Xalq yazıçısı Kamal Abdullanın “Seçilmiş
əsərləri”nin
üçüncü cildi çap olunub
Xalq
yazıçısı, akademik Kamal Abdullanın
“Seçilmiş əsərləri”nin üçüncü
cildi çap olunub. Üçüncü cildə müəllifin
müxtəlif illərdə yazdığı şeirlər,
rus klassik şairlərinin yaradıcılığından
etdiyi tərcümələr, ədəbiyyatın və mədəniyyətin
problematik aspektlərindən bəhs edən esselər və
ölkəmizin teatr səhnələri ilə yanaşı,
xarici ölkələrdə də səhnələşdirilən
pyeslər daxil edilib.
Kamal Abdullanın şeirləri daha öncə “Qəribədi, deyilmi?!” (Bakı, BDU-nun mətbəəsi, 1998), “Kədərli seçmələr” (Bakı, Mütərcim, 2002), “Nar çiçəkləri” (Bakı, Mütərcim, 2014), Alla Axundova tərəfindən rus dilinə tərcümə edilərək “Ãîñïîäèí äîðîãè” (Ìîñêâà, Ðèô Ðîé, 2004) kitablarında çap edilib. Kamal Abdullanın çoxcildliyini izləyən diqqətli oxucu bu şeirlərin hansı məqamda hekayəyə, hansı məqamda romana, yaxud da pyesə çevrildiyini asanlıqla görüb duya biləcəkdir. Müəllifin şeirləri haqqında ədəbi tənqidçilər və məşhur şairlərimiz yüksək fikirlər söyləmişdir. Şeirlərin və esselərin toplandığı “Ãîñïîäèí äîðîãè” kitabı Moskvada Yazıçılar İttifaqında geniş müzakirə olunmuş, bu müzakirələrdə Rusiyanın tanınmış ədəbiyyatşünasları və yazarları iştirak etmişdir. Bu cildə daxil edilən şeirlərin bəziləri bəstəkarlarımız tərəfindən unudulmaz nəğmələrə çevrilmiş, bəziləri isə zaman-zaman Kamal Abdullanın pyeslərinin səhnələşdirilməsində musiqi mətni kimi istifadə edilmişdir. Kitabda şeirlərin davamı kimi “Dədə Qorqud” dastanının motivləri əsasında yazılmış kiçik poemalar verilmişdir. Hər poema “Kitabi-Dədə Qorqud” dastanından bizə tanış olan hansısa qəhrəmanın gizli və aşkar hisslərinin tərənnümünə həsr edilib.
Müəllifin kitaba daxil edilən rus poeziyasının “Gümüş dövrü” şairlərindən etdiyi tərcümələr öncə “Gümüş dövrün sirləri” (Bakı, Mütərcim, 2001) adlı tərcümə kitabçasında çap olunub. Müxtəlif müəlliflərdən seçilən bu şeirləri birləşdirən ümumi cəhət antik motivlər, xüsusən mifik qəhrəmanların əzablı taleyidir. Rusca orijinal mətnlərin də tərcümələrlə bir yerdə kitaba daxil edilməsinin məqsədi oxucunun diqqətini tərcümə zamanı məzmunla birlikdə formanın da saxlanmasına yönəltməkdən ibarətdir.
Kamal Abdullanın “Müəllif-əsər-oxucu” (Bakı, Yazıçı, 1985), “Əvvəl-axır yazılanlar” (Bakı, Yazıçı, 1990), “Yolun əvvəli və axırı” (Bakı, Azərbaycan Dövlət nəşriyyatı, 1993), “Kədərli seçmələr” (Bakı, Mütərcim, 2002), “300 azərbaycanlı” (Bakı, Mütərcim, 2007), “Düma ilə Coys arasında” (Bakı, Mütərcim, 2016), “Mənim Füzulim” (Bakı, Mütərcim, 2019) kitablarında zaman-zaman çap edilmiş dünya və Azərbaycan ədəbiyyatının, ədəbiyyatşünaslığının, həmçinin mədəniyyətin müxtəlif problemlərindən, ədəbi və mədəni proseslərdən bəhs edən esseləri sistemləşdirilərək bu cildə daxil edilmişdir. “Əvvəl-axır yazılanlar”, “Düma ilə Coys arasında”, “Mənim Füzulim” bölmələrində toplanan esselər oxucunu ədəbiyyatın və ümumiyyətlə, sənətin müxtəlif məqamlarına səyahətə çağırır. Oxucu bu səyahətdə müxtəlif ədəbi sirlərə vaqif olur, ədəbiyyatın bizlərə ötürdüyü energiyanı açıq-aydın hiss edir, sənətin görükməz, amma var olan sərhədlərini görür, ayrı-ayrı sənət sahələri arasında mövcud olan multidissiplinar lağımları kəşf edir, uzaq-yaxın ədəbi simaları bizə bir qədər də doğma edir.
