Qarabağı verdin bizə,
Sevindi elim, Payızım!
Dəmir yumruq
Azərbaycan Respublikasının
Prezidenti, Ali Baş Komandan,
xalqımızın qəhrəman
oğlu
İlham Əliyevə ithaf
edirəm
"Dəmir yumruq" - bu gözəl söz
El-obanın dilindədir.
Dəmir
yumruq dəmir kimi
Bir kişinin
əlindədir.
Dəmir
yumruq beş
barmaqdı,
Amma böyük
bir ölkədi.
Cəsarətdi, şücaətdi.
Nə tərəddüd,
nə"bəlkə"di.
O anlatdı kimin təpə,
Kimlərin dağ olduğunu.
Kimin nacins olduğunu,
Kimlərin haqq olduğunu.
Hamı
gördü həqiqəti,
O ədalət timsalıdı!
Düşmənlərin təpəsində
Bir fəlakət timsalıdı!
O anlatdı yer üzünə,
Məğlub nədi, zəfər nədi.
O adi bir yumruq
deyil,
Nağıldakı möcüzədi.
Dəmir
kimi, polad kimi
Birləşdirdi insanları.
İlin
payız günlərinə,
O qaytardı ilk baharı.
Dəmir
yumruq möcüzədi,
Sağdan vurdu, soldan keçdi.
Düşmən kəsdi qabağını
Dağdan vurdu, yaldan keçdi.
Yorulmadı, usanmadı,
Heç dərmədi nəfəsini.
Dəmir
yumruq gedib tutdu
Qarabağın zirvəsini.
O yandırdı Qarabağda
Elin sönmüş
çırağını.
Yağmalanmış torpağıma
Taxdı zəfər bayrağını.
Haqqı nahaqq etmişdilər.
O qaldırdı haqq səsini.
Onun polad iradəsi
Titrətdi Yer kürəsini.
Dəmir
yumruq, ömrüm boyu
Sənə nəğmə deyəcəyəm!
O qüdrətli barmaqlara
Qızıl əlcək hörəcəyəm!
Bayrağım
Üç çiçəkdən yaranmış
Bir çələngdi,
bayrağım.
Tünd-qırmızı, yaşıl, göy
Rəngbərəngdi bayrağım.
Adi göy qurşağıdı,
Üç işıqdı bayrağım.
Bu torpağa, bu yurda
Yaraşıqdı bayrağım.
Heç
vaxt nuru tükənməz
Üç çıraqdı bayrağım.
Qaranlığın üzünə
Şapalaqdı bayrağım.
Sən ona diqqət elə
Keçən zaman yanından.
Qırmızı rəngi alıb
İgidlərin qanından.
Onu bütün dünyada
Qırmızı rəng tanıdır.
Azadlıqçün çarpışan
Babamın vicdanıdır.
Yaşıl rəngi təmizlik,
Ləyaqət timsalıdır.
"İslamçılıq" deyirlər
Ədalət timsalıdır.
Mavi rəng
türkçülükdür.
Türk, yəni basılmaz ər.
Bu ad ilə məşhurdu,
Dünyada çox zəfərlər.
Hər bayram günlərində
Qaldırın bayraqları.
Dünyaya şölə saçsın
Qəlbimin işıqları.
Yayılsın bu dünyaya
Vətənimin haqq səsi.
Yer üzünü bürüsün
Gur işıq
şəlaləsi.
Azərbaycan əsgəri
Ey Qorqud babamızın,
İgid
Bamsı Beyrəyi!
Bu torpağın, bu xalqın,
Daim vuran ürəyi.
Vətən dara düşəndə
Şərəf bildin səngəri.
Düşmənə qənim oldun,
Azərbaycan əsgəri.
Xalqın
xeyir-duası
Qüvvət oldu qolunda.
Əzdin
o nankorları
Haqq, ədalət
yolunda.
Döyüş meydanlarında
Möhkəm dedin sözünü.
Qarabağ torpağının
Sən ağartdın
üzünü.
Cənab
İlham Əliyev
Buraxmadı bir anı.
Mahir komandan kimi
Heyran etdi dünyanı.
Geydi döyüş paltarın
Sıyrıldı qılınc kimi.
Qoymadı Qarabağı
Qalsın bir qaxınc kimi.
Nə qədər ki, dünyada
Hələ var ağlı azlar.
Özgə torpaqlarına
Göz dikən
yaramazlar.
Nə qədər ki, hələ də
Acı dadır
həqiqət.
Demək
ki, burnumuzun
Ucundadır fəlakət.
Nə qədər ki, dünyada
Hökm edəcək yalanlar.
Xəzinələr üstündə
Yatacaqdı ilanlar.
Yekə-yekə məmurlar
Qızaracaq, yanacaq.
Bir qarın yemək üçün
Ədaləti danacaq.
Hələ sənin iş yerin
Səngərlər olacaqdı!
