyi bu oldu ki, onun özünəməxsus yazıçı üslubu, fərdiyyəti var.

Tanınmış yazıçı-publisist Əli İldırımoğlunun 12 cilddən ibarətSeçilmiş  əsərlər”i işıq üzü görüb – Dialoq.info

Əli İlrımoğlunun nəsrində ermənilik barədə bir çox fikirlər, mülahizələr var ki, o, bütün bunları əhvalatlar, hadisələr söhbətlər əsasında nəzərə çarpdırır. Onun yaxın keçmişin real həqiqələri silsiləsindən "Erməni xisləti" adlı bir yazıya da müraciət edək. Bu yazının janrı olmuş bir hadisə əsasında qələmə alınan hekayədir.

Müəllif yazır ki, neçə il bundan önxə, bir payız çağı maşınla Şuşaya gedirdik. Şuşanın dolaylarında qoyun sürüləri ilə rastlaşdıq, Aşağı sürətlə gedən maşınımız sürünü yarıb irəliləmək üçün aramsız siqnal verdi, amma Qarakərə qoyun gözlənilmədən özünü maşının qabaq fənərlərinə çırpdı, yıxıldı tez qalxıö sürüyə qarışdı. Tez maşını saxladıq. Yolumuza davam etmək istəyəndə üz-gözünü tük basmış, hündürboylu, cantaraq bir çoban çıxdı, əlində dəyənək qabağımızı kəsdi, qışqıra-qışqıra dedi ki, ara, permanın qoyununa vurub hara qaçırsınız. Rəis maşından endi. "Bağışlayın, a kirvə, adınız nədir?" Erməni Aşot Manukyanla maşındakıların söhbəti uzun çəkir. O, hədə-qorxu gəlir, inadından dönmür, onların qabağından çəkilmir, hətta zədələnmiş qoyunun əvəzinə puldan da imtina edir. Bax, ğu səhnə ermənilərin müsəlmanlara qarşı necə kinli olduqlarını, bir fürsət düşərsə, necə canavara çevrildiklərini sübut edir.

Amma hekayə hələ bitmir. Maşının sürücüsü Rəşid rəisindən icazə alır ki, qoy bu məsələni mən həll edim. "Rəhid hücum çəkdi erməninin üstünə:

- Ə, vicdansız oğlu, vicdansız. Bayaqdan bu kişilər abrına qısılıb, sənə baş qoşmaq istəmirlər, sən həyasızlığına salıb, bizi girinc eləmisən, qoymursan sakitcə yolumuzla gedək, bun ə həyasızlıqdv eləyirsən?! Rəis sürücüyə tapşırdı ki, çoban adamdı, onnan işin olmasın. Həmişə özündən böyüyün qarşısında "bəli, baş üstə"dən başqa kəlmə işlətməyən sürücü bu dəfə rəisi eşitmədi. Əlində maşından götürdüyü yarım metrlik dəmirlə Aşotu yaxalamaq istəyəndə, erməni arada heç bir şey olmayıbmış kimi, şaqqanaq çəkib güldü yüz ilin dostu, qardaşı kimi sürücünün boynuna sarıldı:

- Va! Ara! Məshəb haqqı, zarapat eləyirəm . Mənim sürümün hamısı sizə qurbandı. A kibrə, mən burda dedim ki, kepinizə dəydi ki, mənim bir səpim olub, onda gərək günahıma bağışlayasınız"

Çox ibrətli bir hekayədir, erməniliyin əsl üzünü açır, maskasını yırtır. Fürsət məqamı gələndə vəhşi heyvana dönən erməni, güc, qüvvət görənqdə necə miskinləşir. Tarix boyu belə olub...

Tarixi əsərlərdə erməni-müsəlman davasını əks etdirən, günü, ayı, ili ilə düzümlənən mənbələr, sənədlərin dili ilə söz açan materiallarla üzləşirik. Lakin bədii publisistik əsərlərdə bu mövzu tarixi əsərlərdən fərqlidir. Belə ki, müəllif tarixdə baş vermiş hadisələri qətiyyən təhrif eləmir, lakin bu əsərlərdə canlı obrazlar, həyat həqiqətlərinin bədii təcəssümü diqqəti cəlb edir. Qarabağ müharibəsini əks etdirən romanlar sırasında Sabir Əhmədlinin "Axirət sevdası", Hüseynbala Mirələmovun "Dağlarda atılan güllə", Aqil Abbasın "Dolu" romanlarının adlarını çəkmək olar.

