Xalq yazıçısı Elçinin iki kitabı Almaniyada nəşr olunub
Alman oxucuları Xalq yazıçısı Elçinin
əsərləri ilə
yaxından tanışdırlar. Onun
“Mahmud və Məryəm”,
“Ağ dəvə”, “Ölüm hökmü”,
“Baş” romanı Almaniyada bir neçə dəfə nəşr edilib. Eləcə də Xalq yazıçısının
hekayələri və
povestləri toplanmış
kitabları ölkənin
müxtəlif nəşriyyatlarında
işıq üzü
görüb. Elçinin seçilmiş
pyeslərindən ibarət
kitabı da alman oxucularına təqdim edilib. Onun dramaturgiyası nəsr əsərləri ilə birlikdə, görkəmli
ədibin yaradıcılığı
haqqında alman oxucularında dolğun təsəvvür yaradıb.
Bu günlərdə
nüfuzlu “Epubil” və “Pem” nəşriyyatları
Elçinin hekayələrindən
ibarət daha iki kitabını nəfis şəkildə
nəşr edib. “Sarı gəlin” adlı kitaba müəllifin eyniadlı
hekayəsi ilə bərabər, bir sıra məşhur əsərləri, “Missiya”
adlı kitaba isə onun son illərdə yazdığı
hekayələr toplanıb.
Kitablarda
ədibin həyat və yaradıcılığı
haqqında geniş məlumat verilib.
Həm “Epubil”,
həm də “Pen” nəşriyyatlarının nəşr
etdiyi əsərlər
Avstriya və İsveçrə kitabxanaları
tərəfindən alınır,
eləcə də
“Amazon”, “Buchkatalog”, “Thalia”,
“Higendubel”, “Veltbild” kimi Avropanın ən məşhur internet
satış firmaları
da bu kitabları
əldə edir.
Hər iki
kitabdakı əsərləri türkoloq K.Hermann Kiehl alman dilinə tərcümə edib.
Ədəbiyyat
qəzeti.- 2020.- 21 noyabr.- S.13.