AZƏRBAYCAN ORDUSU
Sən xalqımın aldığı
nəfəsdən yaranmısan,
Azadlığa sevgidən, həvəsdən
yaranmısan,
Oddan-alovdan keçən bir
səsdən yaranmısan!
Dilimizin
nidası, sözümüzün
vurğusu,
Azərbaycan ordusu, Azərbaycan
ordusu!
Bir əsr bundan öncə qoyulsa da təməlin,
Tarixlərin ən dərin qatına çatır əlin.
Azərbaycan eşqiylə bağlıdır
hər əməlin!
Biləklərin qüdrəti, ürəklərin
duyğusu,
Azərbaycan ordusu, Azərbaycan
ordusu!
Cavanşir tarixlərə adını
qanla yazıb,
Babək
bayraq qaldırıb, zülmə üsyanla yazıb,
Koroğlu nərə çəkib,
qılınc-qalxanla yazıb!
Vətənimin qeyrəti, torpağımın
namusu,
Azərbaycan ordusu, Azərbaycan
ordusu!
Keçdi neçə yüzillər,
sən yenidən yarandın!
Torpağımın ruhuna sanki bədən yarandın!
Nə yaxşı sən doğuldun, nə yaxşı sən yarandın!
Cavanların təpəri, körpələrin
yuxusu,
Azərbaycan ordusu, Azərbaycan
ordusu!
Əliağa Şıxlinski sənə
"yaran, ol" dedi,
General Mehmandarov "marş, irəli, sol" dedi,
Ana Vətən dil açdı, sənə
"yaxşı yol"
dedi!
Hər atanın övladı, hər ananın yavrusu,
Azərbaycan ordusu, Azərbaycan
ordusu!
Sular axdı, bulandı, coşan ümmana döndü,
Nuhun zamanı kimi sanki tufana döndü!
Ulu Öndər yenidən Azərbaycana döndü,
"Gəl" dedi, gözlərində qalmadı
bu arzusu,
Azərbaycan ordusu, Azərbaycan
ordusu!
Yurdun hər qarışını
sən qorudun qanınla,
Torpaqlara
can verdin nəfəsinlə,
canınla.
İftixar mənbəyimsən öz adınla, sanınla!
Sarsıda bilməz səni
heç bir düşmən qurğusu,
Azərbaycan ordusu, Azərbaycan
ordusu!
Ali Baş Komandanım uca haqq savaşında,
Xalqın
ümid yerisən Qarabağ savaşında!
Təbrik
edirik səni qocaman yüz yaşında!
Nə qədər yazsam, yenə qaldı sözün çoxusu,
Azərbaycan ordusu, Azərbaycan
ordusu!
Güləmail MURAD
Ədəbiyyat qəzeti.- 2020.-
3 oktyabr.- S.32.