Şəhid anası

 

Şəmil Sadiq

 

Şəhid Raqib Hüseynovun anası Rəna anamızın timsalında bütün Şəhid analarına ithaf edilir.

 

 

İçində fırtına, çölündə qürur!

Cismində soyuq var, ruhunda atəş

Bayrağı köksündə, daş kimi durur!

Şəhid Anası!

ağlaya bilir, ağı deyir,

Üzünə baxmağa utananlara,

Möhkəm olun, deyib, təsəlli verir,

Şəhid Anası!

Balam qurban getdi, vətən yolunda!

Niyə ağlayırsınız, o ölməyib ki!

Deyir, oynayaram, Vətən toyunda

Şəhid Anası!

Anacan, ağlama, şəhid olarsam,

demişdi gedəndə, o can parçası!

Gözlərim qan ağlar, deyir, ağlasam,

Şəhid Anası!

Əlində yaylığı, gözündə hüzn!

Onun arzuları yetim qalıbdı,

Deyir, arzuların ömrümə düzün !

Şəhid Anası!

Biz sənə oğuluq, deyir, oğullar!

Susur, deyir, ki olmaz!

İçində hayqırır, içindən qopur!

Şəhid Anası!

Balamın nişanı, toyu da bayraq!

Bu mənim fəxrimdir, belə oğlum var!

Deyir, qoy sevinsin, gülsün bu topraq!

Şəhid Anası!

ölüm olmayaydı, laylasın deyir..

Tabutu çiynində, eliylə birgə

Özünü dik tutub öndə yeriyir!

Şəhid Anası!

 

Ədəbiyyat qəzeti  2020.- 21 noyabr.- S.23.