Diriliş marşı
Qi Or El
Sən ey uca millət,
uca dövlət, uca insan,
Min yol önünü kəssə də zillət, yenə varsan!
Ram eyləyə bilməz səni sellər, gur ocaqsan,
Sönməz bir ocaqsan! Olacaqsan! Yanacaqsan!
Türk
milləti vulkan kimidir - yağmura sönməz!
Türk
əsgəri haqq bildiyi yoldan geri dönməz!
Bir tamdır bu torpaq, mərə kafir, və... bölünməz!
Ölməzdir bu millət! Onu bil, hər
zaman, ölməz!
Hər bir şəhidin ruhu gəzir göydə, dayan,
bax!
Minlərlə şəhid qanına
batmış ulu torpaq!
Azadlıq üçün təşnə
qalıbdır daha ancaq,
Vaxtdır, daha vaxtdır,
sinənə sancıla
sancaq!
Çatmış da qisas vaxtıdır, məşəlləri
yandır!
Bir an dediyim an yetişib,
an həmin andır!
Sən ey mərə kafir, görəcəksən,
qana qandır!
Bir seldir gəlir, qarşısına çıx
da dayandır!
Bir seldir gəlir, qarşısına çıx
da dayandır!
Əyyub QİYAS
Ədəbiyyat qəzeti.- 2020.-3
oktyabr.- S.15.