“Seçilmiş əsərləri”n üçüncü cildinə daxil edilmiş pyeslər müəllifin daha öncə çap edilmiş “Unutmağa kimsə yox” (Bakı, Azərnəşr, 1995), “Ruh” (Bakı, Azərnəşr, 1997), “Kədərli seçmələr” (Bakı, Mütərcim, 2002), “Bir, iki – bizimki!” (Bakı, Mütərcim, 2003), “Casus” (Bakı, Mütərcim, 2004) kitablarında işıq üzü görüb. Kamal Abdullanın bu pyesləri Əflatun Neymətzadə tərəfindən türk dilinə tərcümə edilərək “Ruh” (Ankara, 2006) kitabında, həmçinin Azər Mustafazadə, Vaqif İbrahimoğlu, Gülnar Şıxəliqızı tərəfindən rus dilinə tərcümə olunaraq “Ãîñïîäèí äîðîãè” (Ìîñêâà, Ðèô Ðîé, 2004) və “Âñå ìîè ïå÷àëè...” (Áàêó, Ìóòàðæèì, 2009) kitablarında da çap olunub. Vaqif İbrahimoğlu, Hüseynağa Atakişiyev, Əsgər Əsgərov, Mikayıl Mikayılov, Əlif Cahangirli, Gümrah Ömər və başqa məşhur rejissorlar Kamal Abdullanın müxtəlif pyeslərini ayrı-ayrı teatrlarda səhnələşdirmişlər.
Müəllifin “Kim dedi ki, Simurğ quşu var imiş?!” pyesi Azərbaycan sənət tarixində
ilk dəfə olaraq Gürcüstanda Rustaveli adına Gürcüstan
Dövlət Akademik
Dram Teatrında gürcü
dilində, eyni zamanda Estoniyada eston dilində tamaşaya qoyulmuşdur.
Oxucu Kamal Abdullanın pyeslərində
“Kitabi-Dədə Qorqud”
qəhrəmanlarının, Şah İsmayıl Xətainin taleyinin ədəbi yozumu, mifoloji simvolların və xalq ədəbiyyatından
gələn deyimlərin
şifrəli kombinasiyaları
ilə üz-üzə
qalacaq. Teatrşünaslar və teatr xadimləri tərəfindən
Azərbaycan teatr tarixində unikal hadisə kimi xarakterizə edilən bu pyeslər oxucu üçün paralel zaman və
məkanlara səyahət
imkanıdır. Məhz
bu xüsusiyyətlərinə
görə böyük
Azərbaycan aktyoru və teatr xadimi
Həsənağa Turabov
Kamal Abdullanın pyeslərini belə dəyərləndirmişdir: “...Yaradıcılıq təcrübəmə
söykənərək tam məsuliyyətimlə Kamalın
dramaturji düşüncə
və üslubunu yeni əsr və
minilliyin aparıcı
meyli, tendensiyası kimi qiymətləndirirəm”.
Kamal Abdullanın
bu cilddə toplanan seçilmiş pyesləri müxtəlif illərdə Azərbaycanın
ayrı-ayrı teatrlarında,
həmçinin Gürcüstan
və Estoniyada səhnəyə qoyulmuş,
böyük tamaşaçı
rəğbəti qazanmışdır.
Ədəbiyyat qəzeti.- 2020.-
3 oktyabr.- S.29.