Tarix və fəlsəfə nəğmələri
İntihar edənlər həyatı
seçir.
Onlar, əslində, yaşamaq istəyirlər, ancaq belə yox...
Və bəzən arzuladıqları
həyata olan həsrətləri o qədər
dözülməz olur
ki, bir anlıq
da olsa bu
dünyadan qopmaq, bu ağrını sakitləşdirmək istəyirlər...
Başa çatan həyat deyil, əzabdır.
Bu görə də...
İntihar edənlər həyatı
seçir...
Ölümü yox...
Dünya zindanları azadlıq sevdalıları ilə doludur.
Hər bir azadlıq aşiqinin ora yolu mütləq
düşəcəkdir.
Azadlığa gedən yol zindandan keçir.
Müharibə də belədir.
Müharibə edənlər sülhü
seçir.
Çünki ləyaqətli həyat üçün başqa heç bir yol qalmamışdır.
Ona görə də...
İntihar həyatdır.
Azadlıq zindandır.
Müharibə də sülh...
***
XIII əsrdə yazılı ədəbiyyat yaradan, islam dünyasında ilk cümhuriyyəti qurub, ilk
operanı ortaya çıxaran, qadınlara
səs hüququnu
ABŞ və Fransadan əvvəl verən, Qoca Şərqin qapısı olan, hər zaman tərəqqipərvər bəşəriyyətlə
yanaşı addımlayan
Azərbaycan bu gün bəşər tarixinin çoxdan geridə qoyduğu bir mərhələni, etnik müharibəni yaşamağa məcburdur.
Çünki bu müharibə
sülh üçündür...
Göyərçinlər, körpələr
və ağaclar üçün...
Buna yer də, göy də, ulduzlar da, Ay da, dağlar da şahiddir.
Və Günəş
bizim onlara qarşı heç bir pisliyimizi görməmişdir.
Ermənilər əsrlərdir bizim qurduğumuz dövlətlərin
içində əmin-amanlıq
içində yaşayıblar.
Ancaq imkan düşən kimi öz xəstəhal arzularını
həyata keçirmək
naminə bizi kürəyimizdən xəncərləyiblər.
Tarix salnamələri
onların müxənnətlikləri
ilə doludur.
1905-ci il inqilabından
sonra Azərbaycanın
bütün şəhərlərində
dəhşətli qırğınlar
törətdilər.
Cəlil Məmmədquluzadə "Xatiratım"da
yazırdı ki,
Tiflis azərbaycanlıları möhkəm qorunduqlarına
görə onlar Cənubi Azərbaycanda gəlib hambal işləyən o yazıq
bəndələri Kür
çayına atırlarmış.
1915-ci ildə I Cahan
Hərbində əsrlərdir
təbəəsi olduqları
Osmanlıya qarşı
ən vicdansız hərəkətlər törətdilər.
1917-ci il inqilabından
sonra yerə basdırdıqları döyüş
baltalarını çıxarıb
dinc əhalinin qanına susadılar.
1988-ci ildə də eləcə...
Ara qarışan,
məzhəb itən kimi onların məzhəbi bütün
çılpaqlığı ilə üzə çıxırdı.
Bu məzhəb qanla yoğrulmuşdu, nifrətlə,
kinlə, namərdliklə...
"Gözümüzün qabağındakı
ürəkləri parçalayan
Azərbaycan boyda matəmgah"ın Yezidi
onlar idi...
Xainlər!!!
***
Axı heç bir insan və heç
bir xalq fitrətən naqis ola bilməz.
Dünənə qədər yazıq,
fağır görkəmli
bir adam
necə olur ki, hamilə qadının belinə qaynar samovar bağlayır?
Bu fağırdan qatil
düzəldən iksir,
nədir görəsən?!
Gəlin,
bu iksirin izinə düşək...
Erməni dili Hind-Avropa dil ailəsinin müstəqil bir qoluna mənsubdur.
Yəni onların dilinə yaxın olan başqa heç bir dil yoxdur.
Dinləri də o cürə...
Dünyada qriqorian məzhəbinə
aid olan bircə onlardır.
Tənhalığın dairəsini görürsünüzmü?
Nə dilində danışan var, nə xaçına
sitayiş edən...
Buna görə də
onlar daim məhv olmaq, yox olmaq qorxusu
ilə yaşadılar.
Və bu qorxu onları
ən əxlaqsız əməllərə sövq
etdi...
Təbəəsi olan Osmanlıya
rus əli ilə təxribatlardan tutmuş, birgə yaşadıqları azərbaycanlılara
qarşı terrora qədər...
"Civil romanus sum" bilirsinizmi nə deməkdir?
"Mən Roma vətəndaşıyam".
"İncil"də belə bu cümlə
Pavelin dilindən səslənir.
"Mən Roma vətəndaşıyam"
sözü qürur deməkdir, dövlətindən
aldığın vüqar
deməkdir.
Onlar heç
bir zaman bu sözü deyə bilmədilər.
Və bu qırıqlıq, bu əziklik, bu natamamlıq onları onlar edən hər şeydə özünü göstərdi.