Hələ çox-çox zəfərlər
Arxada qalacaqdı!
Təki dünya durulsun.
Başa vur döyüşləri.
Allah həmdəmin olsun
Azərbaycan əsgəri!
Ey nəhəng türk
Dünya
çoxdan tük salır
Türkün nərə səsindən.
Qorxur türk dünyasının
Bir gün birləşməsindən.
Heyif ki, yuxudadı
Millətimin çoxusu.
Güzəranı zəhərdi.
Bal kimidi yuxusu.
Şirin-şirin dəm alır,
Dəm uyuyur qardaşım.
Moldovada
qaqauz
Çində uyqur qardaşım.
Qafqazın şimalında
Nə qədər
türk yaşayır.
Bir cöngəni tək yeyən
Cəngavər türk yaşayır.
Bu şirin yuxuları
Hansı dərdə yozaq, türk?
Qırğız, tatar, başqurd
- türk,
Özbək, türkmən, qazax - türk.
Ey nəhəng Türk millətim,
Bu qədər səbir
nədi?
Yatmısan, başın Çində,
Ayağın Sibirdədi.
Üstümüzə nə qədər.
Şər, böhtanlar deyilir?
Bu boyda bir millətin
Haqqı necə yeyilir?!
Sanki böyük bir dağı
Balaca çay
aparır.
Pələngin qabağından
Siçanlar pay aparır.
Bir yumruq kimi birləş,
Udaq hər cür cəngi biz.
O zaman adlanarıq
"Nəhəng Türk
Pələngi" biz.
Baxın
Azərbaycana,
Kükrəyir bir nər kimi.
Tək qovur düşmənini.
İgid kimi, ər kimi.
Adını türk qoyan kəs,
Onun səsinə səs ver!
İgid
Ərdoğan kimi
Ona ruh ver, həvəs ver.
Haqqın
yanında oldu
Haqq aşiqi Ərdoğan!
Bütün Yer kürəsinin
Yaraşığı, Ərdoğan!
Sən də dara düşəndə
Mən duraram dalında.
Qoymaram tək qalasan,
Aşırımda, dalanda.
Ey nəhəng türk Pələngi,
- Ayağa dur, - deyirəm.
Ədalət toxmağını
Bir yerə
vur, - deyirəm.
Dünyanı çaşdırıblar.
Dərələri, dağ bilir.
Haqsıza haqlı deyib
Haqlını nahaqq bilir.
Sən ulusan, müdriksən,
Dədə Qorqud nəslisən.
Bütün Yer kürəsinin
Ədalət nəfəsisən.
Qalx ayağa, səsini
Qat həqiqət
səsinə.
Haqqın
nə olduğunu
Göstər Yer kürəsinə!
Şuşa
Nəğmə mətni
Bu şəhərin
Adı Şuşa.
Dağ başında
Adi Şüşə.
Bir Leyləkdi,
Qonub Şişə
Ona görə
Olub Şuşa.
Dan yeridi
Yanaqları.
Bulaqları -
Dodaqları.
Çöllərində
Xarıbülbül.
Yarı
çiçək,
Yarı bülbül.
Burum-burum
Dolayları.
Xatırladır
Olayları.
Qarqar çayı
Hey çağlayır.
Gah sevinir
Gah ağlayır.
Bu gün nurdu
Onun suyu.
Qayıdıbdı
Adı, soyu.
Çöl də, el də
Bayram edir.
Quş da, gül də
Bayram edir.
Meşə tökür
Yarpağını.
Təbrik
edir
Torpağını.
Gözün aydın,
Şuşam mənim!
Cənnət kimi
Guşəm mənim.
Bu, bir körpə
Nəğməsidi.
Bildirçinin
Şən səsidi.
Payızım
Baxıram
sarı dənizə -
Yarpaqlar çıxıbdı dizə.
Qarabağı
verdin bizə,
Sevindi
elim, Payızım!
Düşmən
hələ atəş açır,
Arxaya baxmayıb qaçır.
Yamaclar təzdən
gül açır
Güllənir
çölüm, Payızım!
Göydən yerə nur ələnir.
Çöllər yenə cilvələnir.
Dağ kişnəyir, dərə dinir.
Kükrəyir
selim, Payızım!
Dərədə
böyürtkan dəyib,
Budağını yerə əyib.
Çöldə
moruq çiçəkləyib,
Ağzımda
dilim, Payızım!
Açılıbdı
qara baxdım,
Pərvazlandım
- hara baxdım,
Bu
payız bahara baxdım,
Sevindi
gülüm, Payızım!
Gec qayıdıb, tez qayıdıb,
Bir vəfalı qız qayıdıb!
Saz qayıdıb, söz qayıdıb,
Danışsın dilim, Payızım!
Zahid XƏLİL
Ədəbiyyat qəzeti.- 2020.- 21
noyabr.- S.11.