Cənab General
General-mayor Polad Həşimova ithaf
Xanım İsmayılqızı
Təkcə Vətən
üçün çırpındı
hər an
Köksünün altında o böyük ürək.
Polad kimi möhkəm iradən ilə
Öz ölkəni sevdin son qanınadək.
Əsgər şərəfinlə
ömür yaşadın,
Əfsanəyə dönən müqəddəs
Adam.
Öncə Vətən,
torpaq, haqq və sədaqət -
Belə yaratmışdı səni
Yaradan.
Qalxıbdır ayağa
bütün Oğullar,
Əsgərlər də hücum əmrinə hazır.
Elə bir iz qoydun özündən
sonra,
Hər bir kəs adını
ömrünə yazır.
Sən bir Türk oğlusan, Azərbaycanın
Əzmini tarixə adınla yazdın.
Cəbhədə, səngərdə
haqqın səsini
Dünyaya ruhunla, odunla yazdın.
Həm ata, həm ana, həm
qardaş, həm dost,
Həm də övlad idi sənə bu torpaq.
Döyüş meydanında
son nəfəsədək
Üsyanın, harayın oldu - Qarabağ.
Sevdiyin torpağın
qucağındasan,
Güllələr altından mərdliklə
keçdin.
Canında bayrağın,
nəfəsdə Vətən,
Yurdu ucaltmaqçün ölümü
seçdin.
Əllərdədir silah, ruhun bizimlə,
Düşmən bayrağını endirəcəyik.
Qələbə müjdəli
xoş xəbərləri
Sənə də hədiyyə göndərəcəyik.
Sən əsl Oğulsan, unudulmazsan,
Belə cəsurlardır qürur yerimiz.
Qəhrəmanlar ölmür,
məkan dəyişir,
Səni yaşadacaq bizim sevgimiz.
Qoy dünya eşitsin, Polad gücündə
Ürəklilər qurban olmağa hazır.
Vətənin Poladtək
oğulları var,
Hər qarış torpağı
almağa hazır.
Bizim fəxrimizsən,
Cənab General,
Mərdlik, vətəndaşlıq, yurd
yolu oldun.
Elə zirvədəsən,
elə yerdəsən,
Bütün anaların öz Oğlu oldun.
Geri dön
Kimi tüfəng, kimi ürək, kimi hirslə döyüşdədir,
Əsirlikdə olan torpaq əsgəriylə görüşdədir,
Ədalətin qələbəsi,
zəfərləri yürüşdədir,
Vətən oğlu, igid əsgər, torpaqları
al geri dön.
Bu millətin,
bu Vətənin Qəhrəmanı ol, geri dön.
Ölkəmiz ayaq üstədi, ürəklər
yurdla döyünür,
Kiçikdən böyüyə
kimi döyüş ruhunu geyinir,
Elə bir ordumuz var ki,
xalq öz oğluyla öyünür,
Vətən oğlu, igid əsgər, qələbələr
çal geri dön.
Bu millətin,
bu Vətənin Qəhrəmanı ol, geri dön.
Yumruq kimi sıxılaraq bir nöqtəyə vurduq artıq,
Düşmənlərin belini də bu hücumla
qırdıq artıq,
Yurdumuza xor baxanın bağrını
da yardıq artıq,
Vətən oğlu, igid əsgər, yurduna iz sal geri
dön.
Bu millətin,
bu Vətənin Qəhrəmanı ol, gerı dön.
İndi bu Ulu diyarın böyük imtahan günüdür,
Haqsızlığın körpüsünü,
sədləri yıxan
günüdür,
Qılıncların da qınından sıyrılıb
çıxan günüdür,
Vətən oğlu, igid əsgər, bu tarixdə qal geri dön.
Bu millətin,
bu Vətənin Qəhrəmanı ol, geri dön.
Bu həyəcan,
bu yüksəliş damarlarda qan deməkdir,
Hər bir qarış torpağımız
canımızda can deməkdır,
Bu üsyanın özü, odu can Azərbaycan deməkdir,
Vətən oğlu, igid əsgər, sənə yaxşı yol, geri dön.
Bu millətin,
bu Vətənin Qəhrəmanı ol, geri dön.
Kimi tüfəng, kimi ürək, kimi hisslə döyüşdədir,
Əsirlikdə olan torpaq azadlıqla görüşdədir,
Ədalətin qələbəsi,
zəfərləri yürüşdədir,
Vətən oğlu, igid əsgər, torpaqları
al geri dön.
Bu millətin,
bu Vətənin Qəhrəmanı ol, geri dön.
Yaşasın Azərbaycan
Köksümüzün altında
bir Vətən daşıyırıq,
Qalibiyyət qazanıb
qürurla yaşayırıq,
İndi artıq
hamımız Vətənə
oxşayırıq,
Azərbaycan yaşayır!!!
Yaşasın Azərbaycan!!!
Bu millət cəsurların hünərindən
ruhlanır,
Atdıqları addımla
zirvələrə yollanır,
Uğurları tükənməz
qələbədə canlanır,
Azərbaycan yaşayır!!!
Yaşasın Azərbaycan!!!