Saxta tarix yaratmaqla məsxərə
obyekti oldular.
Sən demə, İsa peyğəmbər beş min il əvvəl ermənilər
üçün bu dünyaya qədəm basmış, üç
min il sonra Fələstində zühur
etmişdi. ("Əli və Nino" romanından).
Usta Zeynalı avamlıqda qınayırıq, lakin onun Akopa verdiyi
suala baxın: "Xozeyin, niyə sizin padşahuuz yoxdu?".
O vaxt guya Azərbaycanın
padşahı vardı?
Azərbaycan Çar Rusiyasının tərkibində idi, amma biz Osmanlı sultanını da, İran şahını da öz padşahımız
hesab edirdik, çünki bizimlə eyni dildə danışırdı.
Çar ordusunun polkovnik çinlərini daşıyan
Mirzə Fətəli
belə, yeni əlifbasını Osmanlı
sultanına aparmışdı,
Ali Baş Komandanı
olan çara yox.
Müstəmləkə təbəəsi olan bizlər qırıq, əzik deyildik.
Əziklik onların nəsibi idi.
Bu aqibətdən xilas
olmaq üçün
onlar hər yola əl atırdılar
və bu yolların lap başında
namərdlik dururdu.
Cəsurlardan qorxmağa nə hacət?!
Bu dünyada qorxaqlardan qorxmaq gərək...
Nitsşe
deyirdi axı: "Bizə acizlər qalib gəldilər"...
***
Söhbət Mirzə Fətəlidən
düşmüşkən...
Onun pyeslərindəki erməni
obrazlara baxaq...
Mkrtıç, Arakel fağır
kəndlilərdi...
Bircə
Ohan yüzbaşı
"Hekayəti-mərdi-xəsis" var ki, o da
cibindən bəylik şəhadətnaməsini çıxarıb
bir az
əvvəl həbs etdiyi Heydər bəydən şikayət
edir: "Yoldaş naçalnik, bu istəyir mənim bəyliyimi batıra".
Heydər
bəyin sözü isə təkcə Ohan yüzbaşıya yox, onun xalqına
verilən cavabdır:
"Zatında şübhə
olanlar öz həsəbləri (əsl-nəcabət)
üçün şəhadətnamə
qayırarlar".
Onların həyat fəlsəfəsi
də budur: "Şəhadətnamə qayırmaq".
"Kamança"nın Qəhrəman yüzbaşısı
onlar haqqında nə deyirdi?
"Dünyada bir
haramzadalıq qalmadı
ki, öyrənməmiş
olsunlar".
Mirzə
"Molla Nəsrəddin"
jurnalının birinci
nömrəsində eynən
belə yazırdı:
"Bu nə sirdir ki, erməni-müsəlman
davası düşən
kimi hökumət əsgərləri elə
şiddətli azara mübtəla olurdular ki, təbiblər onların çölə
çıxmağını rəva görtmürdülər".
Hamının bildiyi sirr isə bundan ibarətdir: Onlar şahmat taxtasının piyadaları idi, çarizm fitvası və öz sərsəm arzuları üçün dinc azərbaycanlılara silah çəkəcək qədər
haramzada...
Ciblərində zadəganlıq şəhadətnaməsi
gəzdirən nökərlər...
***
Təəssüf ki, biz başımıza gələn faciələrdən
dərs almağı öyrənmədik.
Əslində, bunu öyrənmək də asan deyildi,
çünki biz nökər
kimi düşünə
bilmirdik.
Biz özümüzü yazıq, zavallı yerinə qoya bilmirdik.
Buna görə də
onlar daim bizim kürəyimizi xəncərləyirdi.
Və üst-üstə
baş verən bu qədər faciədən sonra belə, bizim xilasımız özgələşməkdə
deyil.
"Özünə qayıt, türk oğlu... Sən özünə qayıdanda
böyük olursan!"
Böyük Gültəkin abidəsi üzərində belə
yazılıbdır.
Hər xalqın
öz düşüncə
sistemi var, biz özümüzü məzlum
kimi təqdim edə bilmirik.
İmperiyalar qurmuş xalqlar nökər rolunu oynaya bilmir.
Lakeylik isə onların boynuna biçilmişdi.
Ona görə
də onların hər namərdliyindən
sonra belə, biz özümüzə gəlib
onlara layiqli cavab vermişik.
Heç bir zaman borclu
qalmamışıq.
Riyakarlıqla rəqibin zəif anını gözləməmişik.
İgidlik bizim nəsibimiz və taleyimizdir.
***
Ancaq indi, dünyanın nəhəng
dəyişikliklərə hamilə olduğu bir zamanda biz xalqımızın ruhuna bir qandal kimi
vurulan bu işğaldan azad olmalıyıq.
Bu məsələ birdəfəlik
həll edilməlidir.
Əzəmətli tariximizin mirasını yerdə qoya bilmərik.
Müharibə sülh deməkdir.
Zəfər bizimdir!
Qan Turalı
Ədəbiyyat qəzeti.- 2020.- 3
oktybar.- S.26.