Azərbaycan
Marş
Azərbaycan! Ana torpaq, sən
tarixin yaşıdısan!
Türk
elinin baş tacısan, qoca Şərqin qapısısan!
Ürəyisən Qafqazların, adın
vardır dünya dolu,
Xəzər üstə qanad
gərmiş qartalsan sən: məğrur, ulu.
Nəqarət
Bayrağının göy rəngində millətimin
ad-sanı var,
Ay-ulduzlu al rəngində qutsal şəhid qanı çağlar,
Yaşılında babaların haqq
inamı süslər
səni,
Azərbaycan! Yalnız zəfər,
yalnız zəfər
səslər səni!
Gözəl Vətən! Sənin
üçün neçə
igid keçdi candan,
Yenildilər düşmənlərin, şax
dayandın sən hər zaman.
Azərbaycan - anam mənim! Azərbaycan - Odlar Yurdu!
Keşiyində ayıq-sayıq durub
yenə qadir ordu!
Nəqarət
Bayrağının göy rəngində millətimin
ad-sanı var,
Ay-ulduzlu al rəngində qutsal şəhid qanı çağlar,
Yaşılında babaların haqq
inamı süslər
səni,
Azərbaycan! Yalnız zəfər,
yalnız zəfər
səslər səni!
Neçə xalqın güman
yeri, aman yeri, qədim diyar,
Qucaq açdın məzlumlara
daim, yaşa sən bəxtiyar!
Şan-şöhrətli keçmişisən
sən hər kəsin, bu günüsən,
Sən hər kəsin aydın, xoşbəxt sabahısan, gözəl Vətən!
Nəqarət
Bayrağının göy rəngində millətimin
ad-sanı var,
Ay-ulduzlu al rəngində qutsal şəhid qanı çağlar,
Yaşılında babaların haqq
inamı süslər
səni,
Azərbaycan! Yalnız zəfər,
yalnız zəfər
səslər səni!
Söz: Səlim Babullaoğlu,
İlqar Fəhmi
Ədəbiyyat qəzeti.- 2020.- 3 oktyabr.-
S.15.