ŞUŞAM MƏNİM

 

 

Sinəsi qabarıq,

nağıllardan gəlmiş

pəhləvandır

Şuşam mənim;

Mərdliklə, gözəlliklə

qoşam mənim.

Könüllərdə

neçə-neçə mahnıların

zümzüməsi,

sözü qalıb,

Sənin doğma torpağında

neçələrin gözü qalıb.

Vətən adlı doğma yurddan

püşk olarmı?!

Pay olarmı?!

Yüz bir şəhər adı çəkim,

Gözəllikdə,

biri sənə tay olarmı?!

 

Avqust, 1980

Rəsul RZA

 

Ədəbiyyat qəzeti.-2020.-14 noyabr.-S.21