Redaksiyaya məktub

 

Hörmətli redaksiya!

Adətən mən yalan, böhtan qərəzli yazılara cavab yazmıram, çünki yalan, böhtan qərəz , cahillik nadanlıq da, şaiyəçilik dedi-qodu da həmişə ədəbiyyatı müşayiət edib ədəbiyyat ətrafında dolaşan adamlar da həmişə ədəbiyyata, ümumiyyətlə, sənətə müdaxidə etməyə çalışıblar müdaxilə ediblər.

Uzağa getməyək. elə bizdə keçən əsrin əvvəllərində Mirzə Cəlil, Sabir, Üzeyir bəy, Huseyn Cavid, Huseyn Ərəblinski başqaları haqqında nələr deyilməyib yazılmayıb?! bunu görmək üçün, elə yalnız rəhmətlik Qulam Məmmədlinin salnamələrirni vərəqləmək kifayətdir.

Bu günlərdə mətbuatda oxudum ki, rəhmətlik İsmayıl Şıxlı Yazıçılar İttifaqının birinci katibi işləyərkən, guya mən, eləcə Əkrəm Əylisli Anar ona hücumlar (!) etmişik, onun vəzifədən getməsi üçün çalışmışıq, guya ərizə yazandan sonra heç plenuma da gəlməyib.

Çox yaramaz bir iddiadır.

Mən İsmayıl müəllimin ruhuna daimi hörmət əlaməti olaraq, bu qısa məktubu ona görə yazıram ki, oxucularda (əlbəttə, hamısında yox!) belə yanlış bir təsəvvür yaranmasın ki, həqiqətən biz hansı mifik səbəbə görə isə qolumuzu çırmalayab, İsmayıl müəllimə qarşı mübarizə aparmışıq.

Mənim yeniyetməlik illərimdən etibarən biz İsmayıl Şıxlıgillə səmimi mehriban qonşu olmuşuq (küçəyə baxan eyvanlarımız da bitişik idi) bu səmimiyyət mehribanlıq sonralar da eləcə davam edib. 1981-ci ildə Yazıçılar İttifaqının qurultayında Mirzə İbrahimov sədr, İsmayıl Şıxlı birinci katib, mən yenidən Hüseyn Abbaszadə, Cabir Novruz, Balaş Azəroğlu İshaq İbrahimovla birlikdə katib seçildik. 86-cı ildə Mirzə müəllim sədrlikdən getdi, İsmayıl müəllim birinci katibliyində qaldı biz qarşılıqlı hörmətə söykənən münasibət işgüzarlıqla bərabər işlədik.

İsmayıl Şıxlı çox abırlı, təmkinli mədəniyyətli bir insan idi İttifaqda işlədiyimiz müddətdə yalnız mənim yox, adlarvnı çəkdiyim o rəhmətliklərin İsmayıl müəllimlə yüngülcə bir münaqişəsi belə olmayıb.

87-ci ildə İsmayıl müəllim istefa ərizəsi yazdı bu, şəxsən mənim üçün gözlənilməz oldu. Plenumda İsmayıl myəllim özü səmimi bir çıxış etdi, ərizəni yorulduğu üçün tamamilə könüllü yazdığını dedi.

Orasını da qeyd edim ki, Əkrəm, Anar İsmayıl Şıxlı haqqında heç vaxt hansısa xoşagəlməz bir söz yazıblar, deyiblər.

Doğrusu, bu məktuba son nöqtəni qoymaq istiəyəndə fikrimdən keçdi ki, oxuduğum həmin primitiv iddia o qədər mənasız mətləbsizdir ki, bəlkə heç bu dəfə məktub yazmağa vaxt sərf etməyə dəyməzdi...

Hörmətlə,

 

ELÇİN

21 sentyabr 2020.

Bilgəh.

 

Ədəbiyyat qəzeti.- 2020.- 3 oktyabr.-S.11.