Azərbaycan yazıçısı Kamran Nəzirli Rusiya
telekanallarının məşhur aparıcılarına cavab
verdi
Azərbaycan yazıçısı Kamran
Nəzirli öz facebook səhifəsində
Rusiya telekanallarının
məşhur aparıcıları
Vladimir Solovyova və Artyom Şeyninə Azərbaycana qarşı dəfələrlə qərəzli
mövqe nümayiş
etdirdiklərinə görə
cavab verib. Yazıçımız son
günlər Rusiya jurnalistlərinin Azərbaycanın
haqlı və ədalətli işinə
kölgə salan bəyanatlarını tənqid
edərək bildirir ki, Dağlıq Qarabağ və ona bitişik geniş əraziləri erməni işğalçıları
zəbt ediblər və o ərazilər Azərbaycanın ayrılmaz
tərkib hissəsidir.
Cavabda daha sonra deyilir:
“Cənab Solovyov
və Şeynin! Uzun müddətdir
ki, Ermənistanın silahlı qüvvələri
və özünü
qondarma Dağlıq Qarabağ respublikası elan etmiş və heç yerdə tanınmayan bir qurumun silahlı
dəstələri Azərbaycanın
dinc əhalisinə qarşı insanlığa
qarşı ən qəddar şəkildə
genosid siyasəti aparır. Təkcə 1992-ci ilin 26 fevralına
keçən gecə
Xocalıda 600-dən çox
Azərbaycanlı qadın,
uşaq, qoca erməni quldurları tərəfindən qətlə
yetirilib. Siz də
bilirsiniz, cənab Solovyov və Şeynin, Xocalı qətliamında rus ordusunun “şanlı”
366-cı motoatıcı polkunun
yaramaz oğlanları
da fəal iştirak edib. Və iki həftədən
sonra polk
rüsvay olaraq ləğv edildi. Lakin bununla qətlə
yetirilən insanlarımızı
geri qaytarmaq olmaz! Bunu deyəsən yaddan
çıxartmısınız? Bəlkə yenə Rusiyada populyar olan “təkrar edə bilərik!” kimi şüarı qışqıracaqsınız,
hə?
Siz başqa bir faktı da yəqin
unutmamısınız: 1994-cü ildə razılığa
gəlinən atəşkəs
heç vəchlə
demək deyil ki, qondarma “Artsax”ın
müstəqilliyi tanınır!
Dağlıq Qarabağdakı
hər cür münaqişə Azərbaycan
torpağında baş
verir və Azərbaycanın daxili işidir.”
Daha sonra Azərbaycan yazıçısı cavab
məktubunda yazır:”Biz
problemin həlli istiqamətində xaricdən
göstərilən səyləri
dəstəkləyirik, lakin
bunu da xüsusi
vurğulayırıq: bizi
güzəştə getməyə
məcbur edən hər hansı bir xarici təzyiq
Azərbaycanın daxili
işlərinə kobud
şəkildə qarışmaq
deməkdir. Bu, yolverilməzdir!”
“...1988-ci
ildən başlayaraq
yüz minlərlə
azərbaycanlı öz
doğma ocaqlarını
tərk etməyə məcbur ediliblər, erməni quldurları tərəfindən şəhərlər,
kəndlər dağıdılıb,
xarabaya çevrilib. Biz artıq erməni
silahlı qüvvələrinin
daimi təxribatlarından
yorulmuşuq.
Cənab
Solovyov və Şeynin, sizə bu da məlumdur:
qondarma respublikanın
daxilindəki hər hansı bir silahlı dəstə terrorçu qruplaşması
sayılır! Elə
siz də bir vaxtlar Moskvanın
nəzarətindən çıxan
Basayevin və Raduyevin dəstələrini
belə adlandırırdınız!
Siz indi çeçen silahlı dəstələrinin
zərərsizləşdirilməsi ilə fəxrlə danışırsınız. Bəs niyə erməni terrorçu dəstələrinə
qarşı bizim savaşımız sizi narahat edir?”
“...Yaxın günlərdə Azərbaycan
Ordusu öz ərazisini- Dağlıq Qarabağı quldur və terrorçulardan təmizləyəcək.”,-
deyə yazıçı
bildirir.”Bizim səbr kasamız
daşıb. Sülh danışıqları
artıq yaramır.
Axı bundan sonra nə qədər
azərbaycanlı həlak
olmalıdır ki, dünya başa düşsün: bu azğınlarla yalnız silah gücüylə danışılmalıdır!”
Ermənistanın təcavüzkar ölkə
olduğunu bilirsinizmi? Təcavüzkar
ölkə cəzalandırılmalıdır...
Düşünün, daşının:
Rusiya özünə
dost ölkə olan Azərbaycanın yanında
olmalıdır, yoxsa
region üçün tamam
problem yaradan və terrorçuluqla məşğul
olan Ermənistanın?
Əgər nə bizim,
nə də Ermənistanın yanında
olmaq istəmirsinizsə,
onda sadəcə mane olmayın...” cavab məktubunun sonu bu sözlərlə bitir.
Ədəbiyyat qəzeti.- 2020.- 3
oktyabr.- S.25.