Əli İldırımoğlunun romanlarında da bu mövzu əhəmiyyətli yer tutur. "Mənim rəncbər atam" romanında İldırım kişi deyir ki: "Radiolar bar-bar bağırır ki: "Qardaş olub Hayıstanla-Azərbaycan", sənsə köhnə havaları çalırsan. Onsuz da atam bilirdi ki, erməni hansı yuvanın quşudur. Xalq arasında nahaq deməyiblər ki, ermənini qapında gör. Elə ki, işi düşdü, qapına gəldi, yağlı dilini işə salıb kəlməbaşı-kirvə, kirvə-deyəcək. Əlinə fürsət düşəndə əqrəb kimi quyruğunu qaldıracaq. Atam bunları içi kimi bilirdi. Ancaq bildirməyin zəmanəsi deyildi". Yenə həmin romanda Sədətqulu kişi yaşadığı əsrin əvvəllərində ermənilərin Qubadlı camaatının başına gətirdiyi müsibətləri xatırlayır Köhnə Balahəsənli kəndindən qalxan alovun tüstüsü onun da gözlərini yaşartmışdı, burda ermənilərin törətdiyi vəhşiliklərin şahidi olmuşdu. Qətlə yetirilən, işgəncələrə məruz qalan insanların fəryadı Sədətqulunun qulağından getməmişdi.

Yenə həmin romanda erməni vəhşiliklərinin şahidi olursan. "Behbud kişi bir səhər Azərbaycan-Ermənistan sərhəddinin qovuşduğu Aynaqlı dərəsinə odun yığmağa gedir. Əliquluuşağı ilə kövşən-kövşənə olan Xınzirək kəndindən dörd nəfər erməni qulduru Behbud kişini kənardan görüb, tez onu dövrəyə alırlar. Behbud kişi işin yerdə olduğunu başa düşüb qasmaq istəyir. Lakin ona aman vermirlər.

- A kirvə, sizə neyləmişəm?! Öz meşəmizdən odun yığıram. Yalvarıram sizə, buraxın gedim. Mənnən işiniz olmasın, balalarım var.

- Ara, turka buraxmaq olar?! Səni doğrayıb bizim ac köpəklərə atacam,- ermənilər bunu deyib onun başına ip salıb sürüyürlər.

Behbud kişi yalvarıb yaxarır ki, öldürürsünüz, elə burda öldürünq! Qoy qanım öz torpağımıza tökülsün...

Ermənilər insafa gəlmirlər. Onu amansızcasına döyə-döyə Xınzirək kəndinə aparırlar. Bunu eşidib bilən kənd adamlarının sevinci yerə-göyə sığmır. Çünki bir türk ələ keçmişdi. Uşaqlı-böyüklü hamı onun edam mərasiminə axışır. Kəndin kənarında Behbud kişini əl-qolu bağlı ağaca sarıyırlar. qpnıq itləri üstünə buraxırlar".

Başqa bir misal: "Bir dəfə şər qarışanda erməni namərdləri torlu-tüfəngli Əliquluuşağı kəndinə hücuma keçəndə ayağı yer tutan ev-eşiyini atıb üz qoyur qaçmağa. İllərlə yel xəstəliyindən əziyyət çəkən kimsəsiz bir qarı yorğan-döşəkdən qalxa bilmir. Ermənilər onu dörddirəkli damın altında, xəstə vəziyyətdə yaxalayırlar. Xəstəhal qarıya olmazın işgəncələr verirlər"

Əli İldırımoğlunun digər romanlarında da ermənilərin törətdikləri vəhşiliklər haqqında belə ürək sarsıdan səhnələr çoxdur. Müəllifin dünyaya gəldiyi kənd Ermənistanla həmsərhəd idi Əli İldırımoğlu öz rəncbər atasından, o kəndin qocaman sakinlərindən bu vəhşiliklər barədə xeyli bilgiləri vardı.

Bu yazıda Əli İldırımoğlunun erməni xislətindən söz açan digər romanlarından da söz aça bilərik. Amma, zənnimizcə, bu qədər yetər.

 

Vaqif YUSİFLİ

 

Ədəbiyyat qəzeti.- 2020.- 14 noyabr.- S.20.