Qəzan mübarək
Əgər gedirsənsə haqq
savaşına,
Qəzan
mübarəkdir, qəzan
mübarək!
Bu halal kəlməni sətir başına
Yazan, mübarəkdir, qəzan mübarək!
Sən ki, qan tökmürsən,
qanı alırsan,
Əlindən nə gedib, onu alırsan,
Sən Salur oğlusan, Banu alırsan,
Qazan, mübarəkdir, qəzan mübarək!
Namus savaşıdır sənin
savaşın,
Başında tay-tuşun, dostun,
yoldaşın,
Yağıdan aldığın torpağın,
daşın,
fəzan mübarəkdir,
qəzan mübarək!
Qarabağ itməyib, bizdən
getməyib,
Biz ordan getmişik,
fürsət ötməyib.
Sən oxu, mənim də sözüm bitməyib,
Ozan, mübarəkdir, qəzan mübarək!
Yadından çıxmasın çoxdan
verdiyin,
Artıq
torpağın yox, yoxdan verdiyin,
Nahaq düşməninə haqdan
verdiyin,
cəzan mübarəkdir,
qəzan mübarək!
Canında qalsa da lap yarı canın,
Qazitək dönməyə vardır
inamın,
Əgər şəhid olsan,
şəhidlik qanın,
əzan mübarəkdir,
qəzan mübarək!
Oğul
doğulmayıb döşəkdə
ölə,
Bayraq tikilməyib
tutasan yelə.
Deyirdim arxam var, igid,
sən elə
osan, mübarəkdir,
qəzan mübarək!
Qəzan
mübarəkdir, qəzan
mübarək!
Əjdər OL
Ədəbiyyat qəzeti.- 2020.-
3 oktyabr.- S.21.