Anam, mən şəhid oldum...
Anam, mən şəhid oldum...
Şəhidlik necə olur -
Mən ona
şahid oldum.
Yurduma qurban oldum
Şirin canımla,
anam.
Suvardım torpağımı
Qızıl qanımla,
anam.
Şahanə dur, şax dayan,
Sil
gözünü, ağlama
Oddan paltar gey, anam.
Məğrur
dur, yas saxlama,
Anam, xeyir-dua
ver.
Qisasımız
alınsın,
Yurdun hər addımında
Zəfər marşı
çalınsın.
Sancılsın bayrağımız
qanımız axan yerə,
Toqquşduqca mərmilər
şimşəklər çaxan
yerə.
Onda qanım tökülən
Torpağa
qoyaraq baş
Ağlarsan hönkür-hönkür,
Sızlarsan yavaş
yavaş.
Alındıqca halallıq
torpağın daşlarından
Anam, göyərəcəyəm
Sənin göz
yaşlarından.
Vaqif Aslan
Ədəbiyyat qəzeti.- 2020.-
3 oktyabr.- S.9.