Öz qızı,
öz oğluyla Azərbaycan öyünür,
Qəhrəman İnsanları
döyüş ruhu geyinir,
Bu xalqın ürəyində Azərbaycan
döyünür,
Azərbaycan yaşayır!!!
Yaşasın Azərbaycan!!!
Yurdumuz öz xilaskar Oğluna arxalandı,
Bayrağımız hər qarış torpaqda dalğalandı,
Hər Vətən
övladının nəfəsində,
canında,
Azərbaycan yaşayır!!!
Yaşasın Azərbaycan!!!
Yaşamaq nə çətinmiş qəfəslərin
içində,
Qarabağ nəfəs
alır nəfəslərin
içində,
Biz qalibik - hayqıran gur səslərin içində,
Azərbaycan yaşayır!!!
Yaşasın Azərbaycan!!!
Uğrunda qan tökülən torpaq gözləri üstə,
Ürəklər, canlar, ruhlar durub sözləri
üstə,
Yenə dua edilir qalib dizləri
üstə,
Azərbaycan yaşayır!!!
Yaşasın Azərbaycan!!!
Şəhidlərin ruhunun şad olan məqamıdır,
Hər damla qanı belə torpağa salamıdır,
Yurdumuz qəhrəmanlar,
igidlər məkanıdır,
Azərbaycan yaşayır!!!
Yaşasın Azərbaycan!!!
Həsrəti, ayrılığı
öz haqqıyla pozur O,
Dönə-dönə qələbə
müjdəsinə hazır
O,
Tarixinin möhtəşəm
tarixini yazır O,
Azərbaycan yaşayır!!!
Yaşasın Azərbaycan!!!
Türkiyə, Azərbaycan
Yumruq kimi birləşib, eyni hədəfə vurub,
Eşq ilə,
məhəbbətlə ucalan
məbəd qurub,
Çiyin-çiyinə verib yenə də məğrur durub,
Bir ananın övladı - Azərbaycan, Türkiyə.
Qartalın cüt qanadı - Türkiyə, Azərbaycan.
Ən çətin
zamanlarda bir-birinə
dost, yoldaş,
Siyasət meydanında
əqidəbir vətəndaş,
Böyükdən kiçiyədək
hər bir mənada sirdaş,
Dili bir, amalı bir - Azərbaycan, Türkiyə.
İkisi bir ürəkdir - Türkiyə, Azərbaycan.
Elə bir qüvvədir ki, addımında fəxarət,
Bu birliyin gücündə birləşibdi
həqiqət,
Kökündə sədaqət
var, canındadı ədalət,
Bir millət, iki dövlət - Azərbaycan,
Türkiyə.
Bu birlikdədir
qüdrət - Türkiyə,
Azərbaycan.
Ordusu var, gücü var, səsi xalqın səsidir,
Bir-birini sevməsi
ən böyük qüvvəsidir,
Həm möhür, həm and yeri tək bircə
kəlməsidir.
Dostluğu sarsılmayan - Azərbaycan,
Türkiyə.
İki bədəndə
bir can - Türkiyə,
Azərbaycan.
Bu dostluq yenə böyük sınağa sinə gərdi,
Qardaşlığın əbədi
olduğunu göstərdi,
Əsrlərlə bir olmaq, doğma
olmaq hünərdi.
Qana köç edən yaddaş - Azərbaycan, Türkiyə.
Bir ruhda iki qardaş
- Türkiyə, Azərbaycan.
Şuşa
Dağlar dumanı
öpür,
Vaxtı, zamanı
öpür,
Şuşa eşqin
beşiyi,
Sevgi duanı öpür.
Gözlər yollara baxır,
Göylər hallara baxır,
Şuşa ürəyə
düşüb,
Ordan Allaha baxır.
Səsi, nəfəsi
gözəl,
Ovsun qəfəsi gözəl,
Şuşa tarixə
köçüb,
Hər bir töhfəsi gözəl.
Ömrü yaddaşdan
keçir,
Bəxti savaşdan
keçir,
Şuşa müqəddəs
ocaq,
Addımlar daşdan keçir.
Dağlar ümmana
qalmaz,
Arzu gümana qalmaz,
Şuşa, sabahın
xeyir,
Yaxşı yamana qalmaz.
Görüş zamana qalmaz.
Bayraq
Tək bayraq dalğalanır,
Dayanıbdı yüksəkdə.
Təkbaşına dolanır
Ətrafında külək də.
Zirvənin bəzəyidir
Bu bayrağın üç rəngi.
Möhtəşəmlik rəmzidir
Bu qürurlu ahəngi.
Yaşılında dirilik,
Qırmızısında qan var.
Göyündə göylər qədər
Böyük bir asiman var.
O, böyük bir millətin
Azadlıq nəfəsidir.
Sancıldığı hər zirvə,
Öz xalqının səsidir.
Baş qoyub, and içməyə,
O, "Quran"a
tən gəlir.
Tək bayrağın
ardınca
Bu Ana Vətən
gəlir.
Ədəbiyyat qəzeti.- 2020.- 21 noyabr.- S